İBTİDAİ İcma quruluşU


    Teymurun Toxtamış xanın Buxara və Səmərqəndə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə14/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   10   11   12   13   14   15   16   17   ...   61

1387   

Teymurun Toxtamış xanın Buxara və Səmərqəndə hücumu ilə əlaqədar Azərbaycanı tərk etməsi 



1387-1392 

Ayrı-ayrı feodal quruplarının Təbriz şəhəri uğrunda mübarizə aparması 



XIV əsrin 80-ci illəri 

Toxtamış  xanın  və  Əmir  Teymurun  hücumları,  feodal  çəkişmələri  və  ara  müharibələrinin  Azərbaycanda 

iqtisadi böhrana səbəb olması 

1392 

Toxtamış xanın Azərbaycana üçüncü yürüşü. Toxtamış xanın Azərbaycana üçüncü yürüşü zamanı Azərbaycan 

yenə də dağıntılara məruz qaldı 

1392-1397 

Əmir Teymurun Azərbaycana ikinci “beşillik” yürüşü. İkinci “beşillik” yürüş zamanı Teymur Gürcüstanı zəbt 

etdi və Şəki hakimi Seyid Əlini itaətə gətirdi, Şirvanşah I İbrahim Teymurla ittifaq bağladı. Yürüş  nəticəsində, 

yenə də Əlincə qalası istisna olmaqla bütün Azərbaycan tutuldu 



1395 

Əmir Teymurun Toxtamış xanı məğlub etməsi 



1399   

Əmir Teymurun Azərbaycana üçüncü yürüşü. Üçüncü yürüş zamanı Qarabağ feodal hakimləri və Şəki hakimi 

Seyid Əhməd Şirvanşah I İbrahimin himayədarlığı ilə Teymurla ittifaq bağladı, Əlincə qalası daxili çəkişmələr  

nəticəsində Teymura tabe oldu, bütün Azərbaycan Teymurun tam hakimiyyəti altına düşdü 



1399 

Teymurun sifarişi ilə Əbdüləziz ibn Şərafəddin tərəfindən hazırda Sank-Peterburq şəhərində saxlanılan tiyanın  

düzəldilməsi 

1400   

Əlincə qalasının daxili çəkişmələr nəticəsində Teymura tabe olması 



XIII-XIV əsrlər 

Fəzullah  Rəşidəddin,  Gəncəli  Kirakos  və  Nizaməddin  Şaminin  tarix  elminə,  Z.Qəzvini,  H.Qəzvini  və 

Əbdürrəşid Bakuvinin coğrafiya elminə, Hinduşah Naxçıvani və Məhəmməd Naxçıvaninin dilçilik sahəsinə aid 

qiymətli əsərlər yazması 



XIII-XIV əsrlər 

Sultaniyyədə  Olcayut Xudabəndə türbəsi (1305-1313), Bərdə türbəsi (1322), Qarabağlar türbəsi  – Beştağ və 

Naçıvanda  Gülüstan türbəsinin inşa olunması 

XIV əsr 

Təbrizdə Rəbi Rəşid mədrəsəsinin açılması 



 

 

ŞİRVANŞAHLAR DÖVLƏTİ  VƏ ŞƏKİ HAKİMLİYİ 

 

1203-1225 

Şirvanşah Güstasbsın hakimiyyəti. Güstasbsın hakimiyyəti illərində Şirvan monqolların birinci yürüşünə məruz 

qaldı. Bu zaman monqol dəstələri Şirvana soxularaq xeyli qətl və qarətlər törətdilər 

1225-1243 

Şirvanşah III Fəribürzün hakimiyyəti. III Fəribürzün dövründə Şirvanşahlar dövləti Xarəzmşah Cəlaləddinin və 

monqolların II yürüşünə məruz  qaldı. Cəlaləddin Azərbaycana  yürüş edən zaman III Fəribürz Cəlaləddin ilə 

müqavilə  bağladı.  Müqavilənin  şərtlərinə  əsasən  III  Fəribürz  Cəlaləddinə  müəyyən  miqdarda  xərac  verərək 

ondan asılı vəziyyətə düşdü və Şirvanşahlar daxili müstəqilliyini saxladı 

1243-1260 

Şirvanşah  II  Axistanın  hakimiyyəti.  II  Axistanın  dövründə  Şirvanşahlar  dövləti  Hülakülərin  hakimiyyətini 

qəbul etməli oldu və tədricən öz müstəqilliyini itirdi 

XIII-XIV əsrlərin qovşağı   Şəki hakimliyinin tarixçi Fəzlülah Rəşidəddinin oğlu Cəlal tərəfindən idarə olunması 

XIV əsrin 30-cu illəri 

Şəki hakimliyinin daxili müstəqilliyini bərpa etməsi və Oyrat sülaləsinin hakimiyyətə gəlməsi 



1345-1372 

Şirvanşah Kavusun hakimiyyəti. Kavusun dövründə Şirvanşahlar dövləti Çobanilərin və Cəlairilərin ağalığını 

tanıdı 

1347-1348 

Şirvanşahların Çobanilərin hakimiyyəti altına düşməsi 



1364 

Şirvanda Cəlairilərə qarşı üsyan baş verməsi 



1367 

Şirvanşah Kavusun iki dəfə Təbrizə yürüş edərək Azərbaycanı azad etməyə cəhd göstərməsi 



1367 

Şirvanşahlar dövlətinin Cəlairilərin vassal aslılığına düşməsi 



1372-1382 

Şirvanşah Hüşəngin hakimiyyəti 



1382 

Hüşəngin öldürülməsi nəticəsində Şirvanda Kəsranilər sülaləsinin hakimiyyətinin başa çatması və Dərbəndlilər 

sülaləsinin hakimiyyətə gəlməsi 

1382-1538 

Şirvanşahlar dövlətində Dərbəndlilər sülaləsinin hakimiyyəti dövrü 



1382-1417 

Şirvanşah I İbrahimin hakimiyyəti 



1386 

Şirvanşah I İbrahimin Əmir Teymurun vassal asılılığını  qəbul etməsi 



1387-1392 

Şəki hakimi Seyid Əlinin Teymura itaətdən boyun qaçırması 



1392-1395 

Teymurun Şəki hakimi Seyid Əlini cəzalandırmaq məqsədilə Şəkiyə hücum etməsi 



1395 

Miranşahın Seyid Əlini itaətə gətirmək üçün Şəkiyə hücum etməsi 



XIII-XIV əsrlər 

 

Abşeron ərazisində Nardaran, Ramana, Mərdəkanda dairəvi və dördkünc qalalarının inşa olunması 



XIV əsrin sonları 

Şəki hakimlərinin müstəqillik uğrunda mübarizəsinin güclənməsi 



 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

AZƏRBAYCAN XV ƏSRDƏ 

 

QARAQOYUNLU DÖVLƏTİ 

 

XIV əsrin 70-ci illəri 

Qaraqoyunluların  Şərqi  Anadoluda  (Ərzincanda  və  Sivasda)  möhkəmlənərək,  Ağqoyunlulara,  Cəlairilərə  və 

Teymurilərə qarşı mübarizə aparması 

XIV əsrin 80-ci illəri 

Cəlairilərlə mübarizədə qaraqoyunlu tayfa birləşməsinin bir qədər zəifləməsi 



1380-1389 

Qara Məhəmmədin hakimiyyəti. Qaraqoyunlu  tayfa ittifaqının yaranması

  

1382 

Qara Məhəmmədin birinci dəfə Təbrizə hücum edərək Cəlairi Şeyx Əlini məğlub etməsi 



1384 

Qara Məhəmmədin Mardin hökmdarı Məcdəddin İsanın üzərinə yürüş etməsi 



1385 

Qara  Məhəmmədin  Mosul  və  Mardin  hakimi  Misir  xocanı  Qahirəyə  göndərərək  Sultan  Berqoqdan  Suriyaya 

köçməyə razılıq alması 

1387 

Çapaqçur döyüşü. Qara Məhəmmədin Teymur üzərində qələbə qazanması 



1388 

Qara Məhəmmədin ikinci dəfə Təbrizə hücum edərək Cəlairi əmirlərinin müqavimətini qırması  



1389 

Qara Məhəmmədin Qaraqoyunlu əmiri Qara Pirhəsənlə doyüşdə öldürülməsi 



1389-1421 

Qara  Yusifin  hakimiyyəti. 

Qara  Yusif  hakimiyyəti  dövründə  mərkəzləşmiş  dövlət  yaratmaq  üçün    qüvvətli 

süvari  ordu yaratdı, Azərbaycanın cənubunu özü, dövlətin qalan vilayətlərini  isə oğlanlar idarə etdi, əyanları 

mərkəzi hakimiyyətlə hesablaşmağa məcbur etdi, feodal ara müharibələrini bir qədər zəiflətdi, feodalların asılı 

kəndlilər  üzərindəki  ağalığını  təmin  etmək  üçün  əlverişli  şərait  yaratdı,  təsərrüfatda  müəyyən  canlanma 

yarandı.  Lakin,  Qara  Yusif  güclü  mərkəzi  aparat  yarada  bilmədi.  Odur  ki,  Qaraqoyunlu  dövləti 

mərkəzləşdirilmiş dövlətə çevrilmədi 



1392 

Qara Yusifin Qara Pirhəsən bəylə döyüşdə qalib gələrək  onu öldürməsi  



1392 

Teymurilərin Van şəhərini tutaraq qarət etməsi 



1394 

Bağdad  döyüşü.  Teymurun  qoşunlarının  qaraqoyunlu  və  cəlairilərin  birləşmiş  qüvvələrini  məğlubiyyətə 

uğratması 

1395 

Daxili  ziddiyyətlər  nəticəsində  qaraqoyunlu  tayfa  ittifaqının  dağılması.  Qara  Yusifin  Teymur  əlehinə  ittifaq 

yaratmaq məqsədi ilə Cəlairi Sultan Əhmədlə Misirə getməsi 

1405   

Əmir  Teymurun  Səmərqənddə  vəfat  etməsi.  Qara  Yusif  və  Sultan  Əhmədin  həbsdən  çıxaraq  Teymurilərlə 

mübarizəni davam etdirməsi 

1405 

Kür sahilində döyüş. Şirvanşah I İbrahimin Gürcü çarı, Şəki, Ərdəbil hakimləri və Qaramanlı tayfası ilə ittifaqa 

girərək Teymurun nəvəsi Öməri məğlub etməsi 

1406-1410 

Azərbaycan ərazisinin Teymurilərin, Cəlarilərin və Qaraqoyunluların mübarizə meydanına çevrilməsi 



1406 

Təbrizdə  Teymurilərə  qarşı  üsyan  baş  verməsi  və  Təbriz    üsyançılarının  kömək  üçün  Şirvanşah  I  İbrahimə 

müraciət etməsi 

1406 

 

 



Şirvanşah I İbrahimin Təbrizə daxil olaraq qısa müddətə Azərbaycanı öz hakimiyyəti altında birləşdirməsi 

1406 

I Şənbi Qazan döyüşü. Döyüş nəticəsində Qaraqoyunlu qüvvələri Teymuri  Əbubəkri məğlub etdi. Bu qələbə 

Qara Yusifin şöhrətini xeyli artırdı və onu sonrakı qələbələrə apardı 

1408  21 aprel 

Sərdurud döyüşü. Döyüş nəticəsində qaraqoyunlular qalib gəldi, Teymurilərin qüvvələri darmadağın edildi və 

Miranşah  öldürüldü,  Teymurilərin  Azərbaycanda  hakimiyyətinə  son qoyuldu,  Azərbaycanın  cənub  torpaqları 

Qaraqoyunluların hakimiyyəti altına keçdi 



1410  30 avqust 

II  Şənbi-Qazan  döyüşü.  Döyüş  nəticəsində  Cəlairi  qoşunu  darmadağın  edildi,  Sultan  Əhməd  öldürüldü, 

Cəlairilər dövlətinin varlığına və Azərbaycandakı hakimiyyətinə son qoyuldu, Bağdad qaraqoyunlulardan asılı 

vəziyyətə düşdü, Qaraqoyunlu dövləti yarandı  



1410-1468

 

Qaraqoyunlu dövlətinin mövcud olması 



1411 

Qara Yusifin oğlu Pirbudağı sultan elan etməsi 



1412 

Kür  çayı  sahilində  döyüş.  Döyüş  nəticəsində  Qarabağ,  Muğan  və  Naxçıvanın  silahlı  dəstələrinin  köməyi  ilə 

Qara  Yusif  qalib  gəldi,  Şirvanşah  I  İbrahim,  Seyid  Əhməd  və  II  Konstantin  döyüşdə  məğlub  olaraq  əsir 

düşdülər 



1418;  1420 

Teymuri Şahruxun iki dəfə Azərbaycana yürüş etməsi 



1421-1429; 1431-1436 

Qaraqoyunlu  Qara    İsgəndərin  hakimiyyəti. 

Qara  İsgəndər  Qaraqoyunlu  taxtına  çıxdıqdan  sonra  dağınıq 

qaraqoyunlu qüvvələrini  yenidən birləşdirdi, Kürün cənubunu idarə edən Azərbaycan feodallarını özünə tabe 

etdi,  Şirvanşahlar  dövlətinə  və  Şəki  hakimliyinin  müstəqilliyinə  son  qoymaq  üçün  Şirvana  yürüş  etdi, 

teymurilərlə mübarizə apardı 



1421 

Alaşkerd döyüşü. Sultan Şahruxun Qara Yusifin oğlanları İsgəndər və İsfəndiyarı məğlub etməsi 



1427 

Qara İsgəndərin Şirvana hücum etməsi 



1427 

Teymuri Şahruxun üçüncü dəfə Azərbaycana yürüş etməsi 



1427 

Salmas  döyüşü.  Sultan  Şahruxun  yenidən  İsgəndər  başda  olmaqla  qaraqoyunlu  qüvvələrini  məğlubiyyətə 

uğratması 

1429-1431 

Qaraqoyunlu Əbu Səidin hakimiyyəti 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə