3
GİRİŞ
Tarixin inkişaf mərhələləri
İnsanların necə yaşadıqlarını, onların həyatında hansı hadisələrin baş verdiyini, həyatının necə və nə üçün dəyişib
indiki şəkilə düşdüyünü öyrənən elm
tarix adlanır.
Tarix elmi şərti olaraq aşağıdakı dövrlərə bölünür:
1.
Qədim dünya tarixi. İbtidai icma quruluşu və quldarlıq dövrünü (ən qədim insanların yaranmasından quldarlıq
quruluşunun tənəzzülü və Qərbi Roma imperiyasının süqutuna qədərki dövrü) əhatə edir.
2.
Orta əsrlər tarixi. Feodalizm dövrünü (feodal münasibətlərin yaranmasından kapitalzmin yaranmasınadək olan
dövrü) əhatə edir.
3.
Yeni tarix. 1640-cı ildən 1918-ci ilədək olan dövrü (İngiltərə burjua inqilabının başlanmasından I Dünya
müharibəsinin başa çatmasına qədərki dövrü) əhatə edir.
4.
Ən yeni tarix. 1918-ci ildən indiki dövrə qədər olan mərhələni əhatə edir.
Tarixə köməkçi fənlər
Qədim dövrün öyrənilməsində mühüm rol oynayan fənlər aşağıdakılardı:
•
Arxeologiya - insanların həyatını maddi mənbələr əsasında öyrənir.
•
Antropologiya – insanın xarici görkəmini öyrənir.
•
Etnoqrafiya - müxtəlif xalqların həyatını öyrənir.
•
Xronologiya - tarixdə baş vermiş hadisələri zaman ardıcıllığı ilə öyrənir.
•
Paleoqrafiya - qədim yazıları öyrənir.
•
Heraldika - möhür, emblem və nişanları öyrənir.
•
Numuzmatika - pulların tədqiqi ilə məşğul olur.
QEYD:
Arxeologiya ilə məşğul olan, qazıntı işi aparıb maddi mənbələri öyrənən alim
arxeoloq, Antropologiya ilə
məşğul olan, insan skletinə əsasən onu öyrənən alim isə
antropoloq adlanır.
Tarixi mənbələr
Qədim dövrlərdən başlayaraq insanların həyatını öyrənməyə imkan verən
tarixi mənbələr iki qrupa bölünür:
1. Maddi mənbələr. Maddi mənbələrə maddi mədəniyyət abidələri (
qədim yaşayış məskənləri, qəbir abidələri və
arxeoloji qazıntılar zamanı əldə edilmiş əmək alətləri, məişət əşyaları, silahlar, bəzək əşyaları və.s) aiddir. Bu abidələr
qədim övrü öyrənmək üçün ən çox əhəmiyyətli tarixi mənbələrdir.
2. Yazılı mənbələr. Yazılı mənbələrə
müxtəlif dövrlərə aid heroqlif, mixi kitabələr və.s yazılı abidələr aiddir. Qədim
insanlar ilk vaxtlar yazını daşlar, sümük və gil
lövhələr, papirus üzərində yazırdılar. Yazı
dövlətin yaranması ilə eyni
vaxtda meydana gəlmişdi. Ən qədim yazılar
e.ə IV minilliyin ikinci yarısına aiddir.
Tarixin inkişaf mərhələləri
Ən qədim dövrlərdən III-V əsrlərədək
Qədim dünya tarixi
İbtidai icma
Quldarlıq
Orta əsrlər tarixi
Feodalizm
Kapitalizm
III-XVII əsrlər
Yeni və Ən yeni tarix
XVII əsrin 40-cı illərindən indiyədək