I fəsil. Elmi-kütləvi və bədii mətnlərin rolu və əhəmiyyəti


II Fəsil. Oxu dərslərində əyanilik



Yüklə 50,88 Kb.
səhifə11/14
tarix22.12.2022
ölçüsü50,88 Kb.
#97722
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   14
ADTM

II Fəsil. Oxu dərslərində əyanilik
Oxu dərslərində əyanilikdən istifadə

Təhsil islahatına dair qərarlarda tədris prosesinin təkmilləşdirilməsi, tədrisdə əyani və texniki təlim vasitələrindən səmərəli istifadə olunması günün vacib tələbi kimi qarşıya qoyulmuşdur. Dərsin canlı keçməsi, verilən biliklərin möhkəm qavranılması, şagirdlərdə oxu, yazı, nitq inkişafı və digər vərdişlərin yaradılması, dünyagörüşünün formalaşdırılması üçün əyani vəsaitlərdən və İKT-dan istifadə olunması hər bir müəllimin mühüm vəzifəsidir.


İbtidai siniflərdə Azərbaycan dili dərsləri mümkün qədər əyaniliyə əsaslanmalıdır. Unutmayaq ki, uşaqların vizual yaddaşı daha güclüdür, onlar gördüklərini daha tez yadda saxlayırlar. Uşaqlarda təlimə həvəs, maraq yaranır. Şagirdlərdə axtarış etmə, müstəqil, qruplarla işləmə bacarıqları artır. Unutmayaq ki, yeni təhsil proqramı şagirdlərə biliklə yanaşı bacarıqda öyrədir.
Dərs prosesində müxtəlif əyani vasitələrdən: şəkillərdən, sxemlərdən, cədvəllərdən, akustik, vizual, audiovizual (eyni vaxtda səsləndirilən və göstərilən) və s. istifadə etmək lazımdır.
Aydındır ki, I-III siniflər üzrə təlim materialları I sinifdən başlayaraq getdikcə təkmilləşir. Buna görə də texniki vasitələri təkmilləşdirmək və kabineti zənginləşdirmək lazındır. Sinif savad təlimi ilə əlaqədar əlifba kassası, düzüm taxtası, heca cədvəli, kəsmə hecalar, şəkilli əlifba, şəkilli savad təlimi cədvəliilə, ana dili üzrə məntiqi cümlələrə aid şəkilli albom, fəsillərə aid mövzu üzrə şəkillər, süjetli şəkillər, qrammatika və orfoqrafiyaya aid cədvəllərlə və s. ilə təchiz edilməlidir. Bundan başqa sinifdənxaric oxu, ifadəli oxu üçün materiallar, tematik nümayiş üçün şəkillər, didaktik materiallar, yazıçıların portretləri ilə təchiz edilmiş albomlar, qəhrəmanların xatirəsinə həsr olunmuş albomlar, sözün fonetik tərkibinin təhlili üçün qrammofon yazısı, lentlər, diafilmlər də dərs prosesində istifadə oluna biləcək vasitələrdədir.
Əyani vəsaitlərdən və didaktik materiallardan təlimin ilk mərhələlərində istifadə olunur. Savad təlimi dövrünün mürəkkəbliyini nəzərə alaraq müəllim bu dövrə məsuliyyətlə hazırlaşmalıdır. Şagirdlərin hazırlıq səviyyəsi, fərdi xüsusiyyətləri nəzərə alınaraq kollektiv və fərdi iş təşkil olunmalıdır.
Əyaniliyin ən maraqlı növü təlimin texniki vasitələrindən istifadə edilməsidir. Hazırda kurikulumla bağlı aparılan dərs prosesində komputerdən, slayd və videoçarxlardan istifadə edilməsi dərsi maraqlı və canlı qurulmasına xidmət edir. Belə dərslər şagirdlərin maraqına səbəb olur. Keçirilən materialın yaxşı dərk olunmasına, lazımi nəticəyə gəlməyə imkan yaradır.
Təlim filmlərindən istifadə dərslikdəki mətni onlarla əvəz etmək demək deyil. Hər hansı mətn oxunarkən kinofilm və telefilmlərdən müəyyən fraqmentlər göstərmək olar. Məsələn, elə "Mixaylo" hekayəsi oxunarkən "Uzaq sahillərdə" filmindən bir- iki maraqlı fraqment (Mehdi Hüseyinzadənin kinoteatra partlayıcı qoyduğu yer, onun anbardan yüklə dolu maşın karvanını aparması, Karantinin arxadan onu vurmasi, filmin sonunda Mehdinin çardaqdan enməsi və s.) göstərmək kifayətdir. Bu fraqmentlər dərslikdəki hekayənin məzmununu genişləndirir, tamamlayır.



Yüklə 50,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə