İBTİDAİ İcma quruluşU


e.ə VI əsrin 50-ci illəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə4/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   2   3   4   5   6   7   8   9   ...   61

e.ə VI əsrin 50-ci illəri 

Kaştaritinin  Assuriyaya  qarşı  yürüşlər  təşkil  etməsi.  Yürüş  nəticəsində  iskitlərin  köməyi  ilə  Assuriya  qalib 

gəldi, Kaştariti isə döyüşdə öldürüldü və Midiya iskitlərin hakimiyyəti altına düşdü. Bundan sonra Midiyada 

İskit ağalığı dövrü başladı. 



e.ə 653-625 

Midiyada 28 illik iskit ağalığı dövrü. 



e.ə 625-585 

Midiya hökmdarı Kiaskarin kakimiyyəti. Kiaksar hakimiyyəti dövründə Midiyada İskit ağalığına son qoydu, xırda 

vilayət hakimlərini dövlətə tabe etdi və daxili qüvvələri birləşdirdi, Midiya ordusunu yenidən təşkil edərək, onları 

silah növünə uyğun nizəçi və oxçu dəstələrinə böldü, süvari dəstələrini piyadalardan ayırdı, Assuriya, Urartu, İskit 

və Manna dövlətlərini  süquta uğratdı, Midiya Lidiya dövləti ilə müharibə apardı. 

e.ə 616-612 

Midiya və Babilistanın  Assuriyanın Aşşur, Arbela, Kalat və Nineviya şəhərlərini tutması. 



e.ə 605 

Assuriya dövlətinin  süqut etməsi və torpaqlarının Midiya ilə Babilistan arasında bölüşdürülməsi. 



e.ə VI əsrin əvvəlləri 

Manna dövləti və İskit padişahlığının Midiya tərəfindən süquta uğradılması. 



e.ə 590-585 

Kiaskarın Lidiya çarlığı ilə müharibə aparması. 



e.ə 585-550 

Midiya  hökmdarı  Astiaqın  hakimiyyəti.  Astiaqın  hakimiyyəti  dövründə  daxili  çəkişmələr  artdı,  farsmeyilli 

qüvvələr  fəallaşdı,  zadəganların  hüquqlarını  məhdudlaşdırmaq  siyasət  yürütməsi  onunla  əyanalar  arasında 

narazılığa səbəb oldu, Fars əyalətinin hakimi II Kir ilə uğursuz müharibə apardı və Midiya dövləti süquta uğradı 



e.ə 550 

Astiaqala  fars  hakimi  II  Kir  arasında  müharibə.  Üç  il  davam  edən  müharibə  nəticəsinə  II  Kir  qələbə  qazanaraq 

Midiyanın  paytaxtı  Ekbatan  şəhərini  tutdu  və  Midiya  dövlətinin  varlığına  son  qoydu,  İran  Əhəməni  (fars) 

dövlətinin tərkibinə qatıldı. 



e.ə 550 

II Kir tərəfindən Əhəmənilər dövlətinin əsasının qoyulması. 



e.ə 550-330 

Əhəmənilər dövlətinin mövcud olması. 



e.ə 550-530 

 II  Kirin  hakimiyyəti.  II  Kirin  hakimiyyəti  dövründə  Midiya  və  Babilistan  dövləti    süquta  uğradıldı,  Anadoluda 

Lidiya  çarlığı  işğal  edildi,  Misirə  qədər  Qərb  ölkələri  Əhəmənilər  dövlətinə  tabe  edildi,  massagetlərlə  uğursuz 

müharibə aparıldı. 



e.ə 547   

 

II Kirin Lidiya çarlığını işğal etməsi. 



e.ə 539   

 

II Kirin Babilistan dövlətini  işğal etməsi. 



e.ə 530 

Araz çayı yaxınlığında döyüş. II Kirin massaget çarı Tomris tərəfindən döyüşdə öldürülməsi. 



e.ə 530-522 

II  Kambisin  hakimiyyəti.  II  Kambis  hakimiyyəti  dövründə  Cənubi  Qafqazı  işğal  edərək  Əhəmənilər 

imperiyasının tərkibinə qatdı, Misiri işğal edərək özünü firon elan etdi, imperiyanın ərazisini Hind okeanından 

Misirə və  İrandan Qafqazadək genişləndi. 



e.ə 525 

Pelusiya döyüşü. Əhəmənilər dövlətinin Misiri işğal etməsi. 



e.ə 522 

Qaumata üsyanı. Qaumatanın əhəməni taxt-tacını ələ keçirməsi. 



e.ə 522-486 

I Daranın hakimiyyəti. I Dara hakimiyyəti dövründə Qaumata  üsyanını yatıraraq Əhəmənilər dövlətinin əvvəlki 

ərazilərini  bərpa  etdi,  Hindistanın  şimal-qərbini    tutdu,  darik  adlanan  vahid  pul  sistemi  və  güclü  nizami  ordu 

yaratdı, ölkəni 20 satraplığa böldü, Azərbaycan Əhəməni imperiyasının satraplığından biri oldu. 



e.ə 486-465 

Kserkisin hakimiyyəti. 



e.ə 339-330 

III Daranın hakimiyyəti. 



e.ə 331 

Qavqamela döyüşü. Makedoniyalı İsgəndərin III Daranı məğlub etməsi. 



e.ə 330 

III  Daranın  öz  adamı  Bess  tərəfindən  öldürülməsi.    Əhəmənilər  dövlətinin  süqut  etməsi  və  ərzailərinin 

Makedoniyalı İsgəndər tərəfindən tutulması. 

 

 



ATROPATENA DÖVLƏTİ 

 

e.ə VII-VI əsrlər 

Zərdüştlük dininin yaranması. 



e.ə 330 

Makedoniyalı İsgəndər tərəfindən “Avestanın” ilkin variantının məhv edilməsi. 



e.ə 328 

Makedoniyalı İsgəndərin Atropatı Midiya satraptı təyin etməsi. 



e.ə 323 

Makedoniyalı İsgəndərin ölümündən sonra Azərbaycanın cənubunda Atropatena dövləti, şimalında isə Albaniya 

dövlətinin yaranması. Atropatenanın ərazisi Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikasının bəzi cənub 

rayonlarını əhatə etmişdi. Atropatena quldar dövlət idi. Dövləri ordunun baş komandanı olan padşah idarə edirdi. 



e.ə 321 

Perdikkinin ölümündən sonra Atropat Midiyasının müstəqil dövlətə çevrilməsi. 



e.ə IV əsr 

Azərbaycanda  vahid  xalqın  yaranması  prosesinin  başlanması.  Vahid  xalqın  yaranması  prosesi  Atropatena  və 

Albaniya dövlətlərinin yaranması ilə başlamışdı. 

e.ə IV-III əsrlər 

Atropatenada Qazaka, Fraaspa, Fanaaspa, Aqnazana şəhərlərinin mövcud olması. 



e.ə IV-I  əsrlər 

Atropatenada azər, müq, kaspi və kadusi tayfalarının yaşaması. 



e.ə 223 

Selevik hökmdarı III Antioxun Atropatenaya hücumu. Hücum nəticəsində Atropatena hömdarı Artabazan məğlub 

olaraq seleviklərdən asılı vəziyyətə düşdü. 

e.ə 223-190 

Artopatenanın Seleviklər dövlətindən asılı vəziyyətdə qalması. 



e.ə 190 

Maqneziya döyüşü. Romalıların III Antioxu məğlubiyyətə uğratması və Atropatenanın müstəqilliyini bərpa etməsi 



e.ə II əsrin II yarısı 

Atropatenanın Parfiya ilə yaxınlaşması. 



e.ə I əsrin I yarısı 

Roma sərkərdəsi Lukkul və Pompeyin Şərqə yürüşü. Yürüş nəticəsində Cənubi Qafqaz və bir sıra qonşu ölkələr 

Ramadan  asılı  vəziyyətə  düşdü.  Bu  zaman  Atropatena  Roma  hakimiyyətini  qəbul  etsə  də  Romadan  tam  asılı 

olmamış, öz müstəqilliyini əsasən saxlamışdı. 



e.ə 53 

Parfiyalıların romalıları məğlubiyyətə uğratması. Bu zaman Atropatena dövləti Parfiyanı müdafiə edirdi. 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə