I fəSİl kristalloqrafiyanin əsaslari



Yüklə 11,53 Mb.
səhifə8/36
tarix19.12.2023
ölçüsü11,53 Mb.
#150860
1   ...   4   5   6   7   8   9   10   11   ...   36
Kristalloqrafiya

Şəkil 9
A1B1C1. .. . . AnBnCn paralel üzlər seriyası
KRİSTAL ÜZLƏRİNİN İŞARƏLƏNDİRİLMƏSİ
ÜSULLARI

Kritalloqrafik tədqiqatlarda müxtəlif hesablama əməliyyatları apardıqda, kristalları həndəsi cəhətdən öyrəndikdə, və ümumiy­yətlə, bir çox müxtəlif məsələlərin həllində kristal üz­lərinin işarələndirilməsinə böyük ehtiyac duyulur. Bu məqsədlə müxtəlif üsullar təklif olunmuşdur. Bunlardan müasir kristallo­qrafiyada tətbiq olunan ikisi ilə tanış olaq.


1. Veys üsuluTutaq ki, hər hansı kristalda K sayda A0 B0 C0 , A1 B1 C1 , A2 B2 C2... Ak Bk Ck üzlərinin vəziyyətini fəzada təyin etmək lazımdır (şəkil 10).

Şəkil 10
Kristalın əsas üzünün (A0B0C0) və digər üzlərinin kristalloqrafik
oxlara görə vəziyyətləri

Əgər bu üzləri parametrik şəkildə ifadə etsək, hər üz üçün mü­vafiq olaraq: a1:b1:c1, a2:b2:c2, a3:b3:c3... ak:bk:ck alarıq. Kris­talloqrafik oxlardan vahid parçalar kəsən A0B0C0 üzünü əsas üz adlandırıb, qalan bütün üzlərin parametrlərini əsas üzün uyğun parametrlərində ifadə etsək, alarıq:



Aldığımız nisbətləri müvafiq olaraq m1, n1, p1 ilə işarə etsək, onda:
olar. Buradan: a1= m1a0, b1=n1b0, c1=p1c0 olar. Beləliklə,
A1B1C1 üzünün ifadəsi: a1:b1:c1=m1a0:n1b0:p1c0 olar. Onda A2 B2 C2 üzü üçün:
a2:b2:c2=m2a0: n2b0: p2c0, alarıq və nəhayət: ak:bk:ck=mka0:nkb0: pkc0 olar. Sonuncu ifadə kristal üzünün Veys parametrləri adlanır. Burada mk,nk,pk-ədədi, a0, b0, c0 isə xətti Veys para­metrləri adlanır.
Göründüyü kimi, ədədi Veys parametrləri kristalın hər hansı üzünün parametrlərinin əsas üzün uyğun parametrlərindən neçə dəfə böyük və ya kiçik olduğunu göstərən ədədlərdir. Xətti Veys parametrləri isə kristalloqrafik oxların ölçü vahidləri və yaxud onların miqyasıdırlar.

Yüklə 11,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə