I fəsil. Elmi-kütləvi və bədii mətnlərin rolu və əhəmiyyəti


Atalar sözü-I-IV siniflərdə



Yüklə 50,88 Kb.
səhifə8/14
tarix22.12.2022
ölçüsü50,88 Kb.
#97722
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
ADTM

Atalar sözü-I-IV siniflərdə bu janr üzərində yazılı və şifahi iş aparılmalı, belə ki, I-III siniflərdə-ata, ana, böyüklərə hörmət, dostluq, yoldaşlıq, yaxşılıq, birlik, mərdlik, əməksevərlik, vətən, xalq, ailə və s.
IV-sinifdə isə bunlara əlavə olaraq sənət, peşə, təsərrüfat mövzularında atalar sözü seçilib öyrədilir.
Tapmacalar-I sinifdə heyvanlar, təbiət hadisələri, məktəb əşyaları, meyvə, tərəvəz, quşlar;
II sinifdə-l-sinifdə öyrədilənləri nəzərə alınmaqla ağaclar, bəzək və geyim şeyləri həşəratlar, heyvanlardan alınan məhsullar, xörək adları, ev əşyaları və avadanlığı, insanlara aid tapmacalar öyrədilməlidir.
III-IV siniflərdə I-II siniflərdə öyrədilən tapmacalar nəzərə alınaraq:
- musiqi adları, silah adları, texnika, alətlər, qeyri-maddi aləm haqqında və mücərrəd anlayışları bildirən tapmacaların öyrədilməsi nəzərdə tutulur.
Bayatılar, laylalar. I siniflərdə ailə, vətənə məhəbbət, dostluq və mərdlik bayatıları;
II-III siniflərdə I sinifdə öyrədilən bayatıları nəzərə alaraq,vəsf hallar, zəmanədən narazılıq və şikayət, qəribçilik, ailə bayatıları;
IV sinifdə öyüd-nəsihət, ağılar, oxşamalar, məişətlə bağlı bayatılar və s. öyrədilməsi məsləhətdir.
Saymacalar şagirdlərin nitq bacarıqlarının inkişafı üçün məqsədəuyğundur. Qeyd etmək lazımdır ki, dünya xalqlarının və ayrı-ayrı yazıçılar tərəfindən yazılmış nağılların və ya digər folklor nümunələrinin dərsliklərdə öz əksini tapması şagirdlərin dünyagörüşünün formalaşması üçün tövsiyə olunur.


1.3.Təbiətşünaslığa aid mətnlər


Təbiətşünaslığa aid materiallar, əsasən fəsli prinsip üzrə verilir. Bu prinsipə əsasən şagirdlər payız, qış, yaz və yayda təbiətdə, insanların həyatında baş verən dəyişikliklər, təbiət hadisələrinin dəyişməsinin insanların, bitkilərin, heyvanların, quşların həyatına təsiri, qarşılıqlı əlaqəsinin qanunauyğunluqları haqqında məlumat alırlar.
Təbiəti təsvir edən lirik əsərlərə oxu dərsliklərində çox yer verilir. Bu məzmunda olan əsərlər iki yerə bölünür:

  1. təbiətin gözəlliyini olduğu kimi tərənnüm edən lirik əsərlər;

  2. təbiətin təsvirinə aid olan lirik əsərlər (şairin yaradıcılığı əsasında).

Belə əsərlər şagirdlərdə təbiət gözəlliyinə vurğun olmaq, vətəni sevmək, həm də onlarda sevinc, şadlıq və s. hissləri tərbiyə edir.

Yüklə 50,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə