İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə3/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   2   3   4   5   6   7   8   9   ...   61

e.ə 719 

Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisinin İranzuya qarşı üsyan qaldırması. Lakin üsyan Assuriya 

hökmdarı II Sarqon tərəfindən yatırıldı. 

e.ə 718-716 

Azanın  hakimiyyəti.  Azanın  hakimiyyəti  dövründə  Mannada  daxili  çəkişmələr  yenidən  gücləndi,  dövlətin 

parçalanması qorxusu yarandı,  mərkəzdən ayrılmaq istəyən qüvvələr fəallaşdı. 

e.ə 716 

Azanın sui-qəsd nəticəsində öldürülməsi. 



e.ə 716-680 

Ullusunun hakimiyyəti. Ullusun hakimiyyətə gəlməsində kömək etdiyi üçün Urartu hökmdarı I Rusaya 22 Manna 

qalasını  hədiyyə  etdi,  Assuriya  ilə  ittifaqdan  üz  döndərdi  və  Assuriya  əsarətindən  azad  olmaq  üçün  Urartu  ilə 

ittifaqa  girdi,  Manna  Urartu  ilə  Assuriya  arasında  mübarizə  meydanına  çevrildi,  ölkədə  tam  sabitlik  yaranmadı, 

daxili  çəkişmələr  davam  etdi,  Manna    Assuriya  hökmdarı  II  Sarqonun  hücumuna  məruz  qaldı  və  Assuriyanın 

siyasi ağalığını tanıdı. 



e.ə 716 

II Sarqonun Mannaya yürüşü. II Sarqonun bu yürüşünün səbəbi Mannanın Assuriya əsarətindən azad olmaq üçün 

Urartu  ilə  ittifaqa  girməsi  idi.  Yürüş  nəticəsində  Sarqon  paytaxt  İzurtunu  və  bir  neçə  şəhəri  tutaraq  yandırdı, 

Azanın qatillərini  cəzalandırdı, Ullusunu hakimiyyətdə saxladı  və  bütün Manna torpaqlarını  Ullusuna tabe etdi. 

Ullusu isə Assuriyanın siyasi ağalığını tanıdı. 

e.ə 715    

 

Manna canişini Dayaukkunun qiyam qaldıraraq mərkəzi hakimiyyətə qarşı qiyam qaldırması. 



e.ə 715  

II Sarqonun Mannaya ikinci yürüşü. II Sarqonun bu yürüşdə məqsədi Manna canişini Dayaukku və  I Rusanı 

cəzalandırmaq idi. 

e.ə 715  

II  Sarqonla  I  Rusa  arasında  döyüş  baş  verməsi.  Döyüş  nəticəsində  II  Sarqon  qalib  gəldi,  Urartu  hökmdarı 

məğlub  olaraq  döyüş  meydanından  qaçdı.  Beləliklə,  II  Sarqonun  e.ə  715-ci  il  yürüşü  nəticəsində  Mannanın 

Urartu  tərəfindən  işğal  edilmiş  torpaqları  geri  qaytarıldı.  Lakin  ölkədə  tam  sabitlik  yaranmadı,  daxili 

çəkişmələr yenə də davam etdi. 

e.ə 714  

II  Sarqonun  Manna,  Midiya  və  başqa  ölkələrə  “böyük  yürüşü”.  Böyük  yürüş  zamanı  II  Sarqonun  məqsədi 

Mannanı Urartunun təcavüzündən tamamilə azad etmək, Mannada Assuriyanın mövqeyini möhkəmləndirmək 

və  Mannadan  Assuriyaya  vaxtlı-vaxtlı  xərac  göndərilməsini  təmin  etmək  idi.  Yürüş  nəticəsində  II  Sarqon 

“düşmənin ayağını Mannadan kəsdi”, Urartu tərəfindən tutulmuş Uişdiş və Subi vilayətlərini azad etdi. I Rusa 

müqavimət  göstərə  bilməyərək  özünü  öldürdü.  Bundan  sonra  Urartu  zəiflədi  və  bir  daha  Mannanın  daxili 

işlərinə qarışa bilmədi, Manna qüdrətli dövlət oldu. Bu yürüş zamanı Ullusun II Sarqon

un şərəfinə yazılı abidə 

qoydurdu.

 

e.ə 714 

Ullusunu ilə II Sarqon arasında  Sirdakka şəhərində sövdələşmə imzalanması. 

e.ə 714  

Mannanın  Uişdiş  vilayəti  yaxınlığında  döyüş.  Döyüşdə  I  Rusa  və  onun  köməyinə  gəlmiş  Manna  canişinləri 

məğlub oldu. 

e.ə VIII əsrin I yarısı 

Mannada hakimiyyətin irsi olaraq atadan oğula keçməyə başlaması. 



e.ə VII əsrin I rübü 

Kimmer,  skif  və  sak  tayfalarının  Mannada  məskən  salması.  Bundan  istifadə  edən  Manna  dövləti  Assuriya 

tabeliyindən çıxaraq tam müstəqil oldu. 

e.ə 675-650 

Ahşerinin hakimiyyəti. Ahşerinin dövründə Manna kimmer, skif və sak tayfalarına arxalanaraq Assuriya ilə olan 

ittifaqı  pozdu,  Manna  Assuriya  tabeliyindən  çıxaraq  tam  müstəqil  oldu  və  müstəqil  xarici  siyasət  yürütməyə 

başladı, Assuriya hökmdarı Aşşurbanipal Mannaya qarətçi yürüş etdi. 



e.ə 650 

Assuriya hökmdarı Aşşurbanipalın Mannaya hücumu. Baş verən döyüşdə Aşheri məğlub oldu, Mannanın bir sıra 

şəhərləri o cümlədən İzurtu şəhəri tutulub dağıdıldı, əhali və mal-qara qənimət kimi aparıldı. 

e.ə 650 

Aşheriyə qarşı Mannada üsyan baş verməsi. Üsyan nəticəsində Aşheri öldürüldü, onun yerinə oğlu Ualli gəldi. 



e.ə 650-630 

Uallinin  hakimiyyəti.  Uallinin  dövründə  Manna  müstəqil  dövlət  kimi  öz  varlığını  saxladı,  Manna  Assuriya  ilə 

ittifaqı bərpa etdi və bu ittifaqa sadiq qaldı. 

e.ə 616 

Assuriyanın Midiya və Babilistan ilə mübarizədə Mannanın hərbi dəstələrinin Assuriyaya kömək etməsi. 



e.ə 590 

Mannanın Midiya dövləti tərəfindən süquta uğradılması. 



 

 

İSKİTLƏR. AZƏRBAYCAN MİDİYA VƏ ƏHƏMƏNİ İMPERİYALARININ TƏRKİBİNDƏ 

 

e.ə IX əsr 

İlk dəfə Midiya adının Assuriya hökmdarı III Salmanasar tərəfindən işlədilməsi. 



e.ə IX əsrin II yarısı 

Assuriya hökmdarlarının Midiyaya qarətçi yürüşlər edərək xırda hökmdarları özündən asılı vəziyyətə salması. 



e.ə VIII əsrin II yarısı 

Assuriyanın Midiya ərazisinə yürüşlərinin çoxalması. II Sarqonun Midiyanı işğal etməsi. 



e.ə VIII-VII əsrlər 

Qara dənizin sahillərində, Krım və Şimali Qafqazda kimmer, skif və sak tayflarının yaşaması. 



e.ə VII əsrin əvvəlləri 

Kimmer, skif və sak tayflarının Ön Asiyaya yürüşlər edərək Azərbycan ərazilərində məskunlaşması. 



e.ə VII əsrin ortaları 

Urmiya  gömünün  şimal-qərbində,  Manna  ilə  Urartu  dövlətləri  arasında  İskit  padişahlığının  yaranması.  İskit 

hökmdarı Tuqdammenin “Sak və Kuti ölkələrinin hökmdarı” rütbəsini daşıması. 

e.ə VII əsrin I yarısı 

Deyok tərəfindən Midiya tayfalarının birləşdirilməsi. 



e.ə 673-672 

Deyokun  hakimiyyəti.  Deyok  hakimiyyəti  dövründə  Midiya  tayfalarını  birləşdirərək  vahid  dövlət  yaratmağa 

təşəbbüs göstərdi, Ekbatan (Həmədan) şəhərini saldırdı və Midiyanın paytaxtı elan etdi. 

e.ə 672-653 

Midiya hökmdarı Kaştaritinin kakimiyyəti. Kaştariti (Fraorta) Assuriya ağalığına qarşı mübarizəyə başçılıq etmiş, 

Midiyanı  Assuriya  tabeçiliyindən  qurtararaq  onu  mustəqil  dövlətə  çevirmiş,  Assuriyaya  qarşı  yürüşlər  təşkil 

etmiş, lakin iskitlərlə döyüşdə məğlub olmuşdu. 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə