I fəsil. Elmi-kütləvi və bədii mətnlərin rolu və əhəmiyyəti



Yüklə 50,88 Kb.
səhifə1/14
tarix22.12.2022
ölçüsü50,88 Kb.
#97722
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   14
ADTM

Azərbaycan dilinin tədrisində əsas məqsəd şagirdlərin nitq bacarıq və qabiliyyətlərini təkmilləşdirmək, ana dilində düzgün yazı, oxu və nitq mədəniyyətinə yiyələndirməkdir. Bütün bunlarla bərabər dilin tədrisi şagirdlərin elmi dünyagörüşünü genişləndirir, təfəkkürünü inkişaf etdirir, leksikonunu zənginləşdirir, düzgün nitq vərdişləri, danışıq qabiliyyəti yaradır, onlarda ana dilinə sevgi və məhəbbət hissləri aşılayır və mənəvi, əxlaqi cəhətdən onları kamilləşdirir.


Bu cəhətdən Azərbaycan dilinin tədrisində oxu materialları və onların öyrənilməsi və öyrədilməsi məsələləri xüsusi yer tutur. Oxudan səmərəli istifadə etmək, oxunun düzgün metodikasına yiyələnmək - xüsusilə ifadəli oxu qaydalarına əməl etmək, şagirdlərin düzgün, savadlı nitqə yiyələnmələrinə, əxlaq və mənəviyaytlarının zənginləşməsinə, yaradıcı təfəkkürlərinin inkişafına və gələcəkdə də onların natiqlik qabiliyyətlərinə yiyələnmələrinə səbəb olacaqdır.
Oxu şagirdlərin dil duyumunun inkişafını, fikrin ifadə olunmasında sözün məna xüsusiyyətlərinin, cümlə və mətnin rolunun anlaşılmasını, lazımi vərdişlərin məqsədyönlü şəkildə təkmilləşdirilməsini, dilin gözəlliyinə, üslubi imkanlarının zənginliyinə şagirdlərin maraq və məhəbbətinin formalaşmasını təmin edir. Müxtəlif üslublarda yazılmış mətnlərin məzmun və struktur elementlərinin müstəqil qavranılmasına imkan yaradır, ana dilinə, bu dildə yazılmış elmi-kütləvi və ədəbi-bədii nümunələrə marağı dərinləşdirməyə, ümumi nitq mədəniyyətinin inkişafı üçün lüğət ehtiyatını daha da zənginləşdirməyə xidmət edir.


I Fəsil. Elmi-kütləvi və bədii mətnlər
Elmi-kütləvi və bədii mətnlərin rolu və əhəmiyyəti

Oxu fənni öz təbiəti etibarilə tarixən inteqrativ fəndir. I-VI siniflərin “Azərbaycan dili” dərsliklərinə müxtəlif ədəbi materiallar daxil edilir. Uşaq ədəbiyyatı bədii və elmi-idrakı əsərlərdən ibarətdir. Bura bədii-kütləvi ( hekayə, təmsil, nağıl, şeir) və elmi-kütləvi (müxtəlif sahələr haqqında məlumat verǝn) əsərlər daxildir. Əsərlər bədii obrazlar aləmini açır, müsbət nümunələrə uyğun hərəkət etməyi ön plana çəkir. Uşaq elmi idrakı ədəbiyyatının başlıca məqsədi oxucularda əqli fəallığı tərbiyə etmək, onları elm aləmi ilə ünsiyyətə yönəltməkdir. Hər hansı uşaq ədəbiyyatına, o cümlədən, bədii ədəbiyyata elmi biliklərin elementləri daxil edilir.Uşaqlara yeni elmi fikirlər çatdırılır. Elmi-kütləvi və elmi-bədii uşaq kitablarında məzmun çox vaxt ümumi, lakin bu məzmunun açılma forması və verilən biliklərin həcmi müxtəlif olur. Şagirdlər I sinifdən eribarən elmi-kütləvi (elmi idraki) xarakterli materiallar oxumağa başladıqlarından hər bir mətndə istər-istəməz bir neçə elm sahəsinin qovuşması ilə qarşılaşırlar.



Yüklə 50,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə