I fəsil. Elmi-kütləvi və bədii mətnlərin rolu və əhəmiyyəti


Vətənpərvərlik mövzusunda



Yüklə 50,88 Kb.
səhifə7/14
tarix22.12.2022
ölçüsü50,88 Kb.
#97722
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   14
ADTM

Vətənpərvərlik mövzusunda mətnlər keçirilir, burada vətənə qarşı məhəbbət, onun əzəmətli tarixi, düşmənlərinin ikiüzlülüyü, düşmənlərinə qarşı mübarizəsi əks olunur. Bir çox tarixi qəhrəmanlar tanıyır, onlara qarşı məhəbbət hissi oyanır: Koroğlu, Cavanşir, Qaçaq Nəbi, Şah İsmayıl və Qarabağ döyüşlərində öz igidlikləri ilə tanınan qəhrəmanları
Əməksevərlik mövzusunda olan lirik əsərlər şagirdləri əmək, sənət, peşə tərbiyəsinə istiqamətləndirir.
Təsvir xarakterli lirik əsərlər şagirdlərə yaxın və doğma olduğuna görə onlar bu məzmunda olan şeriləri sevir, tez də qavrayırlar.
Müşahidə əsasında yazılan lirik əsərlər şagirdlərə nə qədər doğmadırsa, bir o qədər də onların nitq inkişafına təsir göstərir.
İbtidai siniflərin "Azərbaycan dili” dərsliklərində folklor nümunələrindən də geniş istifadə olunur:
-nağılların tədrisi zamanı şagirdlər həm xalqın adət-ənənəsi ilə tanış olur, həm də bu növlü nağıllar onlarda qara qüvvələrə, acgözlərə, düşmənə qarşı mübariz olmağı tərbiyə edir;
- dastanlardan verilmiş parçalar şagirdlərə vətənə sadiq olmaq, dostluq, yoldaşlıq, mərdlik, qəhrəmanlıq, xalqımı sevmək kimi keyfiyyətlər aşılayır;
- atalar sözü qısa və lakonik ifadələrlə dərin mənalı fikir söyləməyə, şirin, duzlu danışmağa xidmət edir;
- tapmacalar isə şagirdlərdə əşya üzərində düşünmək və onları yaddaşda bərpa etmək hisslərini aşılayır.
Folklor nümunələrinin siniflər üzrə öyrədilməsini aşağıdakı qaydada həyata keçirmək məqsədəuyğun hesab edilir. Dərsliyin tərtibində aşağıdakı məsləhəti nəzərə almaq lazımdır.
Nağıllar-I-II siniflərdə tarix və heyvanlar aləmindən bəhs edən nağıllar;
III sinifdə I-II siniflərdə öyrədilən nağıllara əlavə olaraq, sehirli nağıllar. IV sinifdə I-III siniflərdə öyrədilən nağıllara əlavə olaraq məişət nağılları tədris olunur.
Dastanlar-I-II siniflərdə dastan motivləri əsasında yazılmış hekayələr, III-IV siniflərdə isə qəhrəmanlıq və ailə, əxlaqi dastanlarından parçaların verilməsi nəzərdə tutulur.



Yüklə 50,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə