İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə13/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

 
34 
Məlumatın  ötürülməsi  Paketlər(Frames)  formasında  həyata  keçirilir.  Bütün  kompüter  şəbəkələri 
şəbəkə  üzərindən  ötürüləcək  məlumatı  sabit  səviyyədə  kiçik  paketlər  halında  ötürürlər.  Bu 
formanın iki önəmli  faydası  vardır. Birincisi böyük bir faylın transfer-i  (ötürülməsi)  zamanı bir 
kompüter şəbəkənin tamamını uzun bir müddət məşğul etməmiş olur. Kompüter məlumatı paketlər 
halında  yollayarkən,  hər  paketi  göndərməzdən  əvvəl  kabelin  istifadədə  olub-olmadığını  kontrol 
edir.  Əgər  kabel  boşdursa  paketi  yollayır.  Paket  qarşıya  çatanda,  kabel  təkrar  şəbəkədəki  bütün 
kompüterlər  üçün  boş  vəziyyətdə  olur.  Bir  az  öncəki  kompüter  ikinci  paketi  yollamadan  öncə 
təkrar  kabeli  kontrol  etmək  məcburiyyətindədir.  Bu  vaxtda  digər  kompüter  öz  paketini  yollaya 
bilər. Paketlər kiçik quruluşda olduğu üçün saniyələr içində yüzlərcə fərqli kompüterlər tərəfindən 
yollanıb-alına  bilər.  Kompüterləri  istifadə  edən  insan  üçün  bu  vəziyyət,  şəbəkədə  sanki  hər  kəs 
eyni  anda  məlumat  alış-verişi  edir  kimi  görünür.  Məlumat  paketlər  halında  göndərilməsə  idi, 
istifadəçi  50  MB-lıq  bir  faylı  başqa  kompüterə  yollayarkən  bəlkə  3-5  dəqiqə  boyunca  digər 
kompüterlər şəbəkəni istifadə edə bilməyəcəklərdi. Paketli quruluşun ikinci faydası isə budur: 50 
MB-lıq  faylı  bir  biti  belə  ötürülmə  əsnasında  zədələnərsə,  bu  bütün  faylın  ən  başdan  təkrar 
göndərilməsinin  qarşısını  alır.  Göndərilən  məlumat  paketlərə  bölünüb  yollandığı  üçün  sadəcə 
zədələnmiş  paketin  təkrar  yollanması  kifayət  edir.  Ethernet  məlumat  paketinin  quruluşu  belədir. 
Hər paketin tərkibində bu dörd məlumat vardır: 
 
 
Qəbul edənin MAC adresi 
 
Göndərənin MAC adresi 
 
Göndəriləcək məlumatın özü 
 
CRC(zədə kontrol) kodu 
 
6.1 MAC adres nədir ? 
 
Ethernet  şəbəkəsinə  daxil  olan  hər  cihaz,  ya  da  kompüter  "node"  adlandırılır.  Kompüterlərə 
ethernet  kartı  taxanda  həmin  kompüter  şəbəkədə  punkt  halına  gəlir  və  bu  punktu  node 
adlandırırlar.  Şəbəkəyə  təkcə  kompüterlər  qoşulu  olmur.  Digər  cihazların  da  qoşulu  ola  biləcəyi 
üçün  router-lərin,  hub-ların  qoşulma  nöqtələrini  sadələşdirərək  node  adlandırırlar.  Ethernet 
şəbəkəsində  kompüterlər  və  cihazlar  bir-birlərindən  sahib  olduqları  analoqu  olmayan  MAC 
adresləri ilə  ayırd edilirlər. Hər node və  ya sadəcə hər ethernet kartı dünyada təkrarı olmayan bir 
adresə  sahibdir.  Bu  adres  48  bitlik  bir  rəqəmdir.  Məsələn  bu  yazının  yazıldığı  kompüterə  taxılı 
şəbəkə kartının MAC adresi belədir:  
 
100100000110101001010010100011001101100000011 
 
İkili sistemdə olan bu rəqəmi söyləmək və yazmaq çətin olduğu üçün onu 16-lıq sistemdə yazırlar:  
 
12 0D 4A 51 9B 03 
 
Mənim  kartımın  istehsalçısı  Cnet  adlı  firmadır.  Bu  firma,  şəbəkə  kartı  istehsal  etməyə  qərar 
verəndə birinci gedib  IEEE-yə müraciət edib və IEEE ona 24 bitlik bir istehsalçı kodu vermişdir. 
Bu kod Organizationally Unique Identifier (OIU) kimi adlandırılır və hər istehsalçıya fərqli bir kod 
verilir. Daha sonra Cnet istehsal etdiyi hər şəbəkə kartı üçün ilk 24 biti öz OIU nömrəsini, qalanını 
24 biti isə kartın seriya nömrəsini Device (Devays) ID (AY-Dİ)  başqa bir karta verilməmək şərti 
ilə  MAC  adresi  təyin  edib,  şəbəkə  kartının  üzərində  proqramlaşdırıla  bilən  bir  sxemə  (çipə) 


 
35 
nömrəni  yazır.  Beləcə  bu  kartın  dünyada  təkrarı  olmayan  bir  MAC  adresi  olur.  Bunun  hesabına 
sizin almış olduğunuz hər şəbəkə kartı istehsalçısı, istehsal tarixi, markası-modeli nə olursa-olsun 
fərqli bir MAC adresinə sahib olacaqdır. Ethernet sistemində node-ları bir-birindən ayırmaq üçün 
MAC adreslərdən istifadə olunur.  
  
6.1.1 MAC adreslərinin istifadəsi 
 
MAC  adresləri  hesabına  sistemlər  şəbəkə  üzərindən  özlərinə  çatan  məlumat  paketinin  özlərinə 
gəlib gəlmədiyini anlayırlar. Ethernet şəbəkəsində, bir kompüter bir məlumat paketi yolladığında, 
bu  paket  şəbəkədəki  bütün  sistemlərə  çatır.  Hər  kompüter  paketin  ilk  hissəsi  olan  alıcı  MAC 
adresini oxuyur və öz MAC adresi ilə kontrol edir. Əgər gələn paket özünə aiddirsə paketlə məşğul 
olur, deyilsə qəbul etmir. 
 
 
 
Şəbəkədə göndərilən məlumatların bütün kompüterlərə çatması və sonra MAC adress vasitəsi ilə 
məlumatın  həmin  kompüterə  göndərilməsinin    təyin  olunması  məlumatın  digər  kompüterlər 
tərəfindən  istənildiyi  zaman  qəbul  edilməsinə  şərait  yaradır.  Bu  da  sizin  hər  hansı  bir  kompüterə 
göndərdiyiniz məlumatın hub-ınıza qoşulu olan və ya olmayan kompüterlərdən məlumat paketinin 
surətlərinin  tutularaq  oxuna  biləcəyindən  xəbər  verir.  Yəni  informasiya  təhlükəsizliyi  pozulur. 
Şəbəkədə sizə göndərilməyən paketlərin tutulması üçün LAN Sniffer kimi proqramlar vardır. Hətta 
MNS messenger danışıqlarının paketlərini qəbul etmək üçün bir neçə proqram mövcuddur.  
 
6.1.2 Direct, Multicast və Broadcast Adresləri 
 
Direct(birbaşa) mesajlar bir kompüterdən digər kompüterə birbaşa göndərilirlər.  
Multicast(Çoxlu  məntiqi  əlaqə)  bir  qrup  kompüterin  eyni  məlumatı  almasını  təmin  edir.  Bunun 
üçün  məlumatı  şəbəkənin  multicast  adresinə  yollayırıq.  Multicast  adresi  də  siyahıda  olan 
kompüterlərin  MAC  adreslərinə  həmin  məlumatı  göndərir.  Yəni  multicast  bir  növ  məntiqi  hub 
vəzifəsini  görür.  Broadcast(Geniş  məntiqi  əlaqə)  adresi  isə  48  biti  də  bir  olan  xüsusi  bir 
adresdir.  Bu adresə yollanmış məlumat paketini alan hər şəbəkə kartı bu paketi qəbul edir və paket 
ilə  məşğul  olur.  Bəzən  bütün  kompüterlərə  getməsi  lazım  olan  bir  mesaj  göndərmək  lazım  ola 
bilər. Bu vəziyyətdə mesajı daşıyan məlumat paketləri broadcast adresinə yollanır, beləcə şəbəkəyə 
qoşulan bütün cihazlar bu mesajı alırlar.  
 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə