İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə5/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   2   3   4   5   6   7   8   9   ...   61

e.ə I əsrin II yarısı 

Roma sərkərdəsi Antoninin başçılığı ilə romalıların Şərqə yürüşü. 



e.ə 38 

 

 

Romalıların parfiyalıları məğlubiyyətə uğratması. 



e.ə 38 

Roma sərkərdəsi Antoninin Atropatenanın Fraaspa şəhərinə hücum etməsi. Fraaspa şəhəri yaxınlığında döyüş baş 

verməsi.  Döyüş  nəticəsində    şəhər  yaxşı  müdafi  olunduğundan  romalıların  uzun  sürən  mühasirəsi  bir  nəticə 

vermədi  və  romalılar  Fraaspa  şəhərini  tuta  bilməyib  geri  çəkildi.  Antoni  35  minə  yaxın  əsgərini  itirdi. 

Atropatenalılar böyük qənimət ələ keçirdilər.

 

e.ə 20 

Atropatenada hakimiyyətə gələn II Ariobarzanın on ilə qədər Romada yaşaması. 

20 

Atropatenanın  sonuncu  hökmdarı  Ariovastın  ölümü  və  Atropatenanın  Parfiyanın    Arşakilər  sülaləsinin 

hakimiyyəti altına düşməsi. 

20-224 

Atropatenanın Parfiyanın (Arşakilər sülaləsinin) hakimiyyəti altında qalması. 



227 

Atropatena torpaqlarının sasanilərin hakimiyyəti altına düşməsi. 



II-III əsrlər 

Atropatenada qullara nataman azadlıq verilməsi.  



II-III əsrlər 

Atropatenada quldarlıq quruluşunun böhran keçirməsi. 



III-VII əsrlər 

Sasanilər dövründə “Avesta”nın yenidən toplanaraq yazıya alınması. 



1771 

Fransız alimi Anketil Düperronun “Avesta”nı fransız dilinə tərcümə eləməsi və ilk dəfə avropalıları “Avesta” ilə 

tanış etməsi. 

 

 

ALBANİYA DÖVLƏTİ 

 

e.ə I minilliyin ortaları 

Albaniyada özünəməxsus mədəniyyətin və şəhərlərin meydana gəlməsi üçün ilkin şəraitin yaranması. 



e.ə I minilliyin ortaları 

Albaniya əhalisinin Əhəmənilər imperiyasının tərkibində olarkən yazı ilə tanış olması. 



e.ə VI-V əsrlər 

Əhəmənilər dövründə alban tayfalarının vahid ad altında birləşməsi. Albaniya ərazisində türkdilli (kadusi, kaspi, 

amard) Qafqazdilli (leq, udin, buduq, xınalıq) tayfalarının yaşaması. 

e.ə V əsr 

Yunan  tarixçisi  Heredot  tərəfindən  albanlar  haqqında  məlumat  verilməsi.  Heredot,    albanlardan  bəhs  edərkən 

kaspi  tayfalarını  nəzərdə  tutmuş,  I  Daranın  və  Kserksin  Yunanıstana  hərbi  yürüşlərində  onların  iştirak  etdiyini 

qeyd etmişdi. 



e.ə IV əsrin sonları 

Albaniyada  şəhərsalmanın güclənməsi. 



e.ə IV-III əsrlər 

Albaniya  dövlətinin  yaranması.  Albaniyanın  ərazisi  İberiya  ilə  Xəzər  dənizi  arasındakı  ərazini  əhatə  edirdi. 

Dövləti padşah idarə edirdi. Padşahdan sonra ölkədə ən hörmətli adam Ay məbədinin kahini idi. 

e.ə IV-III əsrlər 

Albaniyada dövlətin yaranması ilə eyni vaxtda möhürlərin meydana gəlməsi. 



e.ə IV-III əsrlər 

Albaniya  əhalisinin  ictimai  quruluşuna  görə  dörd  təbəqəyə  bölünməsi.  I  təbəqəyə  -  padşah,  ordu  başçısı,  II 

təbəqəyə - din  xadimləri (kahinlər),  III təbəqəyə - hərbçilər və əkinçilər, IV təbəqəyə - təsərrüfatda işləyən adi 

adamlar daxil idi. 



e.ə IV-III əsrlər 

Albaniyada  ticarətdə  puldan  geniş  istifadə  olunması.  1958-ci  ildə  Şamaxıda,  1966-cı  ildə  Qəbələdə  tapılmış 

gümüş pul dəfinələri albanların özlərinin pulu olduğunu sübut edir . 

e.ə III əsrin I yarısı 

Albaniyada Makedoniyalı İsgəndərin pullarına oxşar pulların kəsilməsi. 



e.ə III əsr 

Alban memarlığında kirəmitdən geniş istifadə olunmağa başlanması. 



e.ə II əsr 

Aralıq dənizi hövzəsində Romanın ən güclü dövlətə çevrilməsi və Cənubi Qafqaz üçün təhlükə yaratması. 



e.ə I əsrin I yarısı 

Roma sərkərdəsi Pompeyin Albaniya və İberiyaya hücum etməsi. 



e.ə 66 

Kür çayı sahilində döyüş. Roma ordusunun albanları məğlub etməsi. 



e.ə 65 

Alazan (Qanıx) çayı sahilində döyüş. Pompeyin  hərbi hiylə işlədərək  albanları məğlub etməsi. 



e.ə 36  

Antoninin  sərkərdəsi  Kanidinin  başçılığı  ilə  romalıların  Albaniya  və  İberiyaya  yürüşü.  İberiya  və  Albaniyanın 

romalılardan asılılığı qəbul etməsi. 

68 

Roma  imperatoru  Neronun  Albaniyaya  böyük  yürüşə  hazırlaşması.  Lakin  Romada  üsyan  nəticəsində  imperator  

öldürüldü və yürüş baş tutmadı. 

72-74 

Alan tayfalarının Albaniya və Atropatenaya ən böyük yürüşü. Bu yürüş zamanı onların məqsədi qənimət əldə 

etmək idi.  Yürüş nəticəsində alanlar Atropatenanın bir-sıra ərazilərini qarət etmiş, Atropatena padşahı Pakor 

öz ölkəsini başsız qoyaraq təhlükəsiz yerə qaçmış, ailəsi isə alanlara əsir düşmüşdü. 



84-96 

Roma imperatoru Domnisianın dövründə Roma ordusunun Albaniyaya və  Xəzər sahillərinə gəlib çatması. Bunu 

Qobusdan kitabəsi də sübut edir. 

117-138 

Roma imperatoru Adrianın alban hökmdarları ilə dostluq əlaqələri saxlaması. 



eramızın ilk əsrləri   

Albaniyada su dəyirmanlarından istifadə olunması. 



eramızın ilk əsrləri  

Albaniya sənətkarlarının  yerli şüşə qablar hazırlaması. 



I əsr 

Albaniyada hakimiyyətin yerli hökmüdarların əlində olması. 



I-III əsrlər 

Alan tayfalarının Dərbənd keçidi vasitəsiylə Albaniyaya yürüşlər etməsi.  Alan ayfaları ilə əlaqədar Mingəçevir və 

Qəbələdə katakomba qəbirlərinin tikilməsi. 

I-III əsrlər 

 

Albaniyada Kabalaka, Şamaxı, Ayniana və Anariaka şəhərlərinin mövcud olması. 



I-III əsrlər 

Albaniya hökmdarlarının Roma ilə diplomatik əlaqələr saxlaması. 



II əsr 

Şəkinin  Böyük  Dəhnə  kəndində  yunan  dilində  yazı  olan  daş  kitabənin  hazırlanması.  Abidə  1902-ci  ildə  aşkar 

olunmuşdu. 

II-III əsrlər 

 

Albaniyada quldarlıq quruluşunun  böhran keçirməsi. 



III əsr 

Albanların Romaya yazılı  məlumat göndərməsi. 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə