böyük tayfa ittifaqlarında birləşdi, tayfa başçıları icmaya məxsus əmlakın çox hissəsini mənimsəməyə, vəfat
edərkən zəngin ev əşyaları və silahları ilə birlikdə dəfn olunmağa başlandı, iri yaşayış məskənləri olan ilkin
şəhər mərkəzləri yarandı, Naxçıvan və Urmiya bölgəsindəki bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər
mərkəzləri səviyyəsinə qədər yüksəldi. Orta Tunc dövrünün ilkin şəhər tipli yaşayış məskənləri Naxçıvanda II
Kültəpə, Oğlanqala, Urmiya sahilində Göytəpə, Qarabağda Üzərliktəpə düşərgələri əsasında öyrənilmişdir.
3500 il bundan əvvəl
Naxçıvan şəhərinin əsasının qoyulması.
e.ə II m.sonu – I m.əvvəli Azərbaycanın şimalında ibtidai icma quruluşunun dağılmasının sürətlənməsi.
e.ə XIV- VIII əsrlər
Son Tunc və Erkən Dəmir dövrü. Bu dövrdə siklopik qalalar meydana gəldi, yaşayış məskənlərinin ətrafına qalın
müdafiə divarları çəkildi, atdan minik və qoşqu vasitəsi, dəvədən minik vasitəsi və yük daşınmasında geniş
istifadə edildi, ata sitayiş ayini meydana gəldi, taxıl tunc və dəmir oraqlarla biçilirdi, bağçılıq, bostançılıq,
üzümçülük və şərabçılıq daha da inkişaf etdi, saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından
geniş istifadə olunmağa başlanıldı, Üçüncü ictimai əmək bölgüsü nəticəsində - sənətkarların içərisindən sənətkar-
tacirlər qrupu ayrılaraq peşəkar tacirlərə çevrildilər, tayfa başçılarının hakimiyyəti qüvvətləndi və onların
şəxsiyyəti ilahiləşdirildi, təbiət və səma cisimlərinə (Günəşə, Aya, ulduza) inam dərin kök saldı, Azərbaycan Ön
Asiya, Yaxın Şərq, xüsusilə Assuriya ilə geniş ticarət əlaqələri saxladı. Bu dövrdə ibtidai icma quruluşu
dağılmağa başladı.
e.ə VII əsr
Azərbaycanda dəmirdən geniş istifadə olunmağa başlanılması.
İLK TAYFA BİRLİKLƏRİ VƏ ERKƏN DÖVLƏT QURUMLARI
e.ə III minillik
Azərbaycanın cənubunda erkən dövlət qurumlarının meydana gəlməsi.
e.ə III minilliyin I yarısı
Aratta dövlət qurumunun mövcud olması.
e.ə III-II minilliklər
Azərbaycanın cənubunda Urmiya gölü ətrafında lullubi, kuti, su, turriki, Arazdan şimalda isə naxç və gərgər
tayfalarının yaşaması.
e.ə III minilliyin II yarısı
Lullubi tayfa ittifaqının mövcud olması. Lullubilər Ön Asiyada igid və cəsur döyüşçü kimi tanınmış, hurri və het
dövlət idarələrində işə cəlb olunmuş, muzdlu döyüşçü kimi orduda xidmət etmiş, Akkad dövlətinin işğalçı
siyasətinə qarşı ittifaq yaratmışdılar.
e.ə XXIII– XXII əsrlər
Urmiya gölünün cənubunda Lullubi dövlət qurumlarının meydana gəlməsi.
e.ə III minilliyin II yarısı
Urmiya gölünün cənub-qərbində Kuti dövlət qurumunun meydana gəlməsi. Kuti dövlətinin sərhədləri şimalda
Urmiya gölünün qərbindən cənubda İran körfəzinə çatırdı.
e.ə XXII əsr
Kutilərin Mesopotamiyaya hücum etməsi. Akkad dövlətinin süquta uğradılması və kutilərin Mesopotamiyada 100
illik hakimiyyətinin başlanması.
e.ə XXII əsrin sonları
Uruk şəhərində Kuti hökmdarı Tirikana qarşı üsyan baş verməsi. Üsyan nəticəsində kutilərin Mesopotamiyada
100 illik hakimiyyətinə son qoyuldu və Mesopotamiyada III Ur Şumer sülaləsinin hökmüranlığı bərqərar oldu.
e.ə III minilliyin sonları
Kuti və Lullubi dövlət qurumlarının süquta uğrayaraq xırda vilayətlərə parçalanması.
e.ə III minilliyin sonları
Turukki tayfalarının Şuşarra vilayətini tutması.
e.ə 2003
Su tayfalarının III Ur sülaləsini devirməsi və Su ölkəsinin müstəqil olması.
e.ə II minilliyin əvvəlləri
Kuti, lullubi və turikkilərin yeni tayfa birliyi yaratması.
e.ə II minillik
Turukki, lullubi, kuti və şubar tayfalarının Assuriyaya qarşı üsyan qaldırması.
MANNA DÖVLƏTİ
e.ə III minillik
Manna ərazisində ilk dövlət qurumlarının meydana gəlməsi.
e.ə II minillik
Manna ərazisində yerli türkdilli etnosların yaşaması.
e.ə I minilliyin əvvəlləri
Urmiya gölü ətrafında mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün əlverişli şəraitin yaranması.
e.ə 843
III Salmanasarın mixi yazılı kitabəsində ilk dəfə Manna adına rast gəlinməsi.
e.ə IX əsrin əvvəlləri
Manna vilayətlərinin ayrı ayrı hakimlər tərəfindən idarə olunması. Zamua Mannanın əsas hissəsini təşkil etmiş və
əvvəllər lullubi ölkəsi olmuşdu. Gizilbunda Manna ilə Midiya arasında sərhəd vilayəti idi. Subi vilayəti öz atları
ilə fərqlənirdi. Bara vilayətində isə hökmdar sürüləri saxlanılırdı.
e.ə IX əsr
Urmiya gölü ətrafında mərkəzləşmiş Manna dövlətinin yaranması.
e.ə IX-VIII əsrlər
Urmiya gölü ətrafında Mannanın güclü dövlətə çevrilməsi.
e.ə VIII əsrin I yarısı
Assuriya hökmdarı III Tiqlatpalasarın Manna və başqa ölkələrdə təsirini artırmaq üçün Urartu ilə vuruşması. III
Tiqlatpalasarın Mannanın Mazamua vilayətini tutaraq Assuriyaya birləşdirməsi və bir sıra tayfaları başqa əraziyə
köçürməsi.
e.ə 740-719
İranzunun hakimiyyəti. İranzunun hakimiyyəti dövründə Manna Urmiya gölü hövzəsində qüdrətli dövlətə
çevrildi, İzurtu paytaxt şəhəri oldu, Assuriyanın Urartuya qarşı müharibələrindən istifadə edərək mərkəzləşmə
siyasəti yürütdü, Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı, Manna vilayətlərini mərkəzi
hakimiyyətə tabe etdi, ölkədə canişinlik sistemi yaratdı və canişinləri mərkəzi hakimiyyətdən asılı vəziyyətə saldı,
xarici siyasətdə Assuriya ilə ittifaqa və müttəfiqliyə meyl etdi və onun siyasi üstünlüyünü tanıdı, Mannanın ərazisi
şimalda Araz çayına çatdı, Manna cənubda və cənub şərqdə Kassi ölkəsi, Parsua və Midiya ilə həmsərhədd oldu.