I fəsil. Elmi-kütləvi və bədii mətnlərin rolu və əhəmiyyəti



Yüklə 50,88 Kb.
səhifə4/14
tarix22.12.2022
ölçüsü50,88 Kb.
#97722
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   14
ADTM

Tarixi materiallar vətənimizin keçmişi, xalq qəhrəmanları, şəhidlər və onların qəddar, ikiüzlü işğalçılara qarşı mübarizəsi haqqında bilik verir. Belə mətnlər ilk cümlədən başlayaraq hissə-hissə oxunub izah olunur. Onlar Cavanşir, Babək, Koroğlu, Qaçaq Nəbi və s. kimi qəhrəmanlara həmçinin Qarabağ müharibələrində igidlikləri ilə tanınan şəhid və qazilərimiz haqqında məlumatlar öyrənir onlara qarşı məhəbbət hissi oyanır.
Elmi-kütləvi mətnlər həqiqi mənada işlənir və elmi terminlərə geniş yer verilir. Onlar mütləq həyatla əlaqələndirilməlidir. Bunun üçün təbiətə, istehsalata, muzeylərə, ekskursiyalar təşkil olunmalı, kinofilmlərə baxmaq, qəhrəmanlar və iş adamları ilə görüşlər keçirmək faydalıdır.
Elmi-idraki mətnlər müəyyən əşya və hadisələrin qavranmasına, dərk olunmasına xidmət edir. Mövzu hər hansı əşyanın, təbiət hadisələri və ya tarixi ictimai hadisənin, əmək prosesinin, məşhur alim, konstruktor, bəstəkar, fəhlə və ya kənd zəhmətkeşinin fəaliyyətinə həsr olunur. Belə mətnlərdə əşya və hadisə haqqında dəqiq məlumat, düzgün qiymət verilir. Elmi-kütləvi məqalələrin başlıca dəyəri ondadır ki, haqqında söhbət gedən əşya və ya hadisənin başqa əşya və hadisələrlə qarşılıqlı əlaqələrini də açır, onları elmi cəhətdən əsaslandırır. Şagirdlər III sinifdən etibarən yeri gəldikcə əlavə mənbələrə sorğu kitablarına müraciət etməli olurlar. Mətnlərin bir çoxu şagirdləri idrakın məntiqi pri- yomlarından istifadə yönəldir. Elmi-kütləvi mətnlərin yaxşı cəhətlərindən biri də odur ki, belə mətnlər uşaqlarda əşya haqqında obrazlı, təsəvvür yaradır. Elə bil haqqında söhbət gedən əşyanın, hadisənin şəkli "sözlərlə çəkilir". Bununla belə, bir çox hallarda şagirdlər elmi-kütləvi mətnləri oxumaq istəmir, ona az maraq göstərirlər. Buna səbəb yalnız məqalədə verilmiş əşya və hadisələrin xarakteri deyil, həm də onlar haqqında həqiqətin verilmə tərzidir, məqalələrin dilidir. Bədii materialların, nağıl və şeirlərin obrazlı, ifadəli dilinə hakim olmuş kiçikyaşlı məktəblilər üçün elmi üslub, xüsusi terminlər, sözlərin işlədilməsinə verilən ciddi tələb, nitqin sintaktik konstruksiyası ağır və quru görünür. Belə məqalələr şagirdlərdən diqqətlilik, iradi soy, məntiqi fəaliyyət, müəllimdən isə öyrənilən məsələyə ciddi düşünülmüş münasibət təmin edən metod vǝ priyom seçməyi tələb edir. Onlar belə bir üsluba birdən-birə alışa bilmirlər. Ona görə də I sinifdən etibarən tədricən uşaqları elmi-kütləvi mətnlərin məzmununu dərk etməyə hazırlamaq lazımdır.
Elmi-kütləvi mətnlərdə şagirdlər üçün yeni material şərh olunur. Ona görə də bədii materialların tədrisi prosesində olduğu kimi elmi-idraki mətni bütöv oxuyub, məzmunun dərk ediləcəyinə ümid bəsləmək olmaz. Bu, məzmunun səthi mənimsənilməsi ilə nəticələnər. Belə mətnlər hissə-hissə oxunmalı, hər hissə dərindən təhlil edilib, başa düşüldükdən sonra digərinin oxunub təhlil edilməsinə keçmək lazımdır.
Mətn oxunmazdan əvvəl müəllim şagirdlərə hansı biliklərin veriləcəyi, bu biliklərin əvvəllər öyrənilmiş biliklərlə necə əlaqələndiriləcəyi üzərində düşünməlidir.

Yüklə 50,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə