I fəsil. Elmi-kütləvi və bədii mətnlərin rolu və əhəmiyyəti


Epidiaskop vasitəsilə diopozitivləri



Yüklə 50,88 Kb.
səhifə14/14
tarix22.12.2022
ölçüsü50,88 Kb.
#97722
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   14
ADTM

Epidiaskop vasitəsilə diopozitivləri nümayiş etdirmək mümkündür. Epidiaskopun işıq seli zəif olduğundan ondan istifadə edərkən sinfi qaranlıqlaşdırmaq lazım gəlir. Bu cəhətdən kodoskop daha əlverişlidir. Kodoskopda ardıcıl lent nümayiş etdirmak olar.
Hazır diapozitivlar olmadıqda şüşə, həmçinin kağız üzərində flamastr və ya başqa rənglərlə çəkilmiş şəkil, sxem, cədvəl və yazıları dəfələrlə böyüdərək ekranda nümayiş etdirmək mümkündür. Kodoskop üçün şəffaf plyonkada iri həcmli diapozitivlar (transparantlar) hazırlanır.
3. Audiovizual (eşitməyə və görməyə imkan verǝn) texniki vasitələrə bədii filmlər. cizgi filmləri, səsli elmi-kütləvi tədris filmləri, televiziya verilişlari, videomaqnitofon yazıları, səsləndirilmiş epifilmlər, diafilmlər, diapozitivlar daxildir. Audiovizual vasitələrin üstünlüyü ondadır ki, şagirdlər ekranda gördükləri haqqında eyni vaxtda akustik kanallarla informasiya qəbul edə bilərlər. Filmdəki obrazların danışığı ilə yanaşı, müxtəlif əşya və hadisələrə xas olan səsləri eşidirlər. Filmdəki hadisələr müvafiq musiqilə müşayiət olunur. Bu da şagirdlərin təfəkkürünün inkişafında, idrak maraqlarının fəallaşdırılmasında mühüm rol oynayır. Hazırkı şəraitdə oxu dərslərində yeri gəldikcə bədii filmlərdən ("Bakılılar", "Cavad xan", "Kəndlilər", "Uzaq sahillərdə", "Koroğlu", "Fətəli xan", "İnsan maskan salır", "Qara daşlar", "Səhər" və s.) fraqmentlər göstərmək mümkündür. Azərbaycan xalq nağılları əsasında çəkilmiş bəzi cizgi filmlərindən də ("Tülkü həccə gedir", "Tiq-tıq xanım" və s.) istifadə etmək məsləhət görülür.
Bu gün kompyuter, internet şəbəkəsi məktəblərimizə ayaq açıb. Onlardan geniş istifadə olunur. I sinifdən başlayaraq bunlardan istifadə olunması haqqında rasmi göstəriş verilib. Ana dililə əlaqədar didaktik oyunların keçirilməsi, oyunlardan istifadə etməklə ilkin oxu texnikasının verilməsi, ilkin yazı vərdişlərinin aşılanması, xüsusilə şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi məqsədilə kompyuterdan istifadə olunması məsləhət görülür. Lakin kiçikyaşlı məktəblilərin uzun müddət kompyuter qarşısında əyləşmələrinin onların səhhətinə zərər vurduğunu da müəllim və valideynlər nəzərə almalıdır. Buna görə müəllimlər dərsdə texniki vasitələrdən düzgün istifadəni bacarmalıdırlar. Dərslə əlaqələndirməlidirlər.
Əyani vəsaitdən istifadənin normal təşkili onun düzgün seçilməsindən aslıdır. Oxu dərslərində əyaniliyi həddən artıq aludəçilik bir mətnlə əlaqədar beş-on cür, bəzən də bir-birini təkrarlayan, xüsusilə zövqsüz əyani vəsaitdən istifadə etmək məsləhət görülmür. Belə əsərlərdə şagirdlərin diqqəti mətləbdən yayınır. Şagirdlər göstərilənləri dəsrlə əlaqələndirməyib, dərsi başa düşməyəcək. Amma əyaniliklə dərsi paralel apardıqda dərs uşağa maraqlı gələcək, onu daha yaxçı ba düşəcək. Müəllim əyanilkdən istifadə etmədiyi günlərdə belə uşaöın dərsə marağı olacaq, təbii ki, burada müəllim üzərinə məsuliyyət düşür ki, o öz bacarıqlarından istifadə edərək dərsi daha maraqlı etsin, bu zaman müəllim, ifadəlilik bacarığından istifadə etməlidir. Oxunan bədii əsərin təsiri o zaman güclü olur ki, müəllim məzmunu öz emosyalarının, obrazlı və canlı nitqinin gücü ilə mənimsətsin. Bir sözlə, müəllimin daxili əyaniliyi hər cür əyanilikdən güclü, təsirli olmalıdır. Belə təsir şagirdlərdə ifadəli oxumaq, məzmunu şüurlu mənimsəmək və heç bir şeyə istinad etmədən müstəqil oxumaq vərdişi yaradır. Bunun sayəsində uşaqlar da verilən mətni ifadəli oxumağı öyrənəcək.

Nəticə

Elmi-kütləvi mətnlər nəticəsində uşaqlarda əşya haqqında obrazlı təsəvvür yaranır. Onlara əşyalar, ətraf aləm, hadisələr barədə müxtəlif biliklər verilir. Düzdü, elmi-kütləvi mətnlərin dili biraz qəliz olur, çoxlu terminlərdən istifadə olunur, lakin bunlar şagirdlərin faydasınadır. Onlar yeni söz ehtiyatı ilə təchiz olunur, lüğət ehtiyatı artır. Şagirdlərin elmi mətnlərə, məqalələrə marağını artırmaq üçün mükəmməl vasitədir.


Bədii mətnlər nəticəsində şagirdlər obrazlı, ifadəli oxuya yiyələnir. Onların oxusu şagirdlərin dünyagörüşünü formalaşdırır,lüğət ehtiyatını zənginləşdirir. Estetik zövqünü, nitq və mühakimə qabiliyyətini inkişaf etdirir. Bədii əsərlər şagirdlərin fikrinə, hisslərinə, iradəsinə təsir etmə qüvvəsinə malikdir. Onlar şagirdlərin qurucu kimi yetişməsinə, tərbiyə olunmasına, vətənpərvər kimi formalaşmasına kömək edir.
Unutmayaq ki, uşaqların vizual yaddaşı daha güclüdür, bu səbəbdən oxu dərslərində əyaniliyin rolu danılmazdır. Bu sayədə bir çox anlayışlar asan və dəqiq mənimsənilir. Müəllim müxtəlif vasitələrdən, şəkillərdən, kinofilmlərdən, kartoçkalardan, sxem və cədvəllərdən, maqnitofon və bunun kimi bir neçə əyani vasitələrdən istifadə edərək təlimin daha səmərəli keçirilməsinə nail olur. Bunlar dərsin daha keyfiyyətli və canlı qurulmasına xidmət edir. Dərs daha maraqlı və yaddaqalan olur.
Yüklə 50,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə