I fəSİl kristalloqrafiyanin əsaslari



Yüklə 11,53 Mb.
səhifə14/36
tarix19.12.2023
ölçüsü11,53 Mb.
#150860
1   ...   10   11   12   13   14   15   16   17   ...   36
Kristalloqrafiya

Şəkil 24
Üç bəsit formadan {100}, {101}, {111} ibarət qalenit (PbS)
(a) və dörd bəsit formadan {010}, {102}, {111}, {001} ibarət serussit (PbCO3) minerallarının (b) kristalları

Kristalın yaranışında iştirak edən bəsit formalar, bilavasitə, onun fəza quruluşu ilə əlaqədar olduğundan onların sayı məh­duddur-kristallar aləmində yalnız 47 növ bəsit forma müm­kündür.



İKİLƏŞMƏLƏR

Təbiətdə minerallara yalnız monokristallar olaraq deyil, bir-birilə simmetrik birləşmiş fərdlər şəklində də rast gəlinir. Belə qanuni şəkildə birləşmiş kristallara ikiləşmə deyilir. İkiləşmələr minerallar aləmində geniş yayılmışlar. Hətta elə minerallar vardır ki, onların ikiləşmələrinə monokristalları ilə müqayisədə daha tez-tez rast gəlinir. Belə minerallara araqoniti (CaCO3) misal göstərmək olar. İkiləşmələrin yaranmasında iştirak edən kristallar qarşılıqlı olaraq ya simmetriya müstəvisi (P), yada iki, üç, dörd və ya altı dərəcəli simmetriya oxları vasitəsilə bağlı olurlar. Bu simmetriya elementlərinin birincisinə ikiləşmə müstəvisi, digərlərinə isə ikiləşmə oxu deyilir.


Kristalların birləşərək ikiləşmə əmələ gətirmələri iki yolla baş verir:
1. Bitişmə və 2. Keçmə yolu ilə. Birincilərə bitişmə ikiləş­mələri, ikincilərə isə keçmə ikiləşmələri deyilir.
Bitişmə ikiləşmələri iki və ya bir neçə monokristalın bir-birinə bitişməsi nəticəsində yaranırlar. 25-ci şəkildə gips mineralının (CaSO4·2H2O) ayrı-ayrılıqda iki prizmatik kristalı və onların əmələ gətirdiyi bitişmə ikiləşməsi göstərilir. Bitişmə ikiləşmə­lərində ikiləşmə müstəviləri adətən kristalın ən yüksək retikulyar sıxlığa malik olan müstəvilərini təmsil edirlər.



Şəkil 25
Gips mineralının prizmatik kristalları (a, b) və onların əmələ gətirdiyi ikiləşmə (c)
S

Şəkil 26
Kvarsın dofine ikiləşməsi
immetriya oxu vasitəsilə yaranan iki­ləşmələr təbiətdə daha geniş yayıl­mışlar. Belə ki, mineralların 80%-indən çoxunun ikiləş­mə əmələ gətirməsi sim­metriya oxunun iştirakı ilə baş verir. İkiləşmə oxunu da, til simvolunda olduğu kimi [UVW] şəklində göstərirlər. Sim­metriya oxuna malik ikiləşmələrə misal olaraq kvars (SiO
2) mineralının dofine adlı ikiləşməsini göstərmək olar (şəkil 26). Bu ikiləşmədə kvarsın ya iki sağ, ya da iki sol növləri üç dərəcəli simmetriya oxu vasitəsilə birləşirlər. Məhz buna görədir ki, dofine ikiləşməsində bu ox altı dərəcəli simmetriya oxuna çevrilir. İkiləşmə nəticəsində kristalın simmetriya dərəcə­sinin yüksəlməsini başqa minerallarda da müşahidə etmək olar. Bunlara mimetik minerallar deyilir.
Bitişmə ikiləşməsində bəzən iki deyil, üç və daha çox kristal iştirak edir. Bunlar müvafiq olaraq üçləşmələr, dördləşmələr ad­lanırlar. Üçləşmələrə tridimit (SiO2) və rutil (TiO2) mineralla­rında tez-tez rast gəlinir (şəkil 27).


Yüklə 11,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə