İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə12/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

 
31 
 
 
CAT6-da  da  eyni  vəziyyətdən  söz  gedir.  CAT5e-dən  də  daha  yüksək  ölçülərə  çata  bilən  bir 
kateqoriyada yer alan kabeldir. CAT6 hal hazırda 568A standartına əlavə olunmuşdur. Yəni rəsmi 
istifadəyə verilmişdir. 1000Mhz sürəti üçün, gigabit ethernet üçün ən uyğun kabeldir. Gördüyünüz 
kimi  görünüşdə  də  elə  bir  fərq  yoxdur.  CAT6a  isə  əsil  adı  "Augmented(çoxaldımış,  artırılmış)- 
Category 6"- adlanır. 10 Gigabit Ethernet üçün nəzərdə tutulub. 
 
 
 
1 fərq daha çox nəzərə çarpır, aralarındakı Seperator(ayırıcı). 
 
CAT7  hələ  ki  inkişaf   və  test  mərhələsindədir.  Digərlərinin  əksinə  fərqli  bir  quruluşu  olacaqdır. 
Hər  tel  cüt  metal  qoruma  örtüyü  ilə  sarılmış,  hamısı  birdən  digər  bir  metal  qoruma  örtüyü   ilə 
örtüləcəkdir.  CAT7  RJ-45-dən  tamamən  fərqli  bir  jak  konnektor(birləşdirici  başlıq)  istifadə 
edəcəkdir. 
UTP kabel ilə bağlı digər  bir məsələ isə "stranded" və "solid" kabel fərqləndirilməsidir. Yəni çox 
damarlı stranded və  tək damarlı solid kabel adlanır. Conductor-naqil, Single-tək deməkdir.  
 
 
 
Bu  günlərdə  yeni  qurulan  bir  şəbəkədə  əsasən  CAT5  və  ya  CAT5e  istifadə  olunur.  Bu 
kateqoriyalarda Bakı kompüter mağazalarında rahat tapılırlar. 
 


 
32 
5.3 Fiber Optik Kabel 
 
 
1966-cı  ildə  Charles  Kao  ve  George  Hockham  şüşə  fiber  üzərindən  məlumat  göndərmənin 
mümkün olduğu fikrini ortaya atdılar. Fiber test edildi və  fiber üzərində göndərilən məlumatların 
itmə səviyyəsi çox aşağı olduğu bilindi. Başqalarına nisbətdə ondan istifadə daha sərfəli idi. Fiber 
UTP  kabellərə  görə  daha  yüksək  sürətdə  və  uzun  məsafələrə  məlumat  ötürə  bilirdi.  Bu  məsafə 
repeater(təkrarlayıcı(gücləndirici)) istifadə olunmadan 2 km-ə qədər çıxa bilirdi. UTP kabellərdə 
bu məsafə 100 m məsafəyə qədər idi. Fiber-in yüngül və incə quruluşu UTP kabel istifadə etmənin 
çətin olduğu məkanlarda istifadə olunurdu. Fiber-in  bir başqa önəmliliyi də fiber-in  elektromaqnit 
məkanlarda heç bir çətinliyə məruz qalmamağıdır. Çünki fiber kabeldən elektrik deyil, işıq vasitəsi 
ilə məlumatı göndərilir. Ona görə də elektrik maqnit sahəsi olan yerlərdə rahat işləyə bilir. Binalar 
arasında  torpaq  xəttindəki  fərq  problemi  fiber  üçün  problem  yaratmır.  Fiber  kimyəvi  fabriklər, 
yaranan  kiçik  elektrik  axımının  partlayışa  səbəb  ola  biləcəyi  şərait  üçün  də  idealdır. Son  olaraq 
UTP  və  ya  digər  kabellərin  əksinə,  fiber  kabeldən  məlumat  oğurlamaq  çox  çətindir. Fiber-in  ən 
böyük əlverişsizliyi qiyməti və quraşdırılmasının çətin olmasıdır.  
  
 
5.3.1 Fiber tipləri 
 
Bütün  fiber  texnologiyaları  məlumat  alma  və  göndərmə  üçün  fiberi  cütlər  halında  istifadə 
olunurlar.  İstehsalçılar  fiber  kabellərini  bu  şəkildə  istehsal  edirlər.  Ən  yayılmış  fiber  kabel 
62.5/125 mikron metrədir.  
            
 
 
Fiber kabeldə normal işıq və ya lazer istifadə oluna bilər. Bu iki tip fiber tamam fərqli təchizatdan 
istifadə  edir.  İşıq  siqnalları  yollamaq  üçün  LED  (Ligth  Emitting  Diot)  istifadə  edən  fiber  tipi 
multimode adlandırılır və ən çox yayılmış fiber kabel tipidir. Lazer işığı istifadə edən single mode 
fiber çox yüksək məlumat ötürmə qabiliyyətinə malik olsa da bahalı təchizat istifadə etdiyi üçün 
çox yayılmamışdır. 


 
33 
6. ETHERNET 
 
Ethernet  Earth(yer  kürəsi)+Net(tor,  şəbəkə)  sözlərinin  birləşməsindəndir.  Ethernet  texnologiyası 
1973-cü  ildə  Bob  Metcalfe  tərəfindən  yaradılmışdır  və  DEC,  İntel,  Xerox  firmaları(DİX  birliyi 
kimi  tanınır)  tərəfindən  işlənilib  hazırlanmışdır.  Metkalf  əvvəl  Alto  Aloha  Network  adlanan 
sistemin  adını  1973-cü  ildə  "Ethernet"  adlandırdı.  Bununla  o  texnologiyanın  sadəcə  Alto 
kompüterlərində  deyil,  bütün  kompüterlərdə  çalışa  biləcəyini  vurğulamaq  istəyirdi.  Metkalf-ın 
texnologiyası  bütün  sistemlərlə  məlumat  bitlərini  göndərə  bilirdi  və  bütün  siustemlərnən  işləyə 
bildiyi  üçün  nəticədə  "Ethernet"  yaranmış  oldu.  Aşağıdakı  diaqram  Dr.  Robert  M.  Metcalfe 
tərəfindən  1976-cı  ilin  iyun  ayında  National  Computer  Conferance-da  ethernetin  yaranması 
zamanında onun izah olunması üçün çəkilən ilk şəkildir. Bu şəkildə koaksial kabelli  ilk ethernet 
təsvir olunmuşdur. Bu texnologiya hal-hazırda istifadə olunan UTP kabelləmədən fərqlidir.  
 
 
 
 
Bu  şəbəkə  texnologiyası  ən  çox  yayılmış  və  hal-hazırda  çox  işlədiləndir.  Buna  görə  ona  ayrıca 
bölmə verməyi qərara aldım. Kabel tipləri barədə aldığınız məlumatlar sizə Etherneti daha  yaxşı 
anlamağa  yardımçı  olacaqdır.  Ethernet  texnologiyası  müasir  şəbəkələrdə  ən  çox  işlədilən  növ 
olmasına səbəb onun ucuz olmağı, məhsuldarlığı, rahat genişləndirilə bilməsidir və demək olar ki, 
bütün  şəbəkə  istehsalçıları  tərəfindən  dəstəklənir.  Ethernet  artıq  bir  standart  olub  və  digər  yerli 
sahə  şəbəkə  texnologiyalarını  ona  görə  qiymətləndirirlər.    Buna  səbəb  DIX  standartından  sonra 
Ethernet,  Institute  of  Electrical  and  Electronics  Engineers  (IEEE)-in  802  kodlu  komissiyası 
tərəfindən inkişaf etdirilməkdədir.  IEEE 1985-ci ildə "IEEE 802.3 Carrier Sense Multiple Access 
with Collision Detection (CSMA/CD) Access Method and Physical Layer Specifications" şəklində 
bir adla yeni ethernet standartını elan etdi. Bu vaxtlarda IEEE standartı International Organization 
for Standardization (ISO) tərəfindən işi davam etdirilirdi. ISO günümüzdə kompüter şəbəkələri ilə 
bağlı  bütün  standartlaşdırılma  işini  aparan  qurumdur.  Onu  da  deyim  ki  yarandığı  dövrdən 
ethrenetin  satışı və istifadə olunma sayına oxşar heç bir şəbəkə yox idi və hal-hazırda da yoxdur. 
Buna  səbəb  Etheretin  ucuz  başa  gəlməsi  və  yaratdığı  CSMA/CD  texnologiyası  idi.  Ethernet 
yaradılarkən 3 əsas problemi həll etmək lazım idi: 
 
1. Kabel vasitəsi ilə məlumatı necə göndərmək? 
2. Göndərən və qəbul edən kompüter necə təyin olunacaq? 
3. Müəyyən bir anda kabeldən istifadə etmək necə təyin olunacaqdır? 
 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə