İBTİDAİ İcma quruluşU


  Sasani ordusunun ərəblər tərəfindən darmadağın edilməsi və Cavanşirin Albaniyaya  qayıtması  640



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə8/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   4   5   6   7   8   9   10   11   ...   61

640 

Sasani ordusunun ərəblər tərəfindən darmadağın edilməsi və Cavanşirin Albaniyaya  qayıtması 



640

 

Sərkərdə Hüzeyfənin başçılığı ilə ərəblərin Cənubi Azərbaycana  hücum etməsi.  Ərdəbil yaxınlığında döyüş.  



Döyüş nəticəsində güclü və təcrübəli ərəb ordusu qalib gəldi və Cənubi Azərbaycan mərzbanı İsfəndiyar ibn 

Fərruxzad  ərəblər tərəfindən  əsir alındı 



642 

Nahəvənd  və  Həmədan  döyüşlərində  sasanilərin  məğlub  olması.  Ərəblərin  Azərbaycana  hücumunun 

başlanması 

642-681 

Cavanşirin  Albaniyada  hakimiyyəti.  Cavanşirin  dövründə  ölkədə  dinc  quruculuq  işlərinə  başlamaq  üçün 

əlverişli  şərait  yarandı,  şimaldan  Albaniyaya  hücum  edən    xəzər  xaqanının  qızı  ilə  evlənməklə  ölkəni 

dağıntıdan  xilas  etdi,  cənubdan  gələn  təhlükəni  Albaniyadan  sovuşdurmaq    və  Albaniyanın  bütövlüyünü 

saxlamaq məqsədi ilə Ərəb xilafətinin asılılığına keçdi 

VII-VIII  əsrlər 

Ərəblərin xəzərlərlə Azərbaycan uğrunda yüz ilədək müharibə aparması 



643 

I  Bələncər  döyüşü.  Döyüş  nəticəsində  ərəblər  xəzərlərə  məğlub    oldu  və  sərkərdə  Əbdürrəhman  döyüşdə 

öldürüldü. Beləliklə Xilafətin Dərbənddən şimala ilk hücumunun uğursuzluqla nəticələndi 

644 

Ərəb sərkərdəsi Bukeyr İbn Abdullah ilə  İsfəndiyar arasında sülh bağlanması. Sülhün şərtlərinə əsasən əhali 

ərəblərə  tabe olmalı,  “imkanları daxilində” can vergisi - cizyə verməli idi. Qadınlar, uşaqlar can vergisindən 

azad edildilər. Ərəblər əhalinin dininə, adət-ənənələrinə qarışmamağı  öhdələrinə götürdü. Könüllü olaraq ərəb  

ordusunda  qulluq  edənlər  bütün vergi  və  mükəlləfiyyətlərdən  azad  edildi.  Ərəblər    tabe  olmayıb  ölkəni  tərk 

etmək istəyənlərə  imkan yaratdılar 



646 

Sərkərdə Salman ibn Rəbiənin başçılığı ilə ərəblərin Naxçıvan, Gorus, Beyləqan, Bərdə, Qəbələ, Şəmkir, Şəki, 

Şirvan və Şabranı tutması 

VII əsrin 40-cı illəri 

Ərəb qoşunlarının sərkərdə Bukeyrin başçılığı ilə  Muğanı və Dərbəni işğal edərək Şirvan  hökmdarı Şəhriyarla 

sülh bağlaması.  Sülhün şərtlərinə əsasən əhali ərəblərə xərac  və  cizyə   verməli, bu vergilər şimaldan hücum 

edən  xəzər  və  müxtəlif  din  sahiblərinin  hücumlarını  dəf  etmək    üçün  Şirvanda  saxlanılacaq  qoşuna  sərf  

edilməli idi 

645 

 

 

Ərdəbildə ərəblərə qarşı yenidən üsyan baş verməsi 



646 

Ərəblərlə Ərdəbil əhalisi ilə yeni müqavilə bağlanması. Müqavilənin şərtlərinə əsasən vergilərin miqdarı 

əvvəlkinə nisbətən xeyli artırıldı 

651 

Sasani imperiyasının süqut etməsi 



653 

II  Bələncər  döyüşü.  Döyüş  nəticəsində    xəzərlər  ərəblər  üzərində  parlaq  qələbə  qazandı  və  ərəb  sərkərdəsi 

Salman döyüşdə  öldürüldü 

654 

Cavanşirin Bizans imperatoru II Konstantin  ilə birinci dəfə görüşməsi 



656-661 

Xəlifə Əlin hakimiyyəti. Xəlifə Əlinin dövründə  Bəsrə və Kufənin  bir-çox ərəb tayfaları, o cümlədən əzdilər 

nəsli    Azərbaycanın    cənub  rayonlarında,    xüsusilə  Ərdəbil    bölgəsində  məskunlaşdırıldı. Xəlifə  Əli  ədalətli 

vergi  islahatı  da  keçirmişdi.    Xəlifə  Əlinin  vergi  islahatına  əsasən  əsas  diqqət  torpağın  səmərəli  əkib-

becərilməsinə yönəldildi və əkilməyən torpaqlardan xərac alınmadı 

660 

Cavanşirin  Bizans  imperatoru  II  Konstantin    ilə  ikinci  dəfə  görüşməsi.  Cavanşirin    Bizans  imperatoru  ilə 

görüşməkdə məqsədi ərəblərə qarşı birlikdə mübarizə aparmaq  ittifaq yaratmaqda idi 

661-750 

Xilafətdə Əməvilər sülaləsinin hakimiyyəti.  Əməvilər sülaləsi dövründə Azərbaycanda əhali, mal qara, torpaq 

siyahıya  alındı,  vergilərin  ümumi  məbləği  artırıldı,  əvvəllər  ləğv  edilmiş  bəzi  vergilər  bərpa  edildi,  üzüm, 

meyvə  bağları,  dəyirmanlardan  və  emalatxanalardan    əlavə  vergi  alındı,  sənət  məmulatı,  kəbin  vəsiqəsi  və.s 

adda  yeni  vergilər  tətbiq  olundu,  rahiblərdən  cizyə  vergisi  alınmağa  başlandı.  Əməvilərin  ağır  vergi  siyasəti 

nəticəsində yoxsullarla yanaşı orta və iri feodallar müflisləşdi 



662 

Kür çayı yaxınlığında döyüş baş verməsi. Döyüş nəticəsində Cavanşir xəzərləri məğlubiyyətə uğratdı 



665 

Xəzərlərin  böyük  qüvvə  ilə  Albaniyaya  hücum  edərək  Araz  çayı  sahillərinə  qədər  irəliləməsi.  Vəziyyətin 

ağırlığını görən Cavanşir Xəzər xaqanı ilə sülh müqaviləsi bağlayaraq  qohum oldu. Müqavilənin şərtinə əsasən 

albanlar  hər  il  xəzərlərə  xərac  verməyə  razı    oldular.  Bunun  müqabilində  bütün  əsirlər  və  mal-qara    geri 

qaytarıldı 

667 

Cavanşirin  birinci dəfə  Xilafətin paytaxtı Dəməşq şəhərinə gedərək  xəlifə Müaviyə ilə görüşməsi 



670 

Cavanşirin ikinci dəfə  Dəməşq şəhərinə gedərək  xəlifə Müaviyə ilə görüşməsi.  Danışıqlar nəticəsidə xəlifə 

Albaniyanın  daxili  müstəqilliyinə  toxunmadı,  Albaniya  əhalisindən  alınan  vergilər  üçdə  bir  qədər  azaldıldı, 

xəlifə Sünik knyazlığının hakimliyini Cavanşirə bağışladı 



681 

Albaniyada bizanspərəst feodalların sui-qəsdi nəticəsində Cavanşirin qətlə yetrilməsi. Cavanşirin qatillərindən 

intiqam    almaq  bəhanəsi  ilə  xəzərlərin  Albaniyaya  hücum  edərək  Qəbələni  və  Bərdəyə  qədər  olan  şəhər  və 

kəndləri  qarət etməsi 



VII əsr 

Cavanşirin göstərişi ilə  Musa  Kalankatlunın “Alban tarixi” əsərini  yazması  



VII-VIII əsrlər 

Ərəblərin  işğalı və İslam dininin Azərbaycanın  bütün ərazisində yayılması nəticəsində Azərbaycan xalqının 

formalaşması üçün  bütün zəruri şərtlərin yaranması 

681-705 

Alban hökmdarı Varaz  Trdatın hakimiyyəti 



VIII əsrin əvvəlləri 

Xəlifənin Cənubi Qafqazdakı Bizan tərəfdarlarını cəzalandırmaq məqsədilə Albaniyaya qoşun  göndərməsi 



705 

Ərəblərin  Albaniyaya    yürüş  etməsi.  Yürüş  nəticəsində  Cavanşirin  sonuncu  varisiailəsi  ilə  birlikdə  Dəməşqə 

aparılaraq    edam  edildi,  Albaniyada  Mehranilər  sülaləsinin  hakimiyyəti  sona    çatdı  və  Albaniyanın  idarə 

olunması xəlifənin canişininə tapşırıldı 



725 

Azərbaycanda ərəblər tərəfindən əhali, mal-qara və   torpaqların siyahıya alınması 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə