1996
YUNESKO-nun xətti ilə M.Füzulinin 500 illik yubileyinin, Ə.Vahidin, M.Moqamayevin, Y.Məmmədəliyevin,
S.Aşurbəylinin, B.Vahabzadənin, M.Rəhmanzadənin Qabilin yubileylərinin keçirilməsi.
1996
C.Məmmədquluzadənin, Niyazinin, H.Cavidin ev-muzeylərinin yaradılması, N.Nərimanovun ev-muzeyinin
yenidən qurulması.
1996
Azərbaycan idmançılarının ilk dəfə müstəqil dövlət bayrağı altında Atlantada (ABŞ-da) XXVI yay Olimpiya
oyunlarında iştirak etməsi.
1997 20 aprel
“Dədə Qorqud dastanı”nın 1300 illik yubileyinin keçirilməsi haqqında fərman verilməsi.
1997 25 aprel
Azərbaycanın Avropa Mədəniyyəti Konvensiyasına qoşulması.
1997 31 iyul
İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri seçilməsi.
1997 10 oktyabr
Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın birlikdə Strasburqda GUAM adlı təşkilat yaratması.
1997 30 oktyabr
Azərbaycan yazıçılarının X qurultayının keçirilməsi.
1997 17-19 noyabr
Türk dövlət və cəmiyyətlərinin XI Bakı qurultayının keçirilməsi.
1997 21 noyabr
Bakı-Tibilisi-Qars dəmir yolunun təməlinin qoyulması.
1997 18 dekabr
Azərbaycan Respublikası prezidentinin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki
tarixi etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalaması.
1997
“Mədəniyyət haqqında” qanunun qəbul olunması.
1997
Universitet və institutlarda “Heyüdər Əliyev məktəbləri”nin təşkil olunmağa başlanması.
1997
S.Vurğunun, Ə.Əliyevin, Ş.Məmmədovanın, Bülbülün, M.Rastrapoviçin yubileylərinin qeyd edilməsi.
1998 8-10 fevral
Prezidentin təşəbbüsü ilə Milli Məclisin Respublikada ölüm cəzasını ləğv etməsi.
1998 22 fevral
Prezidentin “İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını təmin edilməsi haqqında” fərman imzalaması.
1998 26 mart
Azərbaycan Respublikası prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalaması. Bu
fərmana əsasən martın 31-i azərbaycanlıların soyqırımı günü elan edildi.
1998 12 aprel
M.F.Axundzadə adına Respublika kitabxanasına Milli Kitabxana statusu verilməsi.
1998 14 iyul
Konstitusiya məhkəməsinin yaradılması.
1998 6 avqust
Prezidentin fərmanı ilə Azərbaycanda senzuranın ləğv edilməsi.
1998 8 sentyabr
Bakıda İpək Yolunun barpası üzrə beynəlxalq konfrans keçirilməsi. Konfransda “Avropa-Qafqaz-Asiya”
dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və Bakı bəyannaməsi imzalandı,
konfransda yaradılan beynəlxalq təşkilatın mənzil qərargahı Bakıda yerləşdirildi.
1998 9 oktyabr
Şəhidlər Xiyabanında 21 metr hündürlüyündə abidənin və əbədi məşəlin açılışı.
1998 11 oktyabr
H.Əliyevin ikinci müddətə prezident seçilməsi.
1998 29 dekabr
Dövlət idarəetmə sistemində islahatlar həyata keçirmək üçün xüsusi komissiya yaradılması.
1998
Q.Qarayev, M.Şəhriyar, M.Müşfiq, A.Ələsgər və M.Cəlalın yubileylərinin qeyd edilməsi.
1998-2002
Bakı İstilik Elekrtik Mərkəzinin (İEM), Mingəçevir SES-in, “Şimal” DRES-in, Bakı ətrafında yüksək
gərginlikli şəbəkələrinin yenilən qurulması. Yenikənd SES-in üç blokunun istifadəyə verilməsi.
1999 3 oktyabr
Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində IX zirvə görüşünün keçirilməsi.
1999 18-19 noyabr
ATƏT-in İstanbul sammitinin keçirilməsi. Sammitdə Bakı-Tibilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında
saziş imzalandı.
1999 12 dekabr
Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri keçirilməsi.
2000 9 aprel
“Dədə Qorqud dastanı”nın 1300 illik yubileyinin keçirilməsi.
2000 13 iyun
“Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” prezident fərmanı imzalanması.
2000 sentyabr
Hakimlərin xüsusi test imtahanından keçməsi təcrübəsinin tətbiq olunması.
2000 12 oktyabr
Şəmkir-Yenikənd SES-in tikilib istifadəyə verilməsi.
2000 20 oktyabr
Bakıda ilk Olimpiya İdman Kompleksinin tikilib istifadəyə verilməsi.
2000 22 oktyabr
H.Əliyevin BMT-nin 50-ci yubiley sessiyasında iştirak etməsi.
2000 5 noyabr
Respublikada ikinci parlament seçkilətinin keçirilməsi.
2000
“Qurtuluş” müasir qazma qurğusunun işə salınması. “Çıraq” platformasından 120 metr dərinlikdə 176 km-lik
neft kəmərinin çəkilməsi. Sanqaçal Terminalının tikilməsi. Bakı-Novorossiysk və Bakı-Supsa neft
kəmərlərinin çəkilməsi.
2000
Azərbaycan idmançılarının Sidneydə (Avstraliyada) XXVII yay Olimpiya oyunlarında iştirak etməsi.
AZƏRBAYCAN ÜÇÜNCÜ MİNİLLİYİN BAŞLANĞICINDA
2001 9 yanvar
Azərbaycanla Rusiya arasında Xəzər dənizinin Milli sektorlara bölüşdürüləsinə dair sazişlər bağlanması.
2001 17 yanvar
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi.
2001 25 yanvar
Avropa Şurasının iqamətgahı qarşısında Azərbaycanın dövlət bayrağının qaldırılması. Azərbaycanın Avropa
Şurasının tamhüquqlu üzvünə çevirilməsi.
2001 12 mart
Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə Azərbaycan qazının tranziti, nəqli və satışı haqqında Türkiyə ilə
saziş imzalanması.
2001 20 mart
“Azərbaycan Respublikası dövlət müstəqilliyinin onuncu ildönümü haqqında” fərman imzalanması.
2001 23 may
“Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında” sərəncam imzalanması.
2001 18 iyul
Prezident fərmanı ilə avqustun 1-dən etibarən Azərbaycanda latın əlifbasına keçilməsi, mətbuatın, təhsilin,
rəsmi yazışmaların və çıxışların ana dilində olması barədə tədbirlərin həyata keçirilməsinə başlanılması.
2001 9 avqust
“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” prezident fərmanı ilə avqustun 1-
nin Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması.
2001 24 avqust
“Türk ulduzları”nın Bakı səmasında nümunəvi uçuşlar keçirməsi.
2001 1 sentyabr
Respublikada ilk özəl orta ümuməhsil məktəbi olan və 2004-cü ildən Heydər Əliyevin adını daşıyan Müasir
Təhsil Kompleksinin fəaliyyətə başlaması.
2001 24 sentyabr
AŞ PA-nın payız sessiyasında Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənəd qəbul edilməsi.
2001 29 sentyabr
Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə Azərbaycan qazının tranziti, nəqli və satışı haqqında Gürcüstan ilə
saziş imzalanması.
2001 9-10 noyabr
Bakı şəhərində Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi. Dünya azərbaycanlılarının I qrultayı
müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın bir bayraq altında birləşməsi istiqamətində irəliyə doğru
əhəmiyyətli bir addım atdı, xaricdə yaşayan azərbaycanlıların problem və qayğılarını, birliyi, təşkilatlanması
sahəsindəki mövcud vəziyyəti təhlil etdi, xaricdə yaşayan azərbaycanlıların ölkə ilə əlaqələrinin daha da
möhkəmləndirilməsinə, Azərbaycanla bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasına və diaspor quruculuğu
işinin təkmilləşdirilməsinə dair qərar qəbul etdi.
2001 29 noyabr
Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin Milli sektorlara bölüşdürüləsinə dair sazişlər imzalanması.
2001 28 dekabr
Ombudsman haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbul edilməsi.
2001 3 aprel
Ki-Uest danışıqları nəticəsində ABŞ Dövlət Departamentinin ilk dəfə Ermənistanı təcavüzkar dövlət kimi
tanıması.
2001 11 sentyabr
ABŞ-da törədilmiş qanlı terror aktlarından sonra Azərbaycanın terrorizmə qarşı mübarizədə ABŞ-ın
müttəfiqinə çevirilməsi.
2001
Yaponiyanın İqtisadi Əməkdaşlıq Bankından alınan kreditlər hesabına Sumqayıtda Etilen-propilen zavodunun
əsaslı şəkildə yenidən qurulması.
2001
Azərbaycanın Dünya Turizm Təşkilatına tamhüquqlu üzvü qəbul olunması.
2001-2002
VI-XI siniflər üçün yeni “Ümumdünya tarixi” dərsliklərinin çap edilməsi.
2002 30 mart
Corc Buşun “Azadlığı müdafiə Aktı”na 907-ci düzəlişi dayandırması ilə ABŞ-ın Azərbaycana silah satışı
üzərinə qoyduğu qadağanın ləğv olunması.
2002 23 aprel
Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair
zirvə toplantısının keçirilməsi.
2002 30 aprel
Trabzon zirvə görüşündə “Terrorizmə və cinayətkarlığa qarşı mütəşəkkil mübarizə haqqında” Azərbaycan,
Gürcüstan və Tükiyə arasında saziş imzalanması.
2002 11 iyun
Prezident təqaüdünün verilməsinə başlanılması.
2002 2 iyul
Respublikada Ombudsman təsisatının yaradılması və ölkənin ilk Ombudsmanının seçilməsi.
2002 15 iyul
Xarici ölkələrdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması
2002 7 avqust
Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması
2002 24 avqust
Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsinə dair ilk dəfə referendum keçirilməsi.
2002 27 avqust
Respublika Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması.
2002 18 sentyabr
Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin Azərbaycan hissəsinin təməlinin qoyulması.
2002 21-22 noyabr
Praqa sammitində Azərbaycanın NATO Parlament Assambleyasının assosiativ üzvlüyünə qəbul edilməsi.
2002
Azərbaycanın Abidələrin Bərpası Konservasiyası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunması.
2002
Birinci neft müqaviləsi üzrə “Günəşli” yatağından ilkin neftin hasilatına başlanılması.
2002
Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac edilməsi barədə razılıq əldə olunması.
2002-2005
“Yoxsulluğun azaldılması və iqtisadi inkişaf sahəsində Dövlət Proqramı”nın qəbul olunması.
2003 yanvar
İlham Əliyevin AŞ PA-nın vitse-prezidenti və qurumunun Büro üzvü seçilməsi.
2003 23 may
Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin təməlinin qoyulması.
2003 16 iyun
Prezidentinin sərəncamı ilə Şirvan və Ağgöl Milli Parklarının yaradılması.
2003 7 iyul
Bakı metropoliteninin Həzi Əslanov adına 20-ci stansiyasının fəaliyyətə başlaması.
2003 24 iyul
“Liler” yarımdalma dəniz qazma qurğusunun istifadəyə verilməsi.
2003 4 avqust
İlham Əliyevin Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi.
2003 7 noyabr
Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irisinə daxil edilməsi.
2003 15 oktyabr
Prezident seçkilərində İlham Əliyevin prezident seçilməsi.
2003-2008
İlham Əliyevin birinci prezidentliyi dövrü.
2003 12 dekabr
Ümummilli lider H.Əliyevin vəfat etməsi.
2004
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanılması və iki il sonra başa çatdırılması.
2004 12 yanvar
Prezidentin “Azərbaycan Respublikasının Milli Ensiklopadiyasının nəşri haqqında” və “Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam imzalaması.
2004 11 fevral
“Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət proqramı”nın qəbul edilməsi.
2004 10 may
Heydər Əliyev Fondunun təsis edilməsi.
2004 iyul-avqust
Azərbaycan idmançılarının Afinada XXVIII yay Olimpiya oyunlarında iştirak etməsi və F.Mansurovun ölkəyə
qızıl medal gətirməsi.
2004 21 avqust
Prezidentin “Bilik gününün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında”,
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə
təminatı proqramı”na dair sərəncamlar imzalaması.
2004 20 oktyabr
Təbrizdə Azərbaycan konsulluğunun açılması.
2005 16 fevral
Rusiya Federasiyasında “Azərbaycan ili”nin təntənəli açılışının keçirilməsi.
2005 fevral
“Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlanılması.
2005 28 aprel
“Heydər Əliyev” ordenini təsis edilməsi haqqında Qanun qəbul edilməsi.
2005 10 may
Respublika sarayının qarşısındakı xiyabanda H.Əliyevin heykəlinin açılışı.
2005 10 may
Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin doldurulması mərasiminin keçirilməsi.
2005 oktyabr
Milli Məclisə üçüncü dəfə seçkilər keçirilməsi.
2005
Ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin pulsuz dərsliklə təmin edilməsi işinin başa çatdırılması.
2005
Azərbaycan Respublikasının Boloniya təhsil sisteminə qoşulması.
2005-2006
Ümumtəhsil müəssisələrində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə başlanması.
2006 16 mart
Bakı şəhərində Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi.
2006 23 mart
İmişlidə Şəkər zavodunun inşa edilməsi.
2006 13 iyul
H.Əliyev adına Bakı-Tiflis-Geyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsi.
2007 25 may
Bakıda “İstiqlal” abidəsinin açılışı.
2008
“Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət proqramı”nın başa çatdırılması.
2008
Azərbaycan idmançılarının Pekində XIX yay Olimpiya oyunlarında iştirak etməsi və E.Məmmədlinin ölkəyə
qızıl medal gətirməsi.
2008 sentiyabr
Bakı metropoliteninin Nəsimi stansiyasının fəaliyyətə başlaması.
2008 15 oktyabr
İlham Əliyevin ikinci müddətə (2008-2013) prezident seçilməsi.
2009 18 mart
Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsinə dair ikinci dəfə referendum keçirilməsi.
2009 4 may
“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və Dövlət Proqramının
həyata keçirilməsi haqqında sərəncam imzalanması.
2009 18-24 mart
Bakıda “Muğam aləmi” Beynəlxalq Musiqi festivalının keçirilməsi. Bakının İslam mədəniyyətinin paytaxtı
elan olunması.
2009 iyun
“Təhsil haqqında” qanunun qəbul olunması.
2009
Bakı Beynəlxalq avtovağzal kompleksinin istifadəyə verilməsi.
2009-cu il dekabr
Azərbaycan Respublikasında bələdiyyə seçkiləri keçirilməsi.
2009 30 dekabr
Bakı Metropoliteninin Azadlıq stansiyasının istifadəyə verilməsi.
2010 18 iyun
Milli Qəhrəman gizir Mübariz İbrahimovun təkbaşına qoşunların təmas xəttini keçərək ermənilərin xeyli əsgər
və zabitini məhv etməsi.
2010 1 sentyabr
Bakıda Dövlət bayrağı meydanının açılışı.
2010 oktyabr
Milli Məclisə dördüncü dəfə seçkilər keçirilməsi.
2010 4-6 dekabr
ATƏT-in VII zirvə toplantısı olan Astana sammitinin keçirilməsi. Sammitdə Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin sürətləndirilməsi haqqında qərar qəbul edildi.
2010 28 dekabr
Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi.
2010-cu il
“Şahdəniz” qaz ixracı layihəsi üzrə tikilən TRB – 500 özüqaldıran platformanın inşasının başa çatdırılması.
2011-ci il fevran
Azərbaycan Televiziyasında “Mədəniyyət” kanalının fəaliyyətə başlaması
2011-ci il iyul
Bakı şəhərində Dünya azərbaycanlılarının III qurultayının keçirilməsi.
2011 24 oktyabr
Azərbaycan Respublikasının BMT-in Təhlükəsizlik Şurasının Baş Assambleyasına iki il müddətinə (2012-
2013-cü illərdə) qeyri daimi üzv seçilməsi.
2011-ci il may
Eurovision musiqi yarışmasında Azərbaycanın qalib gəlməsi.
2011-ci il 10 may
Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlaması.
2012 may
Bakıda 57-ci Eurovision musiqi yarışmasının keçirilməsi.
2012-ci il 13 iyul
Prezident İ.Əliyevin fərmanı ilə “Asan xidmət” mərkəzinin yaradılması.
2012 avqust
Azərbaycan idmançılarının Londonda XXX yay Olimpiya oyunlarında iştirak etməsi.
2012
Bakı metropoliteninin Dərnəgül stansiyasının fəaliyyətə başlaması.
2013 8 fevral
Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması.
2013-cü il 24 iyun
Bakıda 190 metrlik “Alov qüllələri”nin tikilib istifadəyə verilməsi.
2013 10 may
Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi.
2013 9 oktyabr
İlham Əliyevin üçüncü müddətə prezident seçilməsi.
2013-cü il 24 oktyabr
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”nın təsdiq edilməsi
2013-cü il dekabr
“Şahdəniz 2” müqaviləsinin (“XXI əsr müqaviləsinin”) imzalanması
2014-cü il
Azərbaycanda “Sənaye ili” elan edilmişdir.
2014-cü il
Bakı-Tiflis-Qars dəmiryol xəttinin başa çatdırılması
2014-cu il dekabr
Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin keçirilməsi.
2015-ci il
Bakıda ilk dəfə olaraq Avropa oyunlarının keçirilməsi.
Dostları ilə paylaş: |