730
Savalan dağı yaxınlığında döyüş baş verməsi. Döyüş nəticəsində xəzərlər ərəb ordusu üzərində parlaq qələbə
qazandı. Bundan sonra xəzərlər döyüşü davam etdirərək Diyarbəkrə və Mosula çatdılar. Ərəblər yalnız Van
gölü yaxınlığındakı Hilat şəhəri ətrafında xəzərlərin hücumunu çətinliklə dayandıra bildilər. Bundan sonra
qüvvələrini səfərbər edən ərəblər böyük ordu ilə hücuma keçdilər. Bu hadisədən sonra ərəblərlə sülh bağlayan
xəzərlərin bir hissəsi İslam dinini qəbul etdi
748-752
Xilafətə qarşı Azərbaycanda ilk çıxışların baş verməsi
748
Xilafətə qarşı Beyləqanda Müsafirin başçılığı ilə üsyan baş verməsi
750-1258
Xilafətdə Abbasilər sülaləsinin hakimiyyəti. Abbasilər sülaləsinin dövründə vergilər daha da artırıldı, 15
yaşına çatan hər bir şəxs vergi verməli idi, vergi torpağın əkilib-əkilməməsindən asılı olmayaraq alınmağa
başlandı, alınan verginin miqdarı suvarma texnikasından asılı olaraq məhsulun ¼-in yarısına qədər müəyyən
edildi. Abbasilər sülaləsinin vergi siyasəti nəticəsində kəndlilərin vəziyyəti daha da ağırlaşdı
754-775
Xəlifə əl-Mənsurun hakimiyyəti. Acgözlüyünə görə xəlifə əl-Mənsur xalq arasında “pul atası” ləqəbini
qazanmışdı
VIII əsrin II yarısı
Azərbaycanda xilafətə qarşı çıxışların güclənməsi
778
Xürrəmilərin ərəblərə qarşı birinci üsyanı baş verməsi
786-809
Xəlifə Harun-ər-Rəşidin hakimiyyəti. Xəlifələr içərisində qəddarlığı ilə seçilən Harun-ər-Rəşidin dövründə
vergilər daha da artırıldı, on beş yaşına çatan hər bir şəxsdən vergi alınmağa başlanıldı. Onun dövründə
Azərbaycanda 15-dən artıq üsyan baş versə də hamısı qəddarlıqla yatrıldı
798-838
Babək Xürrəmidin yaşadığı dövr
VIII əsrin 90-cı illəri
Xəzərlərin 100 min nəfərlik qoşununun Azərbaycanın şimalına hücumu nəticəsində ölkəni talanması və
minlərlə adamın əsir aparılması
VIII əsr
Azərbaycan memarlığında günbəzli tikililərin geniş yayılması
808
Xürrəmilərin ərəblərə qarşı ikinci üsyanı. Bu üsyana Cavidan başçılıq edirdi. Lakin üsyan yatırıldı və on
minlərlə adam əsir aparıldı
813 – 833
Xəlifə Məmunun hakimiyyəti
816
Cavidanla Əbu İmranın döyüşdə bir-birini öldürməsi və Xürrəmilər icmasına rəhbərliyin Babəkin əlinə
keçməsi
816-837
Xürrəmilərin azadlıq müharibəsinə Babəkin başçılıq etməsi
819
Xürrəmilərə qarşı xəlifənin ilk nizami ordu göndərməsi. Üsyançıların həmin ordunu məğlub etməsi
IX əsrin 20-ci illəri
Xürrəmilərin Sünik, Bərdə, Beyləqan, Qarabağ və Arranı ərəblərdən azad etməsi. Xürrəmilərin azadlıq
müharibəsinin genişlənməsi. Xəlifənin sərkərə Məhəmməd əl-Tusini Babəkə qarşı göndərməsi
XI 30-cu illərinin əvvəlləri Xürrəmilərin azadlıq müharibəsinin uğurlu dövrü
829 iyun
I Həşdədsər döyüşü. Döyüş nəticəsində xürrəmilər parlaq qələbə qazandılar, xəlifənin sərkərdəsi Məhəmməd
əl-Tusi öldürüldü və ərəblərin Bəzz qalasını ələ keçirmək məqsədi baş tutmadı
830
I Həmədan döyüşü. Döyüş nəticəsində ərəblər məğlub oldular, Həmədan şəhəri xürrəmilərin əlinə keçdi. Bu
döyüş xürrəmilərin nizami ərəb orduları üzərində sayca beşinci qələbəsi idi
833
II Həmədan döyüşü. Döyüş nəticəsində xürrəmilər ilk dəfə ağır məğlubiyyətə uğradı. Bu qələbə Xilafətin
başçılarına və ərəb sərkərdələrinə bu vaxta qədərki səhvlərini anlatdı
833 – 842
Xəlifə Mötəsimin hakimiyyəti
835
Afşinin Xürrəmilərə qarşı vuruşan ərəb ordusuna baş komandan təyin edilməsi
836
II Həşdadsər döyüşü. Döyüş nəticəsində xürrəmilər ərəblər üzərində parlaq qələbə çaldılar və sərkərdə Buğa
döyüş meydanından qaçmaqla ölümdən xilas oldu
837
Xəlifənin Afşinin köməyinə iki böyük ordu göndərməsi
837 26 avqust
Bəzz döyüşü. Döyüş nəticəsində xürrəmilər məğlub oldu, ərəblərdən 100 min, xürrəmilərdən 80 min nəfər
həlak oldu, 8 minə yaxın adam əsir alındı, ərəblər Bəzz qalasını çətinliklə tutaraq, Afşinin göstərişi ilə üç gün
yandırdılar
838 14 mart
Babəkin Samirə şəhərində edam olunması
IX əsrin 30-40-cı illəri
Varsan, Bərdəd, Mərənd və Kür-Araz vadisində ərəb əsarətinə qarşı üsyanlar baş verməsi. Kür-Araz
vadisindəki üsyana Əbu Musa rəhbərlik edirdi. Lakin ərəb sərkərdəsi Buğa hiylə ilə Əbu Musa üsyanını yatırdı
IX əsrin II yarısı
Xilafətdən asılı olan ölkələrdə, o cümlədən Azərbaycanda milli-azadlıq hərəkatının davam etməsi.
Azərbaycanda ilk müstəqil feodal dövlətlərin meydana gəlməsi
AZƏRBAYCAN IX –XI ƏSRLƏRDƏ
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN BƏRPASI. ŞİRVANŞAHLAR DÖVLƏTİ
IX əsr
Xilafətin zəifləməsi və Azərbaycanda ilk feodal dövlətlərin yaranması
IX-XI əsrlər
Azərbaycanda feodal dağınıqlığı və ara müharibələri dövrü
780-801
Yezid ibn Məzyədin hakimiyyəti. Yezid ibn Məzyəd Xəlifə Harun ər-Rəşid zamanında Cənubi Qafqaz
vilayətinin, o cümlədən Şirvanın hakimi olmuş, ərəblərin burada möhkəmlənməsində mühüm rolu oynamışdı.
Bu zaman o, Azərbaycan torpaqlarını, o cümlədən Aran, Şirvan və Dərbənd ərazisini idarə edirdi. Yezid ibn
Məzyəd özünə və xilafətə etnik dayaq yaratmaq məqsədilə Azərbaycana Rəbiə tayfasından, həmçinin Misir və