I fəSİl kristalloqrafiyanin əsaslari


Kristallik və bircinslilik xassəsi



Yüklə 11,53 Mb.
səhifə2/36
tarix19.12.2023
ölçüsü11,53 Mb.
#150860
1   2   3   4   5   6   7   8   9   ...   36
Kristalloqrafiya

3. Kristallik və bircinslilik xassəsi.
Kristallik maddənin səthində hər hansı istiqamətdə təyin olunmuş fiziki xassənin qiyməti ona paralel bütün istiqamətlərdə sabit qalır. Bu hadisəyə kristallikcə bircinslilik xassəsi deyilir. Bunun doğruluğu kristallik maddəyə verdiyimiz tərifdən irəli gəlir. Hissəcikləri müntəzəm paylanan və dövri təkrarla səciy­yə­lənən sistemdə paralel istiqamətlər eynixassəli olurlar.


4. Müstəviüzlülük xassəsi.
Kristallik maddə münasib termodinamik şəraitdə yarandıqda düz müstəvi üzlərlə örtülür. Kristallik maddənin bu xassəsinə bəzən müstəviüzlülük qanunu da deyilir. Yaranan üzlərin sayı bir sıra faktordan, o cümlədən, maddənin tarkibindən, fiziki-kimyəvi şəraitin xarakterindən və xüsusən, maddənin fəza quruluşundan asılı olaraq müxtəlif ola bilir. Müstəvi üzlər bir-biri ilə tillər vasitəsilə birləşərək kristal adlanan cisimləri əmələ gətirirlər. Beləliklə, düz müstəvi üzlərlə hüdudlanmış qabarıq çoxüzlülər yaranırlar. Belə çoxüzlülərə kristal deyilir.
Qabarıq çoxüzlüləri (kristalları) əmələ gətirən üzlər, tillər və təpələr arasında aşağıdakı əlaqə mövcuddur:
Üzlərin cəmi+təpələrin cəmi=tillərin cəmi+2
Bu ifadəyə Dekart-Eyler düsturu da deyilir. Dekart-Eyler düsturuna görə kristal onun bütün həndəsi elementlərinin yalnız qarşılıqlı inkişafı əsasında yarana bilər.
Kristallar həm mikroskopik zərrəciklər, həm də ölçüləri və çəkiləri cəhətdən nəhəng olan formalarda tapılırlar. Belə ki, onların çəkiləri qramın hissəsindən tonlara kimi dəyişə bilir. 1-ci cədvəldə böyük ölçü və çəkiləri ilə fərqlənən bəzi minerallardan misallar göstərilir.
Cədvəl 1
Yer qabığında rast gəlinən iri ölçülü və çəkili bəzi qiymətli minerallar



Mineral

Kimyəvi
tərkibi

Çəkisi

Tapıldığı yer

Almas

C

3. 025,24 karat=605. 05 qram

Cənubi Afrika Respublikası

Adi Kvars



70 ton

Rusiya

Dağ billuru



618 kq

Avstriya

Rubin



139,43 karat=27,89 qram

Şimali Karolina

Sapfir



95. 000 karat=19kq

Şri-Lanka

Sirkon

Zr[ ]

7 kq

Kanada

Topaz



270 kq

Braziliya

Adi beril



380 ton

Kolumbiya

Zümrüd



24. 000 karat=4,8 kq

Cənubi Afrika Respublikası

Qranat



1 ton

Norveç




Yüklə 11,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə