I fəSİl kristalloqrafiyanin əsaslari


NÖQTƏVİ QRUPLARIN (KRİSTALLOQRAFİK SİNİFLƏRİN) İŞARƏLƏNDİRMƏSİ ÜSULLARI



Yüklə 11,53 Mb.
səhifə6/36
tarix19.12.2023
ölçüsü11,53 Mb.
#150860
1   2   3   4   5   6   7   8   9   ...   36
Kristalloqrafiya

NÖQTƏVİ QRUPLARIN (KRİSTALLOQRAFİK SİNİFLƏRİN) İŞARƏLƏNDİRMƏSİ ÜSULLARI

Kristallik maddələrdə mümkün nöqtəvi qrupların çıxarılışı ilə yuxarıda tanış olduq. Lakin mövcud 32 nöqtəvi qrupu bir-birin­dən ayırmaq üçün onların müəyyən sistemdə işarələndirilməsi də lazımdır. Müasir kristalloqrafiyada nöqtəvi qrupların işarələndi­ril­məsinin üç üsulundan istifadə edilir. Bu üsullar aşağıdakılardır:


1. Şönflis üsulu - Bu üsulda kristaldan keçən baş şaquli sim­metriya oxu C hərfi ilə işarələndirilir. Oxun aşağı sağ hissəsin­dəki indeks (1, 2, 3, 4, 6) onun dərəcəsini göstərir. Məsələn, C1- bir dərəcəli simmetriya oxunu göstərir. Lakin, bütün cismlər bir dərəcəli simmetriya oxuna malik olduqlarından, belə işarə kristalın simmetriya elementlərindən məhrum olması deməkdir. C2, C3, C4 və C6 işarələri isə, uyğun olaraq iki, üç, dörd və altı dərəcəli simmetriya oxlarının olduğunu bildirirlər. Kristalda baş oxa nəzərən üfüqi və ya şaquli yerləşmiş müstəvilər olduqda onun simmetriyası müvafiq olaraq Cnh və CnV işarələri ilə göstə­rilir. Məsələn, C4h işarəsi bir dörd dərəcəli simmetriya oxunun və ona perpendikulyar olan bir simmetriya müstəvisinin olduğunu bildirir. Təbii ki, belə kristalın simmetriya dərəcəsi L4PC ola­caqdır. C6V işarəsi isə altı dərəcəli bir simmetriya oxunun və on­dan keçən altı simmetriya müstəvisinin olmasına işarədir (simmetriya dərəcəsi L66P).
Qeyd edək ki, C1h işarəsi yalnız bir üfüqi simmetriya müs­təvisinin olduğunu göstərir. Bu ifadə Şönflis üsulunda Cs ilə də işarələndirilir.
Kristalda bir yüksək dərəcəli və ona perpendikulyar iki də­rəcəli simmetriya oxları olduqda, onun mənsub olduğu sinif Dn ilə göstərilir. Məsələn, D3 ifadəsi L3 3L2 simmetriya dərəcəsini bildirir. D2 (3L2) işarəsi V ilə də əvəz oluna bilər. Dn oxları möv­cud olduqları halda üfüqi və diaqonal simmetriya müstəvilərinin iştirakına uyğun olaraq Dnh (D2h, D3h, D4h, D6h) və Dnd (D2d və D3d) ifadələri ilə göstərilir. Burada D2h=Vh və D2d=Vd ilə də verilə bilər.
Kristalda aynalı fırlanma simmetriya oxları Şönflis üsulunda Sn ilə göstərilir. Bu halda mümkün olan sinifləri S2 (və ya Ci), S4 və S6 (və ya C3i) işarələri ilə verirlər.
Nəhayət, Şönflis üsulunda bir neçə ədəd yüksək dərəcəli simmetriya oxu ilə səciyyələnən nöqtəvi qruplar üçün T, Th, Td, O və Oh işarələrindən istifadə edilir. Nöqtəvi qrupların Şönflis üsulu ilə işarələndirilməsinə dair bir misala baxaq:
Tutaq ki, hər hansı bir kristal D4h Şönflis qrupuna mənsubdur. Burada, D4h işarəsi həmin kristalda bir ədəd dörd dərəcəli simmetriya oxunun (baş oxun), ona perpendikulyar iki dərəcəli oxların (aydındır ki, dörd ədəd olmalıdır) və bir üfüqi müstəvinin olduğunu bildirir. Simmetriya müstəvisi ilə dörd dərəcəli sim­metriya oxunun kəsişməsi simmetriya mərkəzini törətdiyindən və bu nöqtənin eyni zamanda iki dərəcəli simmetriya oxlarının kəsişmə nöqtəsində olması, onların hər birinə perpendikulyar olan simmetriya müstəvilərini verəcəkdir. Beləliklə, D4h Şönflis qrupu L44L25PC simmetriya elementləri ilə səciyyələnən ditetraqonal-dipiramida sinfini ifadə edəcəkdir.

Yüklə 11,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə