İÇİNDƏKİLƏR


ISDN (Integrated Services Digital Network)



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə8/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

 
20 
 
ISDN (Integrated Services Digital Network)  
ISDN, mövcud analoq telefon şəbəkəsinin rəqəmsal alternatividir. Normal bir telefon xətti kimi bir 
telefon  nömrəsini  yığaraq  həm  rəqəmsal,  həm  də  analoq  xətlərlə  bağlantı  qurula  bilər.  ISDN 
texnologiyasını  adi  analoq  xətlərdən  ayıran  ən  önəmli  özəllik  tamamən  rəqəmsal  təmiz  bir  səs 
kanalına  sahib  olması  və  eyni  anda  məlumat(data)  mübadiləsinə  yol  verməsidir.  Səs,  görüntü, 
məlumat  kimi  hər  cür  informasiyanın  rəqəmsal  bir  məkanda  birləşdirib  eyni  xətt  üzərindən 
mübadiləsini mümkün edən bir xəbərləşmə şəbəkəsidir. 
 
xDLS (Digital Subscriber Line)  
DSL-in qabağındakı x işarəsi onun fərqli versiyalarının, yəni: ADSL, ADSL2,  ADSL 2+, SDSL, 
VDSL olmasıdır. 
 
ADSL  (İngiliscə:  Asymmetric Digital Subscriber Line), Asimmetrik Rəqəmsal Abunə Xətti, bu 
günlərdə  internetə  qoşulmaq  üçün  ən  çox  istifadə  olunan  qoşulma  texnologiyalarındandır. 
Asimmetrik  sözü,  məlumatın  transfer  sürətinin,  göndərmə  və  alma  üçün  bərabər  olmadığını 
göstərir. Yəni istifadəçinin məlumatı alma sürəti, göndərmə sürətindən yüksək olur.  
ADSL  2+  ITU(International  Telecommunication  Union)-nun    yaratdığı  bir  standartdır.  Bu 
texnologiya 24 Mbit/s sürətində məlumat almağa imkan verir.  
SDSL- Simetrik DSL, yəni məlumat eyni tezliklə ötürülür və qəbul olunur. 
VDSL (Very High-bit-rate Digital Subscriber Line) ADSL-ə çox bənzəyən bu DSL texnologiyası, 
telefon və ISDN servislərində gəliş yönündə 55.2 Mbps, gediş yönündə 19.2 kbps-2.3 Mbps arası 
trafikdən istifadə edə bilir. VDSL, simetrik olaraq da işləyə bilir. VDSL-in ADSL-dən ən tez gözə 
çarpan fərqi göndərmə məsafəsinin azlığındadır. 13 Mbps sürət üçün 1.5 km, 55.2 Mbps üçün 300 
m  məsafəyə  göndərə  bilir.  VDSL  əsasən  FTTN  (Fiber  to  The  Neighborhood)-də  çox  istifadə 
olunur.
  
 
 
Lay 2:Məlumat bağlantısı layı (İngiliscə: Data Link Layer
 
Məlumat  bağlantısı  layı  məlumatı  Fiziki  Laya  çatdırmaq  və  istifadə  eləməklə  bağlı  qaydaları 
tənzim  edir.  Məlumat  bağlantısı  layının  böyük  bir  bölməsi  şəbəkə  kartı  içində  həyata  keçirilir. 
Məlumat  bağlantısı  layı  şəbəkə  üzərindəki  digər  kompüterlərin  aydınlaşdırması,  kabelin  o  anda 
kimin  tərəfindən  istifadə  olunduğunun  təsbit  edilməsi  və  fiziki  laydan  gələn  məlumatın  xətalara 
qarşı kontrolu vəzifəsini yerinə yetirir. Məlumat bağlantısı layı iki daxili bölməyə ayrılır: 
 
Logical Link Control (LLC) – Məntiqi Bağlantı Kontrolu 
 
Media Access Control (MAC)- Media Keçid Kontrolu 
 
MAC  alt  layı  məlumata  xəta  kontrol  kodu  CRC  ilə  məlumatı  qəbul  edəcək  kompüterin  və 
məlumatı  göndərən  kompüterin  MAC  ünvanlarını  birlikdə  paketləyir  və  fiziki  laya  ötürür.  MAC 
adres  bax  elə  bu  layda  yerləşdirilir.  Qəbul  edən  tərəfdə  də  bu  işi  tərsinə  görür  MAC  adreslərini 
(ünvanlarını) oxuyur əgər ona gəlibsə məlumatı məlumat bağlantısı layının içindəki ikinci alt laya 
LLC-ə ötürür.  
LLC  alt  layı,  yuxarı  lay  olan  şəbəkə  layı  (3-cü  lay)  üçün  keçid  vəzifəsini  görür.  Protokollara 
məxsus məntiqi  portlar  yaradır (Service Access  Points, SAP). Beləcə mənbə olan kompüterdə və 
Məlumat Bağlantısı 
LLC 
MAC  


 
21 
hədəf olan kompüterdəki eyni protokollar mübadiləyə keçə bilirlər. Məsələn: TCP/IP 
TCP/IP. 
Bundan əlavə LLC məlumat paketlərindən xarab göndərilənlərin və qarşı tərəfdə  xarab çatanların 
təkrar  göndərilməsi  ilə  vəzifələndirilib.  Digər  vəzifəsi  Flow  Control  nəzarətidir.  Flow  Control 
qəbul  edənin  (digər  kompüterin)  işləyə  biləcəyindən  çox  məlumat  paketinin  göndərilməsinin 
qarşısını almaq üçün nəzarət sistemidir.    
Data Link layından bir alt mərhələdə elektron media üzərindən məlumatların necə göndəriləcəyi ya 
da  məlumatların  bu  mediada  necə  yerləşdiriləcəyi  təyin  olunur.  Bu  layda  Ethernet,  ya  da  Token 
Ring kimi tanınan ötürmə texnologiyaları çalışır. Bu texnologiyalar məlumatları öz protokollarına 
uyğun  olaraq  işləyib  ötürürlər.  Bu  mərhələdə  məlumatlar  müəyyən  parçalara  bölünür.  Həmin 
parçalara  paket,  ya  da  frame  (kadr)  deyilir.  Frame-lər  məlumatları  müəyyən  bir  ölçüdə 
göndərilməsini  təmin  edən    paketlərdir.    Məlumat  xətti  layında  yayılmış  şəkildə  istifadə  olunan 
protokollar Ethernet və Token Ring-dir.  
 
 
Lay 3: Şəbəkə Layı(İngiliscə: Network Layer
 
Şəbəkə  layında  fərqli  bir  şəbəkəyə  məlumat  göndərilən  zaman  yönləşdiricilərin(router)  istifadə 
edəcəyi  məlumatın  (yəni  istiqamət  bilgilərinin)  əlavə  olunduğu  laydır.  Ola  bilsin  məlumat 
göndərmək  istədiyin  kompüter  sənin  hub-ında  yerləşmir  və  sən  göndərilməli  olduğun  hub-ın 
adresini  verirsən.  Elə  bil  Bakıdan  Vilvan  kəndinə  getməlisən,  amma  bilmirsən  hansı  rayonun 
kəndidi.  Ona  görə  adresi  Lənkəran  hub-dakı  Vilvan  adresinə  getməli  olduğunu  bildirməlisən.  IP 
protokolu bu layda fəaliyyət göstərir. İp məlumatlarında Subnetmask ünvanı yuxarıda izah olunan 
şəbəkələr arası ünvanın təyin olunması üçündür.   
 
 
Lay 4: Daşıma(Ötürmə) Layı (İngiliscə: Transport Layer
 
Daşıma layı üst laylardan gələn məlumatı şəbəkə paketi səviyyəsində parçalara bölür. NetBEUI
TCP  və  SPX  kimi  protokollar  bu  layda  çalışır.  Bu  protokollar  paketlərin  xəta  kontrolu  kimi 
məsələlərini  yerinə  yetirir.  Daşıma  layı  alt  laylar  Transport  Set  və  üst  laylar  Application  Set 
arasında keçid vəzifəsini görür. Alt laylar məlumatın nə olduğuna baxmadan qarşı tərəfə yollama 
işini  görən  zaman,  üst  laylar  da  istifadə  olunan  təchizat  ilə  maraqlanmadan  məlumatın  özü  ilə 
məşğul  olurlar. Yəni  baxmırlar hansı  şəbəkədən  gəlib, hansı  MAC  adres  göndərib,  sadəcə  olaraq 
məlumatı yoxlayırlar. Əgər məlumat tam deyilsə alt laylar vasitəsi ilə digər kompüterə məlumatın 
tam gəlmədiyini bildirirlər.  
 
 
Lay 5: Sessiya Layı (İngiliscə: Session Layer
 
Sessiya layı bir kompüterin  eyni  anda birdən  çox kompüterlə  əlaqədə olduğu zaman, lazım olan 
doğru  kompüterlə  danışa  bilmə  imkanı  yaradır.  Məsələn,  A  kompüteri  B  üzəridəki  printerə  çap 
əmri verəndə, C kompüteri B üzərindəki diskdən istifadə edirsə, B həm A ilə olan, həm də C ilə 
olan əlaqəni eyni anda saxlamaq məcburiyyətindədir. Bu layda çalışan NetBIOS və Sockets kimi 
protokollar fərqli kompüterlərlə eyni anda olan əlaqələri idarə etmə imkanı verir.  
 
 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə