İBTİDAİ İcma quruluşU


  Şahənşah  Firuzun  təkidilə  Hoylandur  (Onoqur)  hunlarının



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə7/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   2   3   4   5   6   7   8   9   10   ...   61

462 

Şahənşah  Firuzun  təkidilə  Hoylandur  (Onoqur)  hunlarının  Albaniyaya    hücum  etməsi.  Nəticədə  II  Vaçe  

hakimiyyətdən əl çəkdi  (463-cü ildə), Albaniya Sasani  hakimiyyətinə tabe edildi, bununla da Albaniya 30 il 

müddətinə hökmdarsız qaldı  və Albaniyada qısamüddətli sasani məruzbanlığı dövrü başladı. 



463-493 

Albaniyada Sasani mərzbanlarının qısamüddətli hökmranlığı  dövrü. 



481-529 

İranda  Məzdəkilər  hərəkatı  baş  verməsi.  Hərəkatın  əsas  ideyası  ədalətli    cəmiyyət  qurmaq,  insanlar  arasında 

əmlak    bərabərliyi  yaratmaq  idi.  Xeyirin  Şər  üzərində  qələbəsinin  mümkünlüyünü  inkar  edən  maniçilikdən 

fərqli  olaraq məzdəkilər sonda Xeyirin qələbəsinə inanırdılar. 



484-488 

Sasani  şahı  Balaşın  hakimiyyəti.  Balaş  hakimiyyəti  dövründə  III  Mömin  Vaçaqanın    Albaniyada  hökmdar 

olmasına razılıq vermişdi. 

488-531 

Sasani  şahı  I  Qubadın  hakimiyyəti.  I  Qubad  hakimiyyəti  illərində  məzdəkilər  hərəkatı  geniş    vüsət  aldı.  O, 

mərkəzi  hakimiyyətə  tabe  olmaq  istəməyən  iri    feodallara  qalib  gəlmək  və  özünə  sosial    dayaq  yaratmaq 

məqsədi ilə məzdəkiləri  himayə etdi, aclıq  zamanı taxıl anbarlarını əhali üçün açdı və Məzdəkin  köməyi  ilə 

hakimiyyətini bərpa etdi. Qubadın dövründə III Mömin Vaçaqan Albaniyada tam hakimiyyətə sahib olsa da, 

sonra Albaniyanın daxili müstəqilliyi yenidən ləğv olundu. 



493-510 

  Albaniyada  Arşakilər  sülaləsinin  sonuncu  nümayəndəsi  III  Mömin  Vaçaqanın      hakimiyyəti.  III  Vaçaqan 

hakimiyyəti  dövründə  Albaniyada  xristianlığın  yayılmasına  çalışdı,  xristianlıq  dinini  fəal  təbliğ  edən  

məktəblər açdırdı, Aquen kilsə məclisini çağırdı, bütərəstlik və cadugərləri təqib etdi. 

498 

Aquen  kilsə  məclisinin  çağırılması.  III  Mömin  Vaçaqa  tərəfindən  çağırılan  Aquen  kilsə  məclisi  vergilərin  

miqdarını müəyyənləşdirdi və xristianlıq dininə aid qanunlar qəbul etdi. 

V əsr 

Alban dilində  fərman tərtib olunması. 



V-VII əsrlər 

Albaniyada feodal münasibətlərinin hakim mövqe qazanması. 



510 

Sasanilərin  Cənubi  Qafqazda  müstəqil  dövlət  qurumlarını    ləğv  etməsi  və  Albaniyada  uzunmüddətli  sasani 

mərzbanlığı  dövrünün başlanması. 

510-629 

Albaniyada Sasani mərzbanlarının uzunmüddətli hökmranlığı  dövrü. 



529 

Məzdəkin  şahənşah  I  Qubad  tərəfindən  edam  edilməsi.  I  Xosrov  isə  məzdəkilərə  qanlı  divan  tutdu    və 

məzdəkilərdən 80 mindən artıq adamı öldürdü. 

531-579 

Sasani şahı I Xosrovun hakimiyyəti.

 

I Xosrovun həyata keçirdiyi vergi islahatına əsasən kahinlər, məmurlar, 



mirzələr, uşaqlar, qadınlar və 60 yaşına  çatmış kişilər can vergisindən azad edildi, vergilər hissələrə bölünərək 

ildə üç dəfəyə alınmağa başlandı, vergi alınarkən əvvəlki kimi məhsulun həcminə görə deyil, torpağın sahəsi 

əsas götürülürdü, vergilər bar verən ağacların sayı, torpağın məhsuldarlığı və əhalinin sıxlığı nəzərə alınmaqla  

mahallar və  məntəqələr üzrə bölündü. Xosrovun vergi  islahatı keçirməkdə  məqsədi    vergi  yığan  məmurların 

özbaşınalığına  son  qoymaq  və  toplanmış  vəsaitin  xəzinəyə  daxil  olmasını  təmin  etmək  idi.  Lakin  islahat  

nəticəsində kəndlilərin  vəziyyəti son dərəcə ağırlaşdı. 



570-590 

Albaniyanın Girdiman vilayətinin hakimi Mehranın hakimiyyəti dövrü. 



591-628 

Sasani  şahı  II  Xosrov  Pərvizin  hakimiyəti.  II  Xosrov  Mehranın  Girdiman  vilayətinə  onunla  gələn  ailələr  ilə 

birlikdə məskən salmasına icazə vermişdi. 

600-615   

 

Cəsur Vardanın dövrü. 



603-629 

Bizans  və  Sasani  imperiyaları    arasında  müharibənin  son  mərhələsi.  Müharibə  Sasani  hökmdarı  Xosrov 

Pərvizin hücumu ilə başlandı və 25 il davam  etdi. Müharibənin əvvəlində Sasani qoşunu üstünlüyü ələ alaraq 

əhəmiyyətli  qələbələr  qazandı  və  Misiri  tutdu.  Bizansın    paytaxtı    Konstantinopol  təhlükə  qarşısında  qaldı. 

Lakin sasanilər bu üstünlüyü sonacan əllərində saxlaya bilmədilər. Müharibə Bizansın  qələbəsi ilə  başa çatdı.  

629-cu ildə tərəflər arasında bağlanan müqaviləyə görə Albaniya Sasanilərin hakimiyyəti altında qaldı. 



623 

Bizans  imperatoru  II  İraklinin  sasanilər  üzərinə  hücuma  keçməsi.  Bu  hücum  zamanı  II  İrakli  Dəbili  və 

Naxçıvanı  qarət    etdi,  Qazaka  şəhərini    tutaraq  burada  atəşpərəstlərin  baş  məbədgahını  dağıtdı,  xəzərlərin 

köməyi  ilə Sasani   ordularına  ağır  zərbələr  endirdi, paytaxt   Mədain (Ktesifon) şəhərini  tutaraq şahənşahın 

sarayını yandırdı, Xosrov  Pərvizi  hakimiyyətdən saldı. 

VII  əsrin əvvəlləri 

Albaniyada Sabir türklərinin nəslindən olan Mehranilər sülaləsinin hökmranlığının  başlanması. 



629-705 

“Mehranilər  (Girdiman) sülaləsi”nin Albaniyada hakimiyyəti dövrü. 



630-642 

Varaz  Qriqorun  Albaniyada  hakimiyyəti.  Varaz  Qriqorun  hakimiyyətə  gəlməsi  ilə  510-cu  ildən  bəri  davam 

edən  sasani  mərzbanlığına  son  qoyuldu  və  Albaniyada  Mehranilər  sülaləsinin  rəsmi  hakimiyyəti  başladı, 

sasanilər  isə  Mehranilərin  müstəqilliyini  tanımağa  məcbur  oldu, ərəblər  sasanilərin  ərazisinə  hücum  edərkən 

oğlu Cavanşiri sasanilərə köməyə göndərdi. 

 

 



AZƏRBAYCAN XİLAFƏTİN TƏRKİBİNDƏ (VII ƏSR – IX ƏSRİN II YARISINDA) 

 

633 

Ərəb  ordusunun  İraq  tərəfindən  Sasani  imperiyasının  sərhəddini  keçməsi.  Bu  zaman  sasani  hökmdarı 

imperiyaya tabe olan ölkələrdən, o cümlədən Albaniyadan ərəblərə qarşı vuruşmaq üçün qoşun tələb etdi 



634 

Albaniya hökmdarı Varaz Qriqorun  sasanilərə kömək üçün oğlu Cavanşiri qoşunla ora göndərməsi 



636 

Kadisiyyə döyüşü. Ərəblərlə  sasani  orduları arasında baş verən döyüşdə Alban sərkərdəsi Cavanşir Sasanilər 

tərəfindən vuruşaraq igidliyi ilə fərqləndi 

638 

Ktesifon döyüşü. Ərəb ordusunun  sasanilərin paytaxtı Ktesifonu (Mədaini)  mühasirəyə alması 



VII əsrin 30-cu illəri 

Xəzərlərin Albaniyaya yürüşü. Yürüş nəticəsində xəzərlər Qəbələdə möhkəmlənərək Albaniyadan xərac aldılar 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə