I fəsil. Elmi-kütləvi və bədii mətnlərin rolu və əhəmiyyəti



Yüklə 50,88 Kb.
səhifə5/14
tarix22.12.2022
ölçüsü50,88 Kb.
#97722
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   14
ADTM

Elmi-kütləvi mətnlərin bir qismini məzmununun başa düşülməsi üçün əyani və praktik hazırlıq tələb edir. Mətnin oxunmasına bir-iki gün qalmış şagirdləri müvafiq obyektlərə ekskursiyaya aparmaq, haqqında söhbət gedəcək əşyaları əldə etmək tələb olunur. III-IV siniflərdə təbiətşünaslıq ayrıca fənn kimi tədris olunduğundan bu iş bir qədər asanlaşır. Belə ki, bir çox əşya və təbiət hadisələri ilə tanışlıq elə təbiətşünaslıq dərslərində yerinə yetirilir. Ona görə də belə hallarda fənlararası əlaqədən istifada etmək səmərəli nəticə verir. Cəmiyyət hadisələri və tarixi məlumatlarla bağlı mətn (xüsusilə III-IV siniflərdə) əyani vəsait, fərdi müsahibələr, gəzinti, kinofilmə, sərgiyə baxış, əmək adamları, Böyük Vətən müharibəsi veteranları və Milli Qəhrəmanlarla görüşlərin təşkilini tələb edir.
Bütün bunların köməyi ilə elmi-kütləvi mətnlərin məzmunu genişləndirilməli, tamamlanmalı, dəqiqləşdirilməlidir.

1.2.Bədii mətnlər

Bədii ədəbiyyat həyatın tipik hadisələrini sözün köməyi ilə yaradılmış obrazlarla əks etdirir. Beləliklə, bədii mətnlər digər incəsənət mətnləri, həmçinin elmi-idaki mətnlər kimi bizə varlıq haqqında biliklər verir. Bədii ədəbiyyat müəllifin müəyyən görüşlərinin ifadəsi olmaqla oxucuya müəllifin istədiyi istiqamətdə təsir vasitəsi rolunu oynayır, həyatı daha yaxşı görməkdə və başa düşməkdə oxucuya kömək edir.


Hər bir ədəbi janrın öz quruluşu, üslubu, priyomları olduğundan onların şagirdlərə təsiri də fərqlidir. Bədii mətnlər üç növdə olur: lirik, epik, dramatik. I sinifdən başlayaraq oxu dərsliklərində hər üç növdən nümunələr verilir.
Bədii mətnlərə hekayələr, şeirlər,nağıllar,təmsillər və s. daxildir. Onların oxusu şagirdlərin dünyagörüşünü formalaşdırır,lüğət ehtiyatını zənginləşdirir. Estetik zövqünü, nitq və mühakimə qabiliyyətini inkişaf etdirir. Bədii əsərlər şagirdlərin fikrinə, hisslərinə, iradəsinə təsir etmə qüvvəsinə malikdir. Onlar şagirdlərin qurucu kimi yetişməsinə, tərbiyə olunmasına, vətənpərvər kimi formalaşmasına kömək edir.

Yüklə 50,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə