İBTİDAİ İCMA QURULUŞU
2-3 milyon il b.ə
Dünyada ilk dəfə olaraq Şərqi Afrikada ilk insan dəstəsinin meydana gəlməsi.
1,5 milyon il b.ə
Azərbaycanda ilk insan dəstəsinin meydana gəlməsi.
700 min il b.ə
Azıx mağarasından ocaq izlərinin tapılması.
350-400 min il b.ə
Azıx adamının – “Azıxantrop”un yaşaması.
100 min il b.ə
Yer üzündə soyuqlaşmanın başlaması.
100 min il b.ə
Alt Paleolit dövrü. Bu dövrdə ilk insan tipi olan “Bacarıqlı insan”lar, ibtidai insan “sürüsü” (ulu icma),
mənimsəmə təsərrüfatı, çaxmaqdaşı, bazalt və obsidiandan (vulkanik şüşə - dəvəgözü) hazırlanan yeni əmək
alətləri meydana gəldi, insanlar ilk dəfə oddan istifadə etməyi öyrəndilər.
e.ə.100-40 min il b.ə
Orta Paleolit dövrü. Bu dövrdə “Mustye mədəniyyəti” yarandı, yeni insan tipi olan “Neandertal adam”
meydana gəldi, Azərbaycanda əhali daha geniş əraziyə yayıldı, onlar Cənubi Qafqazın cənub-şərq yamacında,
Qarabağ (Tağlar), Qazax (Damcılı) , Naxçıxan (Qazma) bölgələrində məskən saldılar, dini təsəvvürlər inkişaf
etdi, axirət dünyasına inam yarandı, təbiət qüvvələrinə, ovsun, totemlərə inamla bağlı dini təsəvvürlər
genişləndi, “ulu icma” yavaş yavaş sıradan çıxdı və “qəbilə icması” yaranmağa başladı.
e.ə 40-12-ci minilliklər
Üst Paleolit dövrü. Bu dövrdə “Ağıllı insan”ın yaranması prosesi başa çatdı, insan fiziki-əqli inkişafın yüksək
mərhələsinə çatdı, nitq və təfəkkür inkişaf etdi, kinetik dil sıradan çıxdı, qadınların cəmiyyətdə rolu artdı,
anaxaqanlıq meydana gəldi, ulu icmanı qəbilə icması əvəz etdi, iqlim mülayimləşdi, bir sıra heyvanların,
xüsusilə nəhəng maralın və mağara ayısının kökü kəsildi, insanlar ən çox Qafqaz maralı, ceyran, cüyür,
dağkeçisi və.s ovlayırdılar. Bu dövrün maddi qalıqlarına daha çox Qarabağ və Qazax bölgələrində rast gəlinir
e.ə.13-cü minillik
Yer üzündə soyuqlaşmanın istiləşmə ilə əvəz olunması.
e.ə XII-VIII minilliklər
Mezolit (Orta Daş) dövrü. Bu dövrdə yaşayış üçün daha əlverişli şərait yarandı, insanlar qəbilələr halında
birləşdilər, insanların əsas məşğuliyyəti yığıcılıq, ovçuluq və balıqçılıq oldu, əmək alətləri əsasən daş,
çaxmaqdaşı və sümükdən hazırlandı, mikrolit (kiçik daş alətlər) əmək alətləri meydana gəldi, ox və kamanın
ixtira edilməsi nəticəsində ovçuluq ön plana çıxdı, heyvanların əhilləşdirilməsinə başlanıldı, ibtidai
heyvandarlıq və əkinçiliyin - mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu, toxa
əkinçiliyi meydana gəldi, ibtidai incəsənət xeyli inkişaf etdi, axirət dünyasına inam artdı, dəfn zamanı ölülərin
yanına məişət əşyaları qoyulmağa başlandı. Azərbaycanda Mezolit dövrü əhalisinin yaşayışı və məşğuliyyəti
Qobustanda Firuz və Qazaxda Damcılı mağaraları əsasənda öyrənilmişdir.
e.ə VII-VI minilliklər
Neolit (Yeni Daş) dövrü. Bu dövrdə istehsal təsərrüfatı (əkinçilik və maldarlıq) yarandı və formalaşdı, insanlar
təbiətin asılılığından azad oldular, məşğuliyyət sahələri içərisində maldarlıq və əkinçilik əsas yer tutdu, oturaq
həyata keçildi, daşların deşilməsi və cilalanması üsulları öyrənildi, saxsı qalar istehsalı və toxuculuq meydana
gəldi, əhali əkinçilik və maldarlıqla yanaşı, ovçuluq və balıqçılıqla da məşğul oldu, əmək alətləri əsasən
çaxmaqdaşından və obsidiandan - dəvəgözündən hazırlandı. Bu dövrün yaşayış məskənləri Təbriz
yaxınlığında, Gəncə, Qazax və Qobustanda tədqiq edilmişdi.
e.ə IV-VI minilliklər
Eniolit (Mis-daş) dövrü. Torpaq toxa ilə yumşaldıldığından, bu dövr əkinçiliyi “toxa əkinçiliyi” adlanır. Eneolit
dövründə insanlar ilk dəfə metalla tanış oldu, cəmiyyətin həyatında “icma ağsaqqallar şurası” mühüm rol
oynamağa başladı, qoşa nigahlar yarandı, anaxaqanlıq çiçəkləndi, daş dövründən Tunc dövrünə keçidin əsası
qoyuldu, misdən əmək alətləri hazırlandı, daş alətlər yenə də təsərrüfat və məişətdə üstün yer tutdu, əhali artdı
və daha geniş ərazilərdə məskunlaşdı, yaşayış məskələri çay kənarında, əkinçilik və maldarlıq üçün əlverişli
yerlərdə salınmağa başlandı, yaşayış binaları və təsərrüfat tikililəri çiy kərpicdən və möhrədən dairəvi planda
inşa olundu, Azərbaycanda ilk dəfə atın əhilləşdirilməsinə başlanıldı, bizə məlum olan bütün ev heyvanlarının
hamısı əhilləşdirildi, ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrildi, sənətkarlıq əhalinin
məşğuliyyəti içərisində əsas yer tutdu, dəfn adətlərində də dəyişikliklər baş verdi - ölülər binaların arasında və
evlərin içərisində dəfn olunur, onların üzərində qan rəmzi sayılan qırmızı boya – orxa səpilirdi. Eneolit
dövrünün həyat tərzi Qobustan və Əliköməktəpə abidələri əsasında öyrənilmişdir.
e.ə V minillik
Cəlilabad rayonunda Əliköməktəpə yaşayış yerindən əhilləşdirilmiş at sümükləri aşkar edilməsi.
e.ə IV-III minilliklər
Erkən Tunc dövrü. Bu dövrdə Kür-Araz mədəniyyəti yarandı, əmlak və sosial bərabərsizlik yarandı, əhalinin
sayı artdı, onlar dağətəyi və dağlıq zonalarda məskən saldılar, yaşayış məskənləri çay kənarlarında və
düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə salındı, yaşayış evləri dairəvi planda olur, bünövrəsi
daşdan, divarları çiy kərpicdən tikilirdi, təsərrüfatda kişilərin rolu artmağa başladı, Birinci ictimai əmək
bölgüsü nəticəsində əkinçilik maldarlıqdan ayrılaraq müstəqil peşəyə çevrildi, toxa əkinçiliyi xış əkinçiliyi ilə
əvəz olundu, süni suvarma yarandı, atdan istifadə nəticəsində maldarlığın yeni sahəsi olan köçmə (yaylaq)
maldarlığı meydana gəldi, dəfn adətində bir çox dəyişikliklər baş verdi – ölülər yaşayış məskənindən kənarda
dəfn edilir, bəzi qəbirlərin üzərində kurqanlar (torpaq təpələr) qurulur, ölüyandırma və kollektiv dəfnetmə adəti
meydana gəldi, dini ayinlərin icrası üçün ibadətgahlar tikildi (Xaçmazda Sərkərtəpə, Qazaxda Babadərviş və
Naxçıvanda I Kültəpə yaşayış yerlərində belə mehrabı olan ibadət evləri aşkar edilmişdir).
e.ə III-II minilliklər
Orta Tunc dövrü. Bu dövrdə sosial və əmlak bərabərsizliyi artdı, tayfalararası əlaqələr genişləndi, bağçılıq,
bostançılıq, üzümçülük və şərabçılıq kimi yeni təsərrüfat sahələri meydana gəldi, mübadilə yarandı, İkinci
ictimai əmək bölgüsü nəticəsində sənətkarlıq maldarlıq və əkinçilikdən ayrılaraq müstəqil sahəyə çevrildi,
dulusçuluqda müəyyən dəyişikliklər baş verdi – dulusçular davamlı və rəngli – boyalı saxsı qablar hazırlamağa
başladılar, “Boyalı qablar mədəniyyəti” yarandı, metaldan geniş istifadə olunsada, daşişləmə sənəti müəyyən
qədər mövqeyini saxladı, ovçuluq və balıqçılıq köməkçi məşğuliyyət sahəsinə çevrildi, qəbilə və tayfalar