I fəsil. Elmi-kütləvi və bədii mətnlərin rolu və əhəmiyyəti



Yüklə 50,88 Kb.
səhifə9/14
tarix22.12.2022
ölçüsü50,88 Kb.
#97722
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   14
ADTM

Heyvanlar haqqında olan lirik əsərlərin dili şagirdlər başa düşəcək səviyyədə təsvir olunur. Hadisələrin gedişi incə, sadə, konkret fikir, asan, başa düşülən söz və ifadələrə incə, əzizlənmə təsviri yaradır ki, şagird təsəvvürünü obyektə canlı surətdə yaxınlaşdırır. Həm də şagirdin obrazlı təsvirə meylini çoxaldır va obyekt haqqında müstəqil fikir söyləməyi fəallaşdır. Şagird heyvanlara aid mətnlər oxuduqca onlar haqqında müxtəlif məlumatlar, videoçarxlar vasitəsilə onların yaşam tərzlərin və ya görsəllər üzərində onları göstərməklə onlara qarşı sevgi hissi oyanır. Şagirdlərə ev heyvanları hansılardır, evinizdə hansı ev heyvanları var kimi suallar verməklə onlarda daha aydın təsəvvür yaradır.
Yaxşı olarki heyvanlar haqqında mətnlərdən birini rollar üzrə oxuyaraq qısa oyun quralar, bu onların həm dərsə, həmdə bilikləri daha yaxşı mənimsəməyə gətirib çıxarar. Heyvanların necə görünüşdə olduğu haqqında onların necə səslərinin olduğu haqqında təsəvvürləri yaranır
Fəsillərə aid mətnlər keçirildikdə şagirdlər fəsillərin dəyişməsini, hər fəslin özünə aid xüsusiyyətlərini, təbiətin necə dəyişməsini müşahidə edir. Soyuq havalarda quşların köç etdiyini, isti havalarda geri döndüyünü, fəsillərin insanların, quşların və digər canlıların həyatına necə təsir etdiyini öyrənir.
Müəllim təbiətşünaslığa aid materialları keçərkən həm özünün ifadəlilik bacarığından, həm də müxtəlif əyani vasitələrdən istifadə edərək onlara göstərməli, keçirilən mövzu ilə tanış etməlidir. Bu onların daha yaxşı yadda saxlamasına və mövzu ətrafında daha geniş düşüncəyə malik olmasına gətirib çıxaracaq. Məsələn: Fəsillərə aid mətn keçirildiyi zaman onlara qısa fraqmentlər şəklində fəsilləri, onlarda baş verən dəyişiklikləri göstərməli və ya şəkillər üzərindən onları fəsillərlə tanış etməlidir. Eynilə digər təbiətşünaslığa aid mətnlərdə də, məsələn, A.Səhətin “Ayı və şir” təmsili keçirilərkən, burada adları çəkilən heyvanların şəkillərini göstərərək onları heyvanlarla tanış edirlər. Bu onların heyvanlar haqqında qısa təsəvvür yaratmasına nail olur.

Yüklə 50,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə