İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə7/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   2   3   4   5   6   7   8   9   10   ...   30

 
18 
bilmirdilər.  Bu  problem    ümumi  proqram  təminatının  yazılmasında  da  çətinliklər  yaradırdı.  Əgər 
hər  hansı  bir  şirkət  şəbəkə  qursaydı  o  ancaq  tək  bir  firmanın  texnologiyasını  istifadə  etmək 
məcburiyyətində  qalırdı.  Çünki  digər  firmaların  texnologiyası  artıq  qurulmuş  şəbəkələrini 
dəstəkləmirdi.  Əgər  gələcəkdə  şəbəkəyə  əlavə  etmək  istəsələr  o  firmadan  başqası  bunu  edə 
bilməzdi. Həmin firmadan alınan mallar isə baha başa gəlirdi. Bu cür problemlərin artması ümumi 
bir sistemin yaranmasına tələb yaratdı.  
Standartlaşdırmada yaranan problemlərin başında proqramlaşdırma terminologiyası gəlirdi.  Buna 
səbəb  hər  firmanın  özünəməxsus  terminologiyasının  olması  idi.  1984-cü  ildə  International 
Organization  of  Standardization  (ISO)  adında  bir  qurum  Open  System  Interconnection  modelini 
“ISO”-nu yaratdı. ISO qurumun adının qısaltması deyil, latınca bərabər "isos" sözündən götürülüb. 
Qurum bütün şəbəkələrin eyni texnologiya əsasında işləməsi üçün çalışır. OSI Modeli dəyişilməz 
qanun deyil. İstəyən özü üçün şəbəkə sistemi  yarada bilər. Amma OSI modelinin standartlarında 
olmazsa  böyük ehtimal digər  şəbəkələr tərəfindən anlaşılmayacaqdır və işləməyəcəkdir. 
 
3.1 Protokollar  
 
Protokol  sözünün  mənası  hadisənin  gedişatını  təsvir  edən  qaydalar  toplusudur.  Protokollar 
kompüter  şəbəkələrinin  müəyyən  qaydalar  daxilində  idarə  olunması  üçün  tənzimləyici  rol 
oynayırlar. Bəs protokollar nəyi tənzimləyir? Kompüter şəbəkəsi üçün protokol iki kompüter və ya 
aparat  arasında müəyyən qaydalar daxilində informasiya mübadiləsinin aparılmasını tənzim edir. 
Sadə  File  Transfer  Protocol  (FTP)  proqramı  ilə  məlumat  göndərilən  zaman  arxa  planda  bir  çox 
protokol  işləyir.  FTP  protokolu  iki  kompüterin  iki  proqramı  arasında    necə  məlumat  mübadiləsi 
aparılmasını  müəyyənləşdirir.  Transmit  Control  Protocol  (TCP)  göndərən  sistem  üzərindən 
yollanacaq  məlumatı  parçalara  bölünməsi  və  qəbul  edən  sistemin  üzərində  təkrar  birləşdirilməsi 
funksiyalarını  yerinə  yetirir.  Internet  Protocol  (IP)  isə  məlumatın  fərqli  yönləşdiricilər  üzərində 
doğru  yolu  izləyərək  qarşı  tərəfə  çatdırılması  ilə  vəzifələndirilmişdir.  Məsələn:  hub-da  beş 
kompüter var və hansı kompüterə (MAC adresi ilə təyin edir) bu məlumat çatmalıdır məsələlərini 
həll  edir.  Şəbəkə  kartı  və  kabel  protokolları  məlumatın  necə  elektrik  siqnalları  halında 
göndərilməsi  məsələsini  yerinə  yetirir.  Bütün  protokollar  və  baş  verən  proseslər  bütünlükdə  7 
əməliyyat layı formasında həyata keçirilir və OSİ modelində cəmlənir.
 
 
3.2  7 LAY 
 
OSI  modeli  vasitəsi  ilə  bir  cihazın  və  ya  protokolun  şəbəkə  daxilində  hansı  vəzifəni  yerinə 
yetirdiyini  daha  rahat  izah  etmək  olar.  OSI  modeli,  kompüter  üzərindəki  proqram  məlumatının, 
şəbəkə  mühitindən  keçərək  digər  bir  kompüter  üzərindəki  proqrama  necə  çatacağını  təsvir  edir. 
Model bu prosesi 7 lay formasında izah edir:  
 
Layer 7 - Application   7. Lay - Tətbiqetmə 
Application 
Set(tətbiqetmə  
komplekti) 
Layer 6 - Presentation   6. Lay – Təqdim etmə 
Layer 5 - Session  
5. Lay - Sessiya 
Layer 4 - Transport  
4. Lay - Daşıma(Ötürmə) 
 
Transport 
Set(ötürmə 
komplekti) 
Layer 3 - Network  
3. Lay – Şəbəkə 
Layer 2 - Data Link  
2. Lay – Məlumat Bağlantısı  
Layer 1 - Physical  
1. Lay - Fiziki 


 
19 
Tətbiqetmə  layı  məlumatı  təqdim  etmə  layına,  təqdim  etmə  isə  sessiya  layına  ötürür.  Bu  şəkildə 
məlumat  fiziki  laya  kimi  çatdırılır.  Məlumat  qəbulunda  isə  bu  proses  əks  formada  ardıcıllıqla 
təkrar olunur. Məlumat fiziki laydan tətbiqetmə  layına kimi ötürülür. OSI modelinin lay adları ilə 
birlikdə rəqəmlərini də öyrənmək vacibdir. 
OSI  modelində  hər  lay  həll  olunmalı  problemləri  təsvir  edir.  Bu  laylarda  işləyən    cihazlar  və 
protokollar həmin problemlərə həll yolu tapırlar. Yeddi laylı OSI modeli iki bölmədə tədqiq edilə 
bilər: Application Set və Transport Set.  
Application  Set  (tətbiqetmə    komplekti)  tətbiqetmə  layı  və  proqramlarla  bağlı  bölmədir.  Əsasən  
proqram şəklində olur. Modelin ən üstündəki tətbiqetmə layı istifadəçiyə ən yaxın olan laydır.  
Transport Set (ötürmə komplektiməlumat mübadiləsi ilə vəzifələndirilib. Fiziki və digər məlumat 
ötürmə layları həm proqram, həm də  şəbəkə kartı ilə işləyirlər. Fiziki lay fiziki şəbəkə mühitinə 
(məsələn:  şəbəkə  kabelinə)  ən  yaxın  laydır.  Əsas  vəzifəsi  məlumatı  kabeldən  ötürmək  və  qəbul 
etməkdir.  
 
 
 
 
 
 
Lay 1: Fiziki lay ( İngiliscə: Physical layer
 
Fiziki  lay  kompüterlər  arasında  məlumatın  kabel  üzərindən  fiziki  şəkildə  ötürülməsi  üçün 
yaradılmışdır. Məlumatı ötürən tərəfdəki fiziki lay məlumatı rəqəmsal (1 və 0)  formadan elektrik 
siqnallarına  çevirib  kabelə  yerləşdirir  və  qəbul  edən  tərəf  də  fiziki  lay  vasitəsi  ilə  kabeldən 
oxuduğu  siqnalları  təkrar  rəqəmsal  formaya  çevirir.  Yəni  məlumat  kompüterdə  olarkən  ikili  say 
sistemi  üzrə  kodlaşdırılmış  olur.  Bu  lay  məlumatın  ikili  say  sistemindən  siqnal  formasına 
çevirilərək ötürülməsində əsas rol oynayır. Əgər hər iki tərəf eyni forma ötürmə sürətindən və ya 
tezliyindən istifadə etməzsə, məlumatı ötürmək mümkün olmayacaqdır. Məsələn, bir tərəf +5 volt 
və  2  millisaniyə  tezliyində  elektrik  siqnalı  göndərirsə,  qəbul  edən  tərəf  eyni  parametrlərdə 
olmalıdır.  Əgər  qəbul  edən  +7  volt  və  5  millisaniyə  tezliyində  siqnalı  qəbul  etmək  üçün 
qurulubdursa  o  zaman  tezlik  fərqi  yaranacaqdır.  Belə  halda  göndərilən  məlumat  qarşı  tərəfdə 
anlaşılmayacaqdır və ötürülmə başa çatmayacaqdır. Fiziki lay bu növ vacib problemləri həll edir. 
Şəbəkə kartı istehsalçıları bu problemləri nəzərə alaraq eyni tezlikləri istifadə edən şəbəkə kartları 
istehsal etməyə qərar vermişdirlər. Ona görə də şəbəkə kartları bir-birləri ilə problemsiz işləyirlər. 
Fiziki layda istifadə olunan və ən çox adı çəkilən texnologiyalardan hələlik bir neçəsi ilə sizi tanış 
etmək istəyirəm.  


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə