MÜHAZİRƏ 4
Movzu:
Canlı orqanizmlərin sistematikaksının
əsasları.
Müasir
sistematikanın
vəzifələri.
Təsnifat,
nomenklatura
və
filogenetikka,
Taksonomik kateqoriyalar və taksonlar, binar
nomenklatura. Sistemlərin tipləri və metodları.
İbtidai
bitkilər.
Ali
sporlu
bitkilər.
Çılpaqtoxumlular.
Hesab olunur ki, yer kürəsində 3 milliona yaxın
janlı organizm var.
HECEYRƏSİZ
ORQANİZMLƏR
İMPERİYASI-
NONCELLULATA
1.VİRUSLAR ALƏMİ
2.VİRUSOİDLƏR ALƏMİ
HÜCEYRƏLİ QURLUŞA
MALİK OLAN OQANİZMLƏR
İMPERİYASI-CELLULATA
PROKARİOTLAR İMPERİYAALTI
(əsasən bakteriyalar aiddir)
EUKARİOTLAR İMPERİYAALTI
1.GÖBƏLƏKLƏR ALƏMİ
2.BİTKİ ALƏMİ
3.HEYVANLAR ALƏMİ
4.PROTOKTİSTLƏR (PROTİSTLƏR) ALƏMİ
GÖBƏLƏKLƏRƏBƏNZƏR ORGANİZMLƏR
PROTOKTİST-YOSUNLAR
PROTOKTİST- ANEMALOİDLƏR
(Bu orqanizmlərin vegetativ orqanları
yoxdur(tallomlardan ibarətdilər) və rüşeym
mərhələləri olmur)
Bitkilərdə forma müxtəlifliyi
Yer kürəsi tarixində törəmiş canlı aləmin mühüm hissəsini bitkilər təşkil edir. Onlar
vaxt keçdikcə və məkan dəyişdikcə müxtəlif coğrafi ərazilərdə dəyişgənliyə uğramış,
müxtəlif quruluş qazanmış, bir çox bitki formalarına başlanğıc vermişdir. Bitki aləminin
törəməkdə olan müxtəlif quruluşlu nümayəndələri yer kürəsinin yeni-yeni güşələrini
tutaraq ən müxtəlif ərazilərdə yayılmışlar. Beləliklə, yer kürəsinin tarixi boyu həyat şəraiti
dəyişdikcə müxtəlif quruluşlu bitkilərdə mühitə uyğunlaşaraq dəyişmiş və təkmilləşmişdir.
Nəticədə, təkhüceyrəli orqanizmlərdən çoxhüceyrəli tallomlu bitkilər, onlardan isə köklü-
gövdəli bitkilər əmələ gəlmişdir.Hazırda bitkı növlərinin sayı 320 000-dən artıqdır( 2010-
cu ilin məlumatı).
Bunlardan:
Mamırkimilər- 16 000-dən artıqdır
Ali sporlu bitkilər- 12 000-dən artıqdır
Çılpaqtoxumlular 1000-dən artıqdır
Çiçəkli bitkilər 280 000-dən artıqdır.
Göründüyü kimi müasir dövrdə çiçəkli bitkilər geniş yayılaraq bitki aləmində hakim
mövqe tuturlar. Onların hətta sonradan su şəraitinə uyğunlaşmış nümayəndələridə vardır.
Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 fəsilə, 920
cinsdə birləşir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın başqa
respublikalarına nisbətən xeyli zəngindir
Avtotrof bitkilər
Bu bitkilər bilavasitə qeyri-üzvü maddələrlə qidalanıb, həmin maddələrdən üzvü maddələr
hazırlayır, öz orqanizmlərini qururlar. Bütün yaşıl bitkilər avtotrof bitkilərə aiddirlər. Onlar,
yuxarıda qeyd edildiyi kimi, qyeri-üzvü maddələri üzvü maddələrə çevirən bəzi bakteriyaları
göstərmək olar. Bu bakteriyalarda xemosintez hadisəsi fotosintez hadisəsini əvəz etdiyi üçün,
onlara xemotrof bitkilər də deyilir.
Hetorotrof bitkilər
Bakteriya vo göbələklərin çoxu yaşıl olmadığı kimi öz-özünə üzvi qida da hazırlaya bilmir.
Bıı səbəbə görə onlarda hazır üzvü maddə ilə qidalanmaya ehtiyac duyulur. Bıına görə də bu
bitkilər parazit və ya saprofit həyat tərzi keçirir. Parazit göbələk və bakteriyalar bitkilərin və ya
heyvanların üzərində parazitlik edərkən çox vaxt onların xəstələnməsinə səbəb olur. Saprofitlərin
və parazitiərin qidalanma qaydaları heterotrof qidalanma adlanır. Çiçəkli bitkilərdən də parazit
olanları vardır, məsələn qızıl sarmaşıq, kohrə və s. kimi.
Miksotrof bitkilər
Bu qrupa daxıi olan bitkilər islər qeyri-üzvü, istərsə də üzvü maddələrlə qidalana bilir.
Məsələn ağacların çətiri üzərində parazitlik edən bağamburc kolu ağacın hazır üzvü maddələrindən
istifadə etməsi ilə yanaşı, yaşıl olduğuna görə, qeyri-üzvü maddələrdən fotosintez yolu ilə üzvü
maddələrdə hazırlaya bilir. Bu cür bitkilər müxtəlif üsullarla qidalandıqları üçün onların qidalanma
qaydaları miksotrof qidalanma adlanır, bu qayda ilə qidalanan bitkilərə isə miksotrof bitkilər
deyilir.
Bitki sistematikası
Bitki sistematikası botanikanın ən qədim zamandan inkişaf edən sahələrindən biridir.
TAKSONOMİYA( TAKSONLARI TƏSNFATLANDIRMAQ SİSTEMİ )
NOMENKLATURA(TAKSONLARI ADLANDIRMAQ SİSTEMİ)
FİLOGENETİKA( TAKSONLAR ARASIDA QOHUMLUQ ƏLAQƏSİNİ MÜƏYYƏN EDİR)
XÜSUSİ
BÖLÜMLƏRİ :Mikologiya göbələklərin , alqologiya – yosunların, lixenologiya şibyələrin, dendrologiya - ağac və
kolların sistematikasını öyrənir. Xemosistematika-bitkilərin müqaisəvi kimyəvi tərkibini öyrənir və s.
Sistematikanın metodlarına
müqayisəli morfoloji metod, müqayisəli anatomik metod, müqayisəli embrioloji metod,
palinoloji metod, karioloji metod, ekoloji-genetik metod, coğrafi metod, paleobotanik metod, ekoloji metod,
hidstoloji və sitoloji metodlar, biokimyəvi metod və s. aiddir.
Sistematik sistemlər: süni, təbii və genealoji sistemlər mövcuddur.
Süni
bioloji sistemlər bir və az sayda bir neçə morfoloji əlamət əsasında qurulur. Botanika elmində süni sistemlər
IV əsrdən XVIII əsrin ortalarına qədər hökmranlıq etmişlər. Onlardan ən məşhuru K.Linneyin sistemidir.
Süni sistemlərdən fərqli olaraq
təbii
sistemlərdə təsnifat üçün bir neçə əlamətdən istifadə olunur. Təbii sistemlər
daha çox bioloji informasiyaya malikdirlər. İlk təbii sistem Jüsye tərəfindən yaradılmışdır.
Genealoji
sistemlər XIX əsrin sonunda meydana gəlmişlər. Bu sistemlərdə bitki orqanizmlərinin oxşar və fərqli
əlamətləri ilə yanaşı, tarixi qohumluq – filogenez də nəzərə alınır. Bir neçə filogenetik sistem mövcuddur.
Onlardan ən geniş yayılmış Enqlerin sistemi hesab olunur.
Azərbaycanda bitki sistematikası sahəsində bir çox alimlər, o cümlədən A. Qrossgeym, L Prilipko, M. Qasımov, H.
Qədirov, S Musayev və başqaları çalışmışlar.
..
Müasir sistematikada bitkilər
«aləm(Regnum)-şöbə (Divisio)— sinif (Classis)—
sıra (Ordo)— fəsilə(Familia) — cins(Genus) —
növ(Species)» kateqoriyaları üzrə təsnif edilir.
Binar nomenklatura
Linney tərəfindən bitki növlərinin elmi adlarının qeyd olunma qaydalarında hər növün
adları 2 sözdən ibarət olur. Onlardan I –cinsi, I və II isə bir yerdə növlərin adını göstərir. I
həmişə isim, II isə sifətdir. Bu iki sözdən sonra hərf şəklində və ya qısaldılmış formada –
ilk dəfə bu taksonu təsvir edən alimin familyası göstərilir.
Məsələn:
Valeriana officinalis L.
Göbələklər aləmi -Fungi
•
Göbələklərin 100 000-ə qədər növü
var. Göbələklər təbiətin canlı amilləri
sırasına daxil olan bir canlılardır. Bu canlı
təbiətin hər cür şəraitində yaşamağa
uyğunlaşmışdır. Onu torpağda , ağacın
oduncağı və yarpağı üzərində, çürümüş
ərzağın, çörəyin, ölmüş heyvanın və hətta
insanın və heyvanın bədənində tapmaq
mümkündür. Göbələkləri öyrənən
elm mikologiya adlanır.
•
Göbələk aləminin əsas şöbələri
•
-
Myxomycota
– Oomycota
– Glomeromycota
– Hyphochytriomycota
– Labirinthulomycota
– Chytridiomycota
– Zygomycota
•
Ascomycota
– Basidiomycota
– Deuteromycota
Göbələk hüceyrəsinin quruluşu:
1-hüceyrə örtüyü; 2-plazmalemma; 3-sitoplazma; 4- nüvə membranı;
5- nüvə membranında poralar; 6- nüvəcik; 7-vakuol; 8- ribosomlar;
9-endoplazmatik retikulum; 10-yağ birləşmələri; 11-lizosomlar;
12-mitoxondri; 13-lomasoma
Göbələk hüceyrəsinin quruluşu:
1-hüceyrə örtüyü; 2-plazmalemma; 3-sitoplazma; 4- nüvə membranı;
5- nüvə membranında poralar; 6- nüvəcik; 7-vakuol; 8- ribosomlar;
9-endoplazmatik retikulum; 10-yağ birləşmələri; 11-lizosomlar;
12-mitoxondri; 13-lomasoma
• Spesifik xüsusiyyətləri:
• Göbələklər-heterotrof
orqanizmlər olub,
mitselidən ibarətdir .Onlar
müxtəlif turşu birləşmələri
(limon, oksalat, sirkə və
başqa turşuları) sintez
edir.Absorbsion
qidalanmaya malikdirlər.
•
Bazidiomisetlərin xüsusi bir
növü – tozağacı göbələyi,
tibbdə dəmləmə şəklində
xərçəng xəstəliyi əleyһinə
istifadə edilir.
Inonotus obliquus(ÇAQA)-
əyriborulu qov göbələyi
Claviceps purpurea
(ÇOVDAR MAHMIZI)
•
Askomisetlərə aid olub, Çovdar bitkisinin
əsasən çiçək yatağında inkişaf edərək
mitseli,konidida daşıyıcılar və şəffaf
təkhüceyrəli konidilər əmələ gətirir. Onun
bu dövrü sfaseliya adlanır.Bitkinin
yoluxmuş hissəsindən həşəratları özünə
cəlb edən şirin şirə ifraz olunur
ki,nəticədə konidilər həşərat vasitəsilə
sağlam bitkilərə keçərək xəstəliyi yayır.
Çovdar mahmızının böyük təcrübi
əhəmiyyəti vardır. O bir tərəfdən taxıl
bitkilərində parazitlik edərək
məhsuldarlığı azaldır ,digər tərəfdən isə
tərkibindəki zəhərli
maddələrdən(alkaloidlərdən) tibdə geniş
istifadə olunur.Onların təsirindən
uşaqlığın əzələlər büzüşür və nəticədə
qanaxma dayanır .Həmin maddələr
şiddətli zəhərlənmələr (erqotizm)verir.
Erqotizm (Antonov xəstəliyi)
Şibyələr şöbəsi
LICHENES (Phycomycota)=
göbələk+yosun və ya sianobakteriya
•
Bu qrupa 400 cinsə aid 13000-17000 növ
daxildir.
•
Şibyələr təbiətdə çox geniş yayılmışdır.
Onların nümayəndələrinə qütblərdən tutmuş
mülayim iqlim qurşaqlarına qədər hər yerdə
rast gəlmək olur. Mülayim və soyuq iqlim
qurşaqlarında şibyələr daha geniş
yayılmışdır. Tundra şəraitində şibyələrin
geniş talaları vardır. Şibyələr dağlarda,
qayaların, ağacların üzərində çox geniş
yayılmışdır. Ümumiyyətlə, başqa bitkilərin
yaşaya bilmədikləri yerlərdə şibyələr yaxşı
bitir və daşların, qayaların üzərini bəzən
tamamilə örtür. Şibyələr məhv olduqdan
sonra onların yaşadıqları yerlərdə
mamırların və başqa bitkilərin yayılması
üçün əlverişli torpaq sahələri yaranır. Buna
görə də şibyələr bitkilərin yayılması üçün
ilkin şərait yaradır.
Xanthoria
Cladonia
Morfoloji tipləri: Qazmağabənzər,
yarpaqşəkilli və kolşəkilli
Yosunlar (lat. Algae) protoktistlər aləmonə aid olub, əksər torpaqlarda, əsasən
də üst horizontlarda geniş yayılmışdır. Bataqlıq torpaqlarda və düyü tarlalarında
yosunlar aerasiyanı yaxşılaşdırır, həll olmuş CO2 mənimsəyir və suyu oksigenlə
zənginləşdirir.
Yosunlar süxurların aşınmasında və ilkin torpaqəmələgəlmə proseslərində fəal
iştirak edir
Laminaria japonica Aresch.;
Laminaria saccharina (L.)
Lamour.
Fəs.Laminariaceae
Əsasən Ağ dənizidə, bütün
Şimal və Şərq dənizlərındə
20 m dərinlikdə geniş
yayılmışdır.Yod və digər
mikroelementlərlə zəngindi,
polisaxarid tərkiblidir.İşlədici
kimi; zob,şəkər və
ateroskleroz xəstəlikləri
zaman istifadə olunur.
Ali bitkilər yarımaləmi
EMBRYOPHYTA
Rhyniophyta
Bryophyte
Marchantiopsid
a
Bryopsida
Musci
Lycopodipsid
a
Lycopodiophyta
Isoetopsida
Equisetophyt
a
Polypodiophyta
Polypodiopsida
Polypodiidae
Aspleniaceae
Pinophyta
Gymnosperma
e
Magnoliophyta
Anglospermae
Salviniidae
Salviniaceae
Azollaceae
Marsileidae
Ali sporlu bitkilər
Toxumlu bitkilər
AYIDÖŞƏYİKİMİLƏR ŞÖBƏSİ –
POLYPODİOPHYTA
POLYPODIOPHYTA
Dryopteris
filix-mas-
kökümsovun tərkibində fenol
birləşmələri
vardır
və
qurdqovucu vasitə kimi tətbiq
edilir.
Ayıdöşəyikimilər və ya qijilar
ali sporlu bitkilərin ən qədim
qrupları sırasına daxildirlər.
Onlar bütün yer kürəsində geniş
yayılmışlar və çox müxtəlif
şəraitdə həyat sürürlər.
PLAUTKİMİLƏR (QURDAYAĞA) ŞÖBƏSİ
–
LYCOPODIOPHYTA
Sporofit nəsil kök, gövdə və xırda pulcuqlu və
ya bizşəkilli yarpaqlara malikdir. Bitkilərinin
əksəriyyətinə mikrofiliya (yarpaqların xırda
olması) xasdır. Gövdələrində nəzərə çarpan
buğum və buğumarası yoxdur. Kök və gövdələri
dixotomik şaxəlidir.
Otşəkilli formaları iqlim
şəraitinə daһa çox uyğunlaşdıqlarından һazırki dövrə
gəlib çıxmışdır.
Lycopodiophita
Lycopódium clavátum
Huperzia selago
Lycopodium clavatum
sporları kibritotu tozu –
Lycopodium adı altında
һəblərin üzərini örtmək
üçün (qeyri-һiqroskopik
maddə
kimi),
uşaq
səpkilərinin tərkibində və
poladəritmə sənayesində
istifadə edilir.
Quzu plaunu - Huperziya selago növü
də tibbi əhəmiyyətə malikdir ki, o da
sporlu sünbüllərin (strobillərin) olmaması
ilə fərqlənir. Sporangiyalar yuuxarı
yarpaqların
qoltuğunda
yerləşmişlər.
Zəhərli
bitkidir.
Alkoqolizmin
müalicəsində istifadə olunur.
Çöl qatırquyruğu – Equisetum arvense. Bu çoxillik ali sporlu bitki olub,
başqa növlərindən fərqli olaraq iki cür yerüstü gövdə əmələ
gətirir: sporlu və vegetativ. Elmi təbabətdə dərman məqsədilə ancaq
yay fəslində yetişən zoğlarından, yəni vegetativ gövdə və budaqlarından
sidikqovucu vasitə kimi istifadə olunur
Equisetum arvense
Müassir qatırquyruğukimilər ot bitkiləridir. Onların
zoğları aydın nəzərə çarpan üzvlü buğumaralarından
təşkil olunmuş, yarpaqlar reduksiya olunaraq
pulcuqlara çevirilmişdir. Bunlar bərabər sporlu
bitkilərdir. Qametofit (ilk cücərti) bir cinsli və ya
ikicinslidir və ölçüsü bir neçə millimetr olan çox kiçik
yaşıl bitki ilə təmsil olunmuşdur.
QATIRQUYRUĞUKİMİLƏR ŞÖBƏSİ
–
EYUİSETOPHYTA (SPHENOPHYTA)
PINOPHYTA
GYMNOSPERMAE
Cycadopsida
Ephedraceae
Pinopsida
Pinidae
Taxales
Cupressales
Cupressaceae
Pinales
Pinaceae
Taxodiaceae
Taxaceae
Ephedrales
Gnetopsida
Çılpaqtoxumlular şöbəsi
Pinophyta(Gymnospermae)
• Çılpaqtoxumlular ali bitkilərin ən qədim qrupu olub,
bütün qitələrdə geniş yayılmışlar, əsasən
ağaclarla,nadirən odunlaşmış lianlar və kollarla təmsil
olunmuşlar. Qozaların pulcuqlarında açıq (çılpaq)
yerləşən və heç bir şeylə mühafizə olunmamış
toxumlar vasitəsilə çoxalırlar. Onların qeyri cinsi
nəsli (sporofit) çox güclü inkişaf etmiş, yaxşı inkişaf
etmiş köklər, gövdələr və yarpaqlara malikdirlər, həm
də bir çox nümayəndələrin yarpaqları
iynəşəkillidirlər, bəzən pulcuqludurlar.
•
Qatırquyruğunabənzər acılıq-
E.equisetina, orta acılıq-
E.intermedia və d. növləri tibbi
əhəmieeətə malikdirlər. Onlarında
tərkibində müxtəlif allergik xarakterli və
d. xəstələrin müalicəsində spazmolitik
vasitə kimi tətbiq edilən efedrin
alkaloidi vardır.
Juniperus communis- adi ardıc
həmişəyaşıl ağac və ya kol bitkisidir.
Qozaları sidikqovucu xassəyə malikdir.
DİQQƏTİNİZƏ GÖRƏ SAĞ OLUN!
Farmakoqnoziya və botanika
kafedrasının dosenti
Nərgiz Məmmədova
Document Outline - Slide 1
- Slide 2
- Slide 3
- Slide 4
- Slide 5
- Slide 6
- Slide 7
- Slide 8
- Slide 9
- Slide 10
- Slide 11
- Slide 12
- Slide 13
- Slide 14
- Slide 15
- Slide 16
- Slide 17
- Slide 18
- Slide 19
- Slide 20
- Slide 21
- Slide 22
- Slide 23
Dostları ilə paylaş: |