Uot 82-91 geyim və BƏZƏk adlarinin bayatilarda əks olunmasi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə1/44
tarix01.08.2018
ölçüsü1,87 Mb.
#59794
  1   2   3   4   5   6   7   8   9   ...   44


 

 



 

UOT 82-91 

 

GEYİM VƏ BƏZƏK ADLARININ BAYATILARDA ƏKS OLUNMASI 

 

BAYRAMOV ASLAN ƏHMƏDXAN oğlu 

Sumqayıt Dövlət Universiteti  

Folklorşünaslıq elmi-tədqiqat laboratoriyası, professor 

e-mail:sdu.elmixeberler@mail.ru

 

 



Açar sözlər: bayatı, çuxa, arxalıq, dingə, gümüş kəmər, sırğa. 

 

Azərbaycan  geyim  mədəniyyətinin  formalaşmasında    təbii-coğrafi  şəraitlə  yanaşı,  xalqın 



mənəvi-əxlaqi,  psixoloji-ideoloji  baxışları,  dünyagörüşü,  sosial-iqtisadi  və  mənəvi  həyatı  da 

əhəmiyyətli rol oynamışdır. [I. 1. 83] 

Azərbaycan  şifahi  xalq  ədəbiyyatının  ən  geniş  yayılmış  janrlarından  sayılan  bayatılarda 

xalqımızın  geyim  mədəniyyəti  və  bəzənmək  kultu  geniş  formada  təbii  duyğularla  əks  olunaraq 

qalmaqdadır.  Bir  qızın  və  ya  oğlanın  gözəlliyi  ilə  bərabər,  onun  geydiyi  pal-paltar,  taxdığı  bər-

bəzək əşyaları da geniş formada bayatıda təsvir olunur. Bir çox türk xalqlarının qiyafətində, geyim 

tərzində nəzərə çarpan simvollardan qismən qalsa da, ancaq XX əsrin 30-cu illərindən etibarən rus 

və Avropa mədəniyyətinin  təsiri ilə azərbaycanlıların  geyim tərzi  tamam  dəyişmişdir. Bayatılarda 

yalnız xalqın poetik duyğuları deyil, həm  də bu  gün,  gündəlik həyatda istifadə olunmayan  geyim 

növlərinin adlarının öyrənilməsi maraqlı ola bilər. Çünki kişi, həm də qadın milli geyimlərində və 

bəzək  əşyalarında  xalq  tətbiqi  sənətinin  müxtəlif  növləri  (tikiş,  dəri  aşılama,  boyakarlıq,  döymə, 

rəngsazlıq,  zərgərlik,  toxuculuq  və  s.)  qalmaqdadır.  Bunlar  bizim  milli  etnoqrafiyamız  və 

bütövlükdə əsrlərdən aşıb gələn geyim mədəniyyətimizin dəri, atlaz, bez, mahud və şal parçalarda, 

qızıl  və  gümüş  üzərində  əks  olunan  xalq  sənətidir.  Məsələn:  Üstü  ipək,  içərisi  pambıq  parçadan 

ibarət olan atlaz parça növü bir bayatıda belə xatırlanır: 

Bazarda var çit, atlaz, 

 Atlaza iynə batmaz. 

Nişanlı olan qızlar, 

Uzun gecələr yatmaz. 

Pambıq parçadan toxunan bez də “Kitabi-Dədə Qorqud” dakı bir atalar sözündə əks olunur: 

“Əski pambıq bez olmaz” [6. 14]. 

Azərbaycan  dilinin  etnoqrafik  leksikasında  qadın  və  kişi  geyim  adları  mühüm  yer  tutur. 

Digər leksik vahidlərdən fərqli olaraq, geyim adları xalqın maddi mədniyyətinin müəyyən hissəsini 

əks etdirir. Bu sözlər (papaq, yapıncı, araqçın,yazma, vala, arxalıq, çuxa, köynək və s.) xalqın etnik 

tarixini  və  etnoqrafik  leksikanı  öyrənməkdə  qiymətli  mənbələrdən  sayılır.  Çünki  bu  geyim 

növlərinin  bir  çoxu  daha  yoxdur.  Bu  geyim  növləri  olmadığı  üçün,  onları  ifadə  edən  sözlər  də 

zaman-zaman aradan çıxmaqdadır.  

Bayatılarımızda  geyim  və  bəzək  əşyalarının  adlarının  xatırlanması  çox  genişdir,  həm  də 

maraqlıdır.  Çünki  bir  çox  geyim  və  ya  bəzək  əşyaları  mədəni  inkişafla  əlaqədar  olaraq  aradan 

çıxmış  və  geyimlərin  üslubi  forması  dəyişmişdir.  Bu  baxımdan  bayatılarda  xatırlanan  geyim  və 

bəzək əşyaları adlarını iki istiqamətdə şərh etmək mümkündür: 

a) geyim adlarının bayatılarda əks olunması; b) bəzək əşyalarının bayatılarda əks olunması. 

1.  Bayatılarda  işlənən  geyim  adları.  Bayatılarımızdakı  misraların  canına  hopmuş  papaq, 

don, arxalıq, araqçın, çəkmə, vala, yazma, qöçük, kömlək, corab, yapıncı, şal, yelək və s.  keçmiş 

dövrdə  qadın,  həm  də  kişilərin  geydikləri  geyim  əşyalarının  adlarıdır.    Bunların  baytılarda  əks 

olunmasına ayrılıqda diqqət yetirək: 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 2                   2017 

  



 

 



Bayatılarımızda bu günümüzdə  yaylaq həyatı üçün daha çox xarakterik olan, bürüncək kimi 

işlənən yapıncı adı geniş işlənməkdədir. Məsələn: 



Yapıncı bürünürsən,

 

Dəmhadəm görünürsən.

 

İyidlik haram olsun,

 

Baxmağa ərinirsən?  

Yapıncını götdü yar, 

Gör harıya getdi yar? 

Oba tünlük, boy alçaq, 

Aralıxda itdi yar. 

Bayatıda  xatırlanan  yapıncı  keçə  yunundan  hazırlanan  qolsuz,  uzun  üst  geyim  növüdür. 

Yapıncını  keçmişdə  yundan  keçə  hazırlayan  sənətkarlar,  həllaclar  hazırlayardılar.  Müasir  dövrdə 

sənaye  üsulu  ilə  də  hazırlanır.  “Kitabi-Dədə  Qorqud”  dastanında  yapıncı  mənasında  metoforik 

olaraq, “kəpənək” sözü xatırlanır. [5. 61] 

Bayatılarda həm qadın, həm də kişi üst və alt geyim adı kimi arxalıq leksik vahidi də çox 

işlənir. Bəzən də arxalığın hansı rəngli citdən tikildiyi və ya hansı boya ilə boyandığı təsvir olunur: 

Arxalıq aldırsana,

 

Boyağa saldırsana. 

Arxalığın göy çitdən,

 

Gəl məni ötür itdən. 

Arxalığın narışdı,          

Ətəyi beş qarışdı. 

 

             *  *  * 

 

Geydiyin arxalıxdı,

 

Al-yaşıl arxalıxdı.  

Arxalığın aldı yar, 

Dərdin məni aldı yar. 

Digər  bayatılarda  isə  arxalığın  rənglərindən  başqa,  həm  də  onun    forması,  tikiş  üsulu, 

geyim  tərzi,  ipinin  keyfiyyəti,  arxalığın  üstündən  gümüş  kəmərin  bağlanması,  belbəndinin  olması  

və s. təsvir olunur: 



Arxalığın gülbəndi,

 

Gümüş kəmər bel bəndi  

Arxalığın ikidi, 

 

Biri Tiflis ipidi. 

Arxalığın mısmırıx,

 

Büzməsi beldən buruq. 

Bayatılarda alt geyimi kimi kömlək (köynək) xatırlanır. Onun sarı bafta, sarı kətan və ya çit 

parçadan tikildiyi təsvir olunur. Rənginin alaca, yaxasının da sarı olması göstərilir 

Köynəyim sarı bafta,

 

Oturmuşam otaxda.

 

 

Oğlan adın Eyifdi                      

 

Çitdən köynək geyifdi.

 

                *  *  * 

Köynəyi alacadı,

 

Geyməyə balacadı.

 

 

Kətan köynək miliynən

 

İşləmişəm gülüynən. 

Eləmi, kətan sarı,

 

Yar geyif kətan sarı. 

Sarı çit, sarı yaxa, 

Yoruldum baxa-baxa. 

     Geyim əşyası olan köynək “Kitabi Dədə Qorqud”un bütün boylarında kömlək kimi işlənir. 

Bayatılarda Azərbaycan kişilərinin üst geyimi üçün xarakterik olan çuxa sözü daha çox nəzərə 

çarpır. Məsələn: 



Al çuxa, qara çuxa,

 

Yaraşır yana çuxa.             

 

 

Qara çuxa, al yaxa

 

Durubsan baxa-baxa

 

           *  *  * 

On bir ondan yaxşıdı,

 

Çuxa dondan yaxşıdı. 

 

Toya gələn atlılar,

 

Hamısı mahud çuxalı.  

Qara çuxa qaytanı,

 

Yoldan çıx, yolu tanı. 

Bu  misralarda  da  çuxanın  rəngi,  yaxasının  al  qırmızı  olması,  mahuddan  tikilməsi,  qara 

qaytanla bağlanması və s. təsvir olunur: 

Çuxa  azərbaycanlıların  milli  tipik  geyimlərindən  biri  olmuşdur.  Əsasən,  ilk  dövrlər  yunla 

toxunmuş,  daha  sonra  mahud  parçadan  tikilmişdir.  Mənbələrdə  çuxanın  “kəmərçin”,  “büzməli”, 

“taxtalı”,  “vəznəli”,  “qolçaqlı”,  “döşüaçıq”  “düzyaxa”,  “doqquztaxta”,  “atmagülü”,  “oymayaxa” 

növləri qeyd edilir  [2,133]. 

Çuxa  qədim  türk  sözü  olaraq  mahud  mənasını  ifadə  etmişdir  [4.236].  “Kitabi-Dəqə 

Qorqud”da doqquzlama, çuxa növünün göstərilməsi onu xatırladır ki, çuxa qədim geyimlərimizdən 

olmuşdur [6, 105]. 

Qadın baş örtüyü olan çalma, vala, yazma və şal sözlərinə də bayatılarda tez-tez rast gəlinir. 

Başında ala vala,

 

Çönüb də baxma dala.

 

Başında atlaz vala, 

 

Yönünü bizə sala.             

 

Al yazmanı bağladım,

 

Anam görüb ağladım

 

Bayramov A.A. 

 



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə