İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə6/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   2   3   4   5   6   7   8   9   ...   61

III əsrin ortaları 

Albaniya hökmdarlarının Roma ilə diplomatik əlaqələrinin kəsilməsi. 

 

 

 



 AZƏRBAYCAN SASANİ İMPERİYASININ TƏRKİBİNDƏ (III-VII ƏSRLƏR)

 

 

I-V əsrlər 

 

Hun, xəzər, sabir və başqa türk tayfalarının Azərbaycanda  məskunlaşması. 



I əsr – 510 

Türk mənşəli Arşakilər sülaləsinin Albaniyada hakimiyyəti. 



215-255 

Alban hökmdarı I Cəsur Vaçaqanın hakimiyyəti.  I Vaçaqanın dövründə Albaniyanın bütün vilayətləri  vahid 

dövlətdə birləşdirildi və Albaniya güclü dövlətə çevrildi. 

226 

Ərdəşir Babəkanın Parfiya dövlətini süquta  uğratması və Sasanilər dövlətinin əsasını qoyması. 



226-651 

Sasanilər dövlətinin mövcud olması. 



226-241 

Sasani  şahı  Ərdəşir  Babəkanın  hakimiyyəti

.

  Ərdəşir  Babəkan  hakimiyyəti  dövründə  Atropatena  dövləti  öz 



müstəqilliyini itirərək Sasanilər dövlətinin  tərkibinə qatıldı. 

227 

Atropatena dövlətinin öz müstəqilliyini itirərək Sasanilər dövlətinin  tərkibinə qatılması. 



241-272 

Sasani şahı I Şapurun hakimiyyəti. I Şapurun dövründə Albaniya Sasanilər dövlətinin  tərkibinə qatılsa da onun 

ölümündən  sonra  Albaniya  yenidən  müstəqil  xarici  siyasət    yeritməyə  başladı.  I  Şapur  itaət  altına  alınmış 

ölkələrdə  Zərdüştliyi zorla yaymaq haqqında əmr verməsi ilə də yadda qalmışdı. 



255-262 

Alban hökmdarı I Vaçenin hakimiyyəti. I Vaçe Roma ilə ittifaqı Sasanilərə tabe olmaqdan üstün tutmuş, buna 

baxmayaraq Albaniya Sasani imperiyasından asılı vəziyətə düşmüşdü. 

260 

I Şapurun  Roma ordusunu  məğlubiyyətə uğradaraq imperator Valerianı əsir alması. 



262 

Albaniyanın Sasani imperiyasının tərkibinə daxil edilməsi. 



272 

I Şapurun vəfat etməsi və Albaniyanın yenidən müstəqil xarici siyasət  yeritməyə başlaması. 



290-338 

Paytakaran  vilayətinin  hakimi  Sanatürkün  hakimiyyəti.  Sanatürk  xristianlığın  yayılmasına  qarşı  bir  sıra  

tədbirlər həyata keçirərək Van  gölü istiqamətində erməni çarlığı üzərinə  yürüş etmişdi. Sanatürkün yürüşdə 

məqsədi  Paytakaran    vilayətində  xristianlığın  yayılmasının  qarşısını  almaq,  Albaniyanın  müstəqilliyini  

qorumaq və ölkənin ərazi bütövlüyünü təmin etmək idi. Bu məqsədlə Sanatürk hunları, basilləri və digər türk 

tayfalarını ittifaqa cəlb etmişdi. 



III əsr 

İranda yüksək zümrələrin ağalığına qarşı Manilik hərəkatı baş verməsi. 



III-V əsrlər 

Azərbaycanda feodalizm münasibətlərinin yaranması. 



IV əsrin əvvəlləri 

Albaniyada xristianlıq dininin yayılmağa başlaması. 



IV əsr 

Atropatenanın iqtisadi yüksəliş keçirməsi və əmtəə istehsalının genişlənməsi. 



309-379 

Sasani  şahı  II  Şapurun  hakimiyyəti.  II  Şapurun  hakimiyyəti  dövründə  Albaniyada  daxili  vəziyyət   

mürəkkəbləşdi,  Cənubi  Qafqaz,  o  cümlədən  Albaniya  torpaqları  Sasani  və  Roma  imperiyaları  arasında 

mübarizə meydanına çevrildi. 



337 

Sanatürkün erməni çarlığı üzərinə hücum etməsi. Hücum nəticəsində Sanatürk erməni çarlığının paytaxtını ələ  

keçirərək  buranı bir il əlində saxladı və ermənilərin xristianlığı yaymaq yolu ilə Azərbaycan torpaqlarını  işğal 

etmək planlarını birdəfəlik iflasa uğratdı. 



338 

Ermənilərin Roma və iberlərlə ittifaq yaradaraq Sanatürkü məğlub etməsi. Sanatürk  ermənilərlə döyüşdə həlak 

olması. 

343-371 

Alban hökmdarı Urnayrın hakimiyyəti. Urnayrın dövründə Albaniya müstəqil siyasət  yeritdi,  Sasani şahı II 

Şapurla mütəffiqlik münasibətlər saxlanıldı, II Şapur  Ön Asiya uğrunda mübarizədə Romaya qarşı vuruşarkən 

Albaniya sasanilərin müttəfiqi kimi çıxış etdi. 



359 

Amid  döyüşü.  Roma  ilə  Sasani  qoşunları  arasında  baş  vermiş  döyüşdə  Albaniya  hökmdarı  Urnayr  sasanilər 

tərəfindən vuruşurdu. Döyüş nəticəsində II Şapur qələbə qazandı, Albaniyanın Arsax, Kaspiana vilayətləri və 

Marlar ölkəsi (indiki Naxçıvan) geri qaytarıldı. 



371 

Dzirav  döyüşü.  Döyüş  nəticəsində  sasani-alban  birləşmiş  qüvvələri  məğlub  oldular,  Urnayr  ağır  yaralandı, 

Albaniya Uti, Şakasena, Girdiman və Kolt vilayətlərini itirdi. 

387 

Roma ilə Sasanilər arasında sülh müqaviləsi bağlanması. Müqavilənin şərtlərinə əsasən Van  gölündən qərbdə 

yerləşən kiçik erməni çarlığı süqut etdi və  ərazisi Roma ilə  sasanilər arasında bölüşdürüldü, Dzirav döyüşündə 

Albaniyanın  itirdiyi dörd vialyəti isə geri  qaytarıldı. 



379-421 

Sasani  şahı  I  Yezdəgerdin  hakimiyyəti.  I  Yezdəgerd  hakimiyyətinin  ilk    illərində    Albaniyada  xristianlığın 

yayılmasına imkan verdi və xristianların xidmətindən istifadə etdi. 

438-457 

Sasani  şahı  II  Yezdəgerdin  hakimiyyəti.  II  Yezdəgerd  hakimiyyəti  dövründə  xristianlığa  qarşı    mübarizəni 

gücləndirdi,  Albaniyanın  və    ona  qonşu  olan  ölkələrin  hakimlərini  Ktesifona  çağırtdıraraq  onlara  məcbur 

atəşpərəstliyi qəbul etdirdi. 



440-463 

Alban  hökmdarı  II  Vaçenin  hakimiyyəti.  II  Vaçe  hakimiyyəti  dövründə  atəşpərəstlik  dinindən  imtina  edərək 

xristianlığı rəsmi  din kimi qəbul etdi, müstəqil siyasət yeridərək Sasanilərin tərkibindən çıxdı və Qafqazın 11 

hakimiylə ittifaqa girərək yeni sasani şahı Firuzun hakimiyyətinə qarşı çıxdı. 



457 

Sasani  hökmdarı  II  Yezdəgerdin    vəfat  etməsi  və  II  Vaçenin  atəşpərəstlik  dinindən  imtina  edərək    xristian  

dinini qəbul etməsi. 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə