I fəsil. Elmi-kütləvi və bədii mətnlərin rolu və əhəmiyyəti



Yüklə 50,88 Kb.
səhifə2/14
tarix22.12.2022
ölçüsü50,88 Kb.
#97722
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   14
ADTM

Nədir? Kimdir? adlı məktəblilər üçün ensiklopediya elmi-kütləvi materiala H.Zərdabinin, A.Şaiqin quşların və cücülərin həyatından bəhs edən nağılları, R.Rzanın heyvanlar və quşlara aid şeirləri isə elmi-bədii materiallara misal ola bilər. Bu materiallarda elmi xarakterli səbəb və nəticə əlaqələri olur.Məsələn K.D.Uşinskinin "Pişik və qaraquş” hekayəsində qaraquşun ildırım kimi şığıması, dimdiyinin əyri, caynaqlarının uzun və əyri olması, pişiyin öz babalarına dərin məhəbbəti, onların yolunda canından keçməyə hazır olması verilir. Burada elmi-bədii məlumat arxa plana keçir. "Meşə həkimi" mətnində isə uşaq qardaşından öyrənir ki, ağacdələnin sinəsi ağ, dimdiyi uzun və möhkəmdir. O, qabığın altında, gövdədə olan qurdları tapıb yeyir. Bu mətndə ağacdələnin meşəyə xeyri haqqında bilik verilir və onun təsviri yerinə düşür.
Bədii əsərlərdə qəhrəmanın aydın təsvir olunması zəruridir. Elmi-bədii mətnlərdə isə hadisələrin qəhrəmanı olan insan arxa plana keçir. Məsələn, X.Hasilovanın "Buyurun əyləşin" hekayəsində ayağı yaralı Nazimin tramvayda qalxıb yerini qoca kişiyə verməsi uşaqlara nümunə göstərilir. "Təyyarədə" mətnində isə məqsəd təyyarə, təyyarə meydanı, təyyarənin uçuşu, ondan baxanda yerin necə görünməsi və s. haqqında məlumat verilməsidir. Elçinin gördükləri, arzuları, oxucunun diqqətini cəlb etmir və bədii obraz kimi yadda qalmır. Əsas məqsəd şagirdləri ətraf aləmdə olan ǝşya və hadisələrlə tanış etmək, onların zehnini sadə biliklərlə zənginləşdirməkdir. Elmi-kütləvi materialların oxusu prosesində uşaqlar öz müşahidə və təcrübələrindən istifadə etməklə təbiət hadisələri arasında qarşılıql əlaqəni başa düşür, gözəllikləri görürlər. Bu materiallar əsasən iki qrupa bölünür.
Son illərdə I-II siniflərdə ətraf aləmlə tanışlığın bir fənn kimi tədrisi məsləhət görülmədiyindən oxu dərsləri ilə birləşdirilməsi ana dili təliminin məzmununu tamamilə dəyişmişdir. İndi I-II sinif şagirdləri günəş, su, hava, torpaq, bitkilər aləmi, canlılar, insan, xalqımızın yaşayış tərzi, azadlıq, müstəqillik uğrunda mü- barizəsi, elm-texnika yenilikləri, kosmosun fəthi və s. haqqında oxumalı olurlar.
Belə məqalələrin köməyi ilə onların elmi-nəzəri mücərrəd təfəkkürü haqqında yaranmış təsəvvürlərə istinadən uşaqlara elmi məlumatlar verilir. Elmi-kütləvi məqalələr şagirdləri təbiətdəki əşya və hadisələri, qanunları və qanunauyğunluqları, həmçinin ölkəmizdə baş verən ictimai-siyasi hadisələri başa düşməyə doğru aparır. Elmi-kütləvi materiallardan təbiət və cəmiyyət haqqın da əldə edilən məlumatlar şagirdlərdə elmi dünyagörüşün, təbiətin tamlığı, bütövlüyü haqqında təsəvvürün yaranmasını təmin edir. Onlar təbiyyət, coğrafiya, tarix və ictimaiyyətə (hətta fizika, astronomiya, kimya və biologiyaya) dair ilkin biliklərə yiyələnir, praktik vərdişlər qazanırlar. Şagirdlər heyvanlar və bitkilər aləmi, iqlim, insanların əməyi üzərində müşahidə prosesində toplanmış biliklərdən elmi-kütləvi məqalələrin oxunması prosesində istifadə edirlər. Bütün bunlar nəticə etibarilə ana dili tədrisinin həyatla əlaqəsini möhkəmləndirir.



Yüklə 50,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə