İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə18/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

 
50 
Nəticədə bir neçə saniyə içində bütün kompüterlər şəbəkəni istifadə etmiş olurlar və Bridge bütün 
kompüterlərin hansı toqquşma sahəsinə daxil olduğunu anlamış olur. 
 
Toqquşma Sahəsi 1 
Toqquşma Sahəsi 2 
Kompüter 
MAC adresi 
Kompüter 
MAC adresi 

00 45 5D 32 5E 72 

9F 16 C6 55 4D EE 

9F 16 C6 99 DF F1 

00 45 5D 75 D3 95 

9F 16 C6 85 E5 55 

9F 16 C6 DD 41 11 
 
Bridge-də  belə  cədvəl  yarandıqdan  sonra  bridge  hər  iki  tərəfdən  də  gələn  paketi  qarşıya  ötürüb 
ötürməyəcəyini bilir. Beləcə TS1 içində gerçəkləşən bir trafik(A>C) TS2-ni məşğul etmir. A C-yə 
məlumat yollayarkən eyni anda, D də F-yə məlumat yollaya bilir.  
Əlbəttə A-dan F-yə göndərilən bir paket Bridge-i keçə biləcəkdir. Bridge-lərin iki faydası vardır. 
Birincisi, seqmentləri bağlamasına baxmayaraq, seqmentlər arasında filtrləmə  vəzifəsini görərək,  
lazımsız trafikin qarşısını alır və seqmentlərin fərqli toqquşma sahələri kimi qalmasını təmin edir. 
İkinci  faydası  isə  budur:  5-4-3  qaydası  deyilən  hədd  qoymanın  şəbəkənin  tamamı  üçün  uyğun 
olması yerinə sadəcə hər bir seqmentin içində uyğun olmasını təmin edir. Kitabda 5-4-3 qaydası ilə 
bağlı mövzu mövcuddur. Yuxarıda bir şəbəkəyə ən çox dörd repeater taxıla biləcəyini demişdik. 
Əslində  şəbəkədəki  iki  kompüter  arasında  ən  çox  dörd  repeater  ola  bilər  desək  daha  doğru  olar. 
Ancaq Bridge ilə iki seqmenti bağladığınızda bu qayda bütün şəbəkə üçün deyil, seqmentlərin hər 
birinə  ayrı-ayrılıqda  aid  olur.  Məsələn,  yuxarıdakı  şəkildə  soldakı  TS1  içində  dörd  repeater  olsa, 
sağda  TS2  içində  də  dörd  dənə  repeater  ola  bilər.  Qısaca  bridge  seqmentləri  bağlamasına 
baxmayaraq, hər seqment tək başına çalışırmış kimi davranmasına imkan verir.  
Şəbəkə  üzərindəki  trafikin  böyük  bir  bölümü  unicast  formadadır,  yəni  bəlli  bir  kompüterə 
istiqamətlənmişdir(A>B kimi). Ancaq bəzən broadcast mesajlar da ola bilir. Məsələn "Zabil" adlı 
kompüterə çatmaq istədiyimizdə, bizim şəbəkə kartımız bütün kompüterlərə gedəcək və deyəcək 
"əgər kompüter adın = Zabil isə mənə MAC adresini yolla". Bu mesaj bütün kompüterlərə çatır və 
Zabil  adındakı  kompüter  MAC  adresini  yollayır.  Bridge-lər  bu  sistemin  çalışa  bilməsi  üçün 
Broadcast  adreslərini  istifadə  edirlər.  Bridge-lər  istifadə  olunduğunda  şəbəkədəki  kompüterlərdə 
hər  hansı  bir  tənzimləmə  edilməsinə  ehtiyac  yoxdur.  Bridge  bir  seqmentdən  gələn  və  digərinə 
ötürülməsi lazım olan məlumat paketlərini sıfırdan yaradıb digər seqmentə yollayır. Paket brig-də 
özünə  gəlib  yenidən  yola  düşür.  Bridge  gələn  paketi  eynən  yaradıb  yolladığı  üçün  fərqli  paket 
quruluşları istifadə edən şəbəkələrin  birləşdirilməsində istifadə oluna bilməz. (Ethetnet<=>Token 
Ring). 
Bridge çox fərqli şəkillərdə qarşınıza çıxa bilər. Ethernet repeater-ə çox bənzəyən ayrı bir qurğu 
ola biləcəyi kimi, üzərində Bridge proqramı çalışan bir kompüter də ola bilər. Məsələn, Windows 
XP Pro istifadə edən və birdən çox şəbəkə kartı olan bir kompüter, fərqli şəbəkələr arasında bridge 
kimi çalışa bilir. Bridge istifadə olunarkən diqqət edilməsi lazım olan bir nöqtə vardır. Birdən çox 
bridge  olan  bir  şəbəkədə  loop,  yəni  təkrar  dönmə  yarana  bilər.  Bu  eyni  kompüterə  çatmaq  üçün 
birdən  çox  yol  olması  halında  da  təkrar  dönmə  yaranır  və  bridge-lər  bunu  kontrol  edə  bilməzlər. 
Aşağıda buna misal olaraq üç bridge qoşulmuş şəbəkə modelinin şəkli vardır. 


 
51 
 
A paket yolladığında, Bridge 2 və Bridge 3 bu paketi Bridge 1-ə ötürür. Beləcə Bridge 1 üçün hər 
iki  tərəfdə  də  A  kompüteri  varmış  kimi  bir  hal  yaranır.  Bu  durum  digər  Bridge-lərin  də  başını 
qarışdırır  və  paket  ardıcıl  olaraq  bridge-lər  arasında  dönməyə  başlayır,  yəni  loop/təkrar  dönmə 
yaradır.  Bunun  önünə  keçmək  üçün  bridge-lərə  istifadə  olunarkən  diqqət  edilməlidir.  Bir  çox 
modern bridge Spanning Tree Algorithm adı verilən bir texnologiya ilə təkrar dönməyə yol açan 
bridge-i təsbit edib fəaliyyətini dayandırır. Bridge-in işini sadalasaq: 
 
 
Məlumat paketlərindəki MAC adreslərinə baxaraq, paketləri seqmentlər arasında keçirir və 
ya durdurur 
 
Broadcast paketlərini daima keçirir 
 
Bridge-lər, MAC  adreslərini oxuya bilərlər, bu da onların 2. OSI  layında,  yəni  Data  Link 
Layer-də çalışan cihazlar olduğunu göstərir 
 
Bridge-lər sadəcə eyni  məlumat paketi quruluşunu istifadə edən şəbəkələri birləşdirə bilər 
(Ethernet<->Ethernet) 
 
Bridge-lər  gələn  məlumat  paketlərini  analiz  edərək  şəbəkə  üzərindəki  kompüterlərin 
siyahısını yaradırlar 
 
Kompüterlər  arasında  bridge-lər  istifadə  olunaraq  alternativ  yollar  yaradıla  bilməz, təkrar 
dönmə yaranır 
 
Bridge-lər  şəbəkə  içindəki  trafiki  bölmədə  və  5-4-3  sərhədini  aşmada  istifadə  oluna  bilər.  Ancaq 
kompüterlər arasında alternativ yollar yaratmaq işi ancaq daha inkişaf etdirilmiş bir cihazla, yəni 
yönləşdiricilərlə (router) edə bilərlər. 
Repeater mövzusunda, UTP kabelləmə ilə istifadə etdiyimiz hub adlanan cihazların əslində bir çox 
portu olan və UTP kabelə uyğun yaradılmış repeater-lər olduğunu bildirmişdik. Eyni şəkildə, UTP 
kabelləmədə  istifadə  olunan  switch  adlanan  cihaz  da  qabaqca  bir  çox  portu  olan  bridge  kimi 
düşünülə bilər. 
 
6.8 UTP kabelli Ethernet şəbəkə texnologiyaları 
Artıq  UTP  kabelin  və  Ethernetin  nə  olduğunu  bilirsiniz.  Bundan  sonrakı  bütün  mövzular  indiki 
zamanda  istifadə  olunan  texnologiyalara  aiddir.  LAN  quraşdırmaq  üçün  bütün  bunları  bilmək 
lazım idi.  
 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə