I fəsil. Elmi-kütləvi və bədii mətnlərin rolu və əhəmiyyəti


Bədii mətnlər varlığı obrazlı surətdə əks etdirir



Yüklə 50,88 Kb.
səhifə6/14
tarix22.12.2022
ölçüsü50,88 Kb.
#97722
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   14
ADTM

Bədii mətnlər varlığı obrazlı surətdə əks etdirir. O, elmi-kütləvi mətnlər kimi bizə varlıq haqqında müəyyən biliklər verməklə yanaşı, həm də müəllifin həyata baxışının ifadəsi kimi özünü göstərir. Bədii mətnlərdə müəllif insanlara, əşya və hadisələrə aid olan tipik əlamətləri tapıb ayrı-ayrı surətlərlə verməklə onların canlı obrazlarını oxucuların gözü qarşısında əks etdirir. Bədii mətnlərdə xalqımızın keçmişi, bu günü, insanları, onların həyat yolu, mübarizəsi, qəhrəmanlığı və s. barədə məlumat verilir. Oxucu bədii mətni oxuyub vərəqlədikcə əsərin qəhrəmanına yaxınlaşır, onunla birlikdə həyəcan keçirir, özündə mərd xüsusiyyət formalaşdırır, naqis cəhətlərdən özünü uzaqlaşdırır və s. Bədii mətn söz sənəti olmaqla oxucunun nitqini yeni söz və ifadələrlə zənginləşdirir.
Bədii ədəbiyyatın özünəməxsus xüsusi cəhətlərindən biri də şagirdlərin nitqini lazımı söz və ifadələrlə zənginləşdirməsidir. Bədii mətni sadəcə oxumaq deyil, onu başa düşmək, hiss etmək əsas şərtdir.
İbtidai siniflərdə bədii materialların oxusu yuxarı siniflərdə keçilən “Ədəbiyyat” fənnini yaxşı mənimsəməyin təməlidir. Ona görə də bu siniflərdə şagirdlər bədii əsəri təhlil etməyi, qəhrəmanın xarakterini müəyyənləşdirməyi, hadisələrin zaman və məkan şəraitini təyin etməyi bacarmalı, ilk poetik anlayışlara şeir, qafiyə, ahəng, ölçü, hekayə, təmsil, nağıl və s. dəqiq yiyələnməlidirlər.
İbtidai siniflərdə oxu materiallarının seçilməsində şagirdlərin yaş və bilik səviyyəsi nəzərə alınır. Yığcam formada onların ǝsas cəhətlərinə diqqət yetirək. İbtidai siniflərdə lirik əsərlərin tədrisi şagirdlərin oxu vərdişlərini təkmilləşdirir, lüğət ehtiyatını zənginləşdirir və nəhayət, şagirdlərin rabitəli nitqə yiyələnmələrinə şərait yaradır ki, bu da xüsusi əhəmiyyət kəsb edir.
Lirik obrazlı bədii ifadələr şagirdlərin ətraf aləmi dərk etməsinə güclü təsir göstərir, varlığı dərk etmək hisslərini artırır, yaradıcılıq fəaliyyətini, təfəkkür və nitq mədəniyyətini inkişaf etdirir. Şagirdlər sözlərin məna çalarlığını aydın və konkret olaraq dərk edir, onlarla bədii dilə və obrazlı təfəkkürə sahib olur. Oxu dərsliklərinin tərtibində lirik əsərlərin aşağıdakı bölgüləri nəzərə alınmalıdır.
Təbiəti təsvir edən lirik əsərlər dərsliklərdə verilir, burada təbiətin gözəllikləri, bitkilər, heyvanlar və s. haqqında məlumat verilir. Şagirdlərdə təbiətə qarşı məhəbbət oyadır.

Yüklə 50,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə