İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə6/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   2   3   4   5   6   7   8   9   ...   30

 
15 
 
 
Bu şəkildə pinlərin, yəni içərisindəki simlərin nə işə yaradığını görə bilərsiniz. Əgər simlərdən hər 
hansı biri qırılsa nəyin işləməyəcəyini anlamaq olar. 
 
 
 IEEE 1284- printer üçün kabel, DB-25 və 36 pin Centronics konnektor. 
 
Burada  yeni  adla  DB-25  ilə  tanış  ola  bilərik,  görəsən  bu  nədir?  D-subminiature  və  ya    D-sub 
kompüterlər üçün istifadə olunan standart elektrik birləşdiricisidir (connector-konnektor). Onlar ilk 
təqdim  olunduqlarında  "subminiature"  kimi  adlandırılmışdırlar,  bu  gün  onlar  kompüterlərdə  ən 
geniş istifadə olunan birləşdiricilərdir. 
 
  
Buda D-sub başlıqlarının pinlərinin saylarına görə növləri. 
 
 
 
LPT 
COM 
LPT və COM bir-birinə görünüş cəhətdən oxşar olsalar da onlar fərqlidirlər. 
 


 
16 
LPT (paralel port)- standartlaşdırıldıqdan sonra 1990-cı ildə  yaradıldı və adı IEEE 1284 oldu. Bu 
modeldən sonra daha yeniləri istehsal olunmuşdur. Ən yenisi IEEE 1394-dür. Apple kompaniyası 
tərəfindən FireWire və Sony firması tərəfindən i.LINK adlandırılmışdır. Yeri gəlmiş ikən bunu da 
deyim IEEE-The Institute of Electrical and Electronics Engineers deməkdir. Tərkibində dünyanın 
175  ölkəsindən  360,000  üzvü  var.  Dünya  səviyyəsində  müxtəlif  texnologiyaların 
standartlaşdırılması  məsələləri  ilə  məşğuldur.  İşlərini  istehsalçı  firmalarla  birlikdə  aparan  bu 
qurum 1980-ci ildə 802 nömrəli bir komissiya yaratdı. Komissiyanın vəzifəsi kompüter şəbəkələri 
ilə bağlı müxtəlif standartları ortaya çıxartmaq idi. IEEE-nin fərqli kodlu başqa komissiyaları digər 
texnologiyalar  üzərində  çalışmağa  davam  edirlər.  Məsələn,  IEEE  1284  paralel  ötürmə  ilə  bağlı 
məsələlər  üzərində  çalışarkən,  IEEE  1394  Firewire  bağlantı  standartını  yaratmışdı.  802 
komissiyası fərqli şəbəkə texnologiyalarını tədqiq etmək üzrə alt komissiyalara  bölmüşdür. 
 
IEEE 802 
komissiyaları 
İEEE komissiyalarının işlədiyi sahələr 
IEEE 802 
LAN&WAN 
IEEE 802.1 
LAN/WAN Bridging and Management 
802.1s 
Multiple Spanning Tree 
802.1w 
Rapid Reconfiguration of Spanning Tree 
802.1x 
Port Based Network Access Control 
IEEE 802.2 
Logical Link Control (LLC) 
IEEE 802.3 
CSMA/CD access method (Ethernet) 
802.3ae 
10 Gigabit Ethernet 
IEEE 802.4 
Token Passing Bus access method and Physical layer specifications 
IEEE 802.5 
Token Ring access method and Physical layer specifications 
IEEE 802.6 
Distributed Queue Dual Bus (DQDB) access method and Physical layer 
specifications (Metropolitan Area Networks) 
IEEE 802.7 
Broadband LAN 
IEEE 802.8 
Fiber Optic 
IEEE 802.9 
Interoperable LAN/MAN Security 
IEEE 802.11 
Wireless LAN Medium Access Control (MAC) and Physical layer 
specifications (2 Mbit Wireless) 
802.11b 
11 Mbit Wireless 
802.11a 
54 Mbit Wireless 
802.11g 
54 Mbit Wireless 
IEEE 802.12 
Demand-priority access method, Physical Layer and repeater specifications 
IEEE 802.13 
İstifadə olunmur 
IEEE 802.14 
Cable Modems 
IEEE 802.15 
Wireless Personal Area Network (WPAN) 
IEEE 802.16 
Wireless Metropolitan Area Network (Wireless MAN) 
IEEE 802.17 
Resilient Packet Ring (RPR) Access 
 
Komissiyanın  bəzi  bölmələri  uğursuz  olmuşdur,  bir  qismi  də  (802.4  Token  Ring  kimi)  artıq 
istifadə  olunmur.  Bəziləri  də  inkişaf  etdirilməkdədir.  Bizim  üçün  əsas  IEEE  802.3,  802.5  və 
802.11 standartlarıdır. Şəbəkələrin inkişaf tarixini oxuyarkən bunlar sizə tam aydın olacaqdır. 
 


 
17 
COM  –unda  sinonim  adı  var  o  “serial  port”  adlanır  və  standart  forması  RS-232-dir.  Bu  tip 
başlıqları əsasən monitorları prosessorun qutusuna qoşan zaman görə bilərsiniz. 
 
Erkək başlıq(male) 
 
Dişi başlıq(female)  
 
Elektronika  aləmində  taxılan  kabel  başlarına,  yəni  açıqda  olan  simli  başlığa  “erkək”  başlıq  və 
taxılma  yerləri  olan  başlığa  “dişi”  başlıq  deyirlər.  COM-un  inkişaf  mərhələsi  onu  hamımızın 
tanıdığı USB formasına çevirmişdir. Aşağıda buna aid bir neçə misal var. 
 
 
 
 
Demək  olar  ki    bu  günlərdə  COM-ları  USB  portlar  əvəz  edir.  Artıq  kompüterə  qoşulan  alətlərin 
istifadə etdiyi portlar və kabellər haqqında anlayışınız oldu.  
 
3. OSİ Modeli 
 
OSİ modeli yuxarıda oxuduğunuz texnologiyaların standartlaşdırılıb bütün şəbəkə sistemləri üçün 
qəbul  olunmuş  ümumi  formasıdır.    Heç  kəs  sizə  OSİ  modelinə  bax,  ya  da  get  OSİ  modeli  al 
deməyəcək.  OSİ  modeli  kompüter  şəbəkələri  sisteminin  fiziki  təchizatından  tutmuş  ta  proqram 
təminatına  kimi  işləmə  prinsipini  izah  edir.  Bir  kompüterdən  digərinə  məlumat  göndəriləndə  baş 
verən  proseslər  standartlaşdırılmış  formada  bütün  kompüterlərdə  eyni  ardıcıllıqla  aparılır.  OSİ 
modeli  şəbəkəni  öyrənmək  üçün  ən  mühüm  bölmələrdəndir.  Buna  səbəb  şəbəkələrin  yaranması 
tarixi ilə bağlıdır. Kompüter şəbəkələrinin ilk yarandığı vaxtlardan, fərqli firmalar özlərinə məxsus 
texnologiyalarla şəbəkə sistemləri yaradır və satırdılar. Bu firmaların istehsal etdiyi şəbəkə kartları 
və  texnologiyası  öz  kartlarından  başqa  şəbəkə  kartlarını  və  texnologiyalarını  tanımırdılar.  Çünki 
hər bir firmanın özünə məxsus proqram təminatı və quruluşu var idi. Hər firma fərdi eyni zamanda 
fərqli  sistemlər  və  sürücülər  istifadə  etdiyi  üçün  digər  firmaların  şəbəkələri  ilə  əlaqə  yarada 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə