Dərsə hazırlıq: Hər bir şagirdə paylamaq üçün əvvəlcədən ləvazimatlar paketlərə yığılmalıdır



Yüklə 323,74 Kb.
tarix16.01.2022
ölçüsü323,74 Kb.
#82929
növüDərs
16-Arduino və LED


Arduino və LED

Dərsə hazırlıq:

1. Hər bir şagirdə paylamaq üçün əvvəlcədən ləvazimatlar paketlərə yığılmalıdır.

2. Şagirdlərə göstərmək üçün əvvəlcədən layihənin bir nümunəsini hazırlayın.

Alətlər və ləvazimatlar:

Bir komanda üçün nəzərdə tutulan vəsaitlər / Hər komanda üçün 2 şagird:

1 kompüter

1 ədəd Arduino seti (Arduino lövhəsi, kompüterə qoşmaq üçün kabel, LED işıqlar, naqillər, lövhə)



Maraqlı faktlar:

  • SOS siqnalı təhlükə anında səsli və ya görüntü şəklində göndərilir. Bu siqnal ilk olaraq 1 aprel 1905-ci ildə Almaniyada, 1 iyul 1908-ci ildə beynəlxalq səviyyədə istifadə edilməyə başlanmışdır.

  • SOS siqnalı Morz kodları (···---···) ilə göndərilir. Bəzən SOS siqnalı qısa və uzun səslər yaxud da yanıb-sönən işıq vasitəsilə verilir.

  • SOS hərhansı hərfləri və ya bir cümlənin qısaltması deyil, ancaq bəzi mənbələrdə "Save Our Souls (ruhlarımızı xilas edin)" kimi İngliscə mənası olduğu qeyd edilir.

Dərs fəaliyyəti:

  1. Şagirdlərə əvvəlcədən hazırladığınız nümunəni göstərin. Onlara qurğu ilə tanış olmağa icazə verin. Bu onları ruhlandıracaq.

  2. LED-i Arduino lövhəsi üzərində quraşdırırıq. LED-in ayaqlarını lövhəyə yerləşdiririk.

  3. LED-in qısa ayağından naqil ilə GND (Torpaqlama) pininə, uzun ayağından isə 8-ci rəqəmsal pinə qoşulma yaradırıq.



  1. Arduinonu kompyuterə qoşuruq.

  2. Arduino proqramlaşdırma mühitini açıb və “File” -> “New File” bölməsinə klikləyirik. Yeni faylda kodu yazmağa başlayaq. LED-i qoşduğumuz pin üçün dəyişən yaradaq. Pinlər rəqəmlər olduğu üçün dəyişən int tipində olacaq.



  1. LED_pin LED-i idarə etmək üçün xaric etmə pini kimi qeyd edilir. Çünki proqramdan xaric olunan əmr LED-i yandıracaq.



pinMode() funksiyası Arduino lövhəsinə qoşulan pinlərə xaricetmə və ya daxiletmə rejimlərini təyin etməkdə kömək olur.

Daha sonra artıq bildiyimiz kimi Serial.begin() ilə lövhə və kompüter arasında rabitə yaradırıq.



Diqqət: Bütün bunlar setup() daxilində aparılır, çünki bu əməliyyatlar yalnız proqramın başlanğıcında təyin edilir və bir daha aparılmır.

  1. Loop() funksiyası daxilində daimi yenilənəcək əməliyyatları yazırıq.LED-i yandırmaq üçün digitalWrite() əmrindən istifadə etməliyik.Kod hissəsində LED_pin ledin qoşulduğu pini göstərir. Burada, LED-in olduğu pinə HIGH - qiymətini yazırıq, yəni onu YÜKSƏK rejimə qoyuruq. LED yanır.

LED-in yanması barədə məlumatı ekrana veririk.





  1. Fasilə vermək üçün delay(1000); əmrindən istifadə edirik.Burda 1000 ədədi millisaniyəni göstərir.Bu qiyməti dəyişərək LED-in yanıb-sönmə fasilənin müddətini dəyişə bilərik.



  1. LED-in olduğu pinə LOW qiymətini yazırıq, yəni onu ZƏİF rejimə qoyuruq. LED sönür

LED-in sönməsi barədə məlumatı ekrana veririk.





  1. Yenidən 1 saniyə fasilə veririk.

Bütün bunlar loop() funksiyası daxilində aparıldığından biz proqramı dayandırana qədər LED yanıb sönəcək.



  1. Kodu işə salırıq.




  1. Nəticədə 1 saniyə fasilələr ilə LED yanmalı və sönməlidir.





  1. Daha sonra bir neçə ledi fərqli portlara qoşaraq və fasilə zamannı artıraraq kodu dəyişdirin.

  2. Dərsin sonunda arduino setləri şagirdlərdən toplanır.

Yüklə 323,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə