MəLƏKLƏRƏ İman



Yüklə 0,5 Mb.
səhifə1/6
tarix21.10.2017
ölçüsü0,5 Mb.
#6180
  1   2   3   4   5   6



Əhli Sünnə Vəl Cəmaat

Sələfi Salihin

Əqidəsi

MƏLƏKLƏRƏ

İMAN

Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət

Komitəsinin 08 İyun 2011-ci İl Tarixli İcazəsi Əsasında

Çap Edilmişdir № DK-223/Q


Toplayan və Tərcümə Edən: K.Hüseyn

Kitabın Bütün Haqları Qorunur


RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ OLAN ALLAHIN ADI İLƏ

«Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən

sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik)

salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et,

çünki Sən, doğurdan da, bəxşiş verənsən!» (Ali İmran 8).

«Ey Rəbbimiz! Unutduqda və ya yanıldıqda bizi cəzalandırma!

Ey Rəbbimiz! Bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə!

Ey Rəbbimiz! Gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma!

Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən.

Kafirlərə qələbə çalmaqda bizə kömək et!» (əl-Bəqərə 286).

Allahummə! Bütün əməllərimin saleh əməl olmasını və bunları heç kimsə üçün deyil, sadəcə sənin rizan üçün olmasını diləyirəm.

Allahummə! Bu kitabı toplayan üçün, tərcümə edən üçün, oxuyan üçün, dinləyən üçün, yayan üçün və bu kitabın üzərində

əziyyəti olan hər bir kəs üçün xeyirli et! Amin!





ÖN SÖZ

Xutbətul-Hacə

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.



«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71)1.

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd – sallallahu aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır2.



«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).

Möhtərəm müsəlman qardaş və bacılarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah – sallallahu aleyhi və səlləm – in yoluna uyaraq bu risaləni «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu sallallahu aleyhi və səlləm - öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»3.

Ənənəmizə sadiq olaraq Uca və Böyük olan Allahın izni ilə Əhli Sünnə Vəl Cəmaat, Sələfi Salihin əqidəsi ilə bağlı olan kitabları toplamağa davam edirik. İnşəallah bu kitabımızda İmanın altı dayağından biri olan “Mələklərə İman” ilə bağlı mövzuya toxunacağıq.

Mələklərə iman hər hansı bir şübhə və tərəddütdən uzaq olaraq var olduqlarına inanmaq deməkdir. Çünki bu imanın altı dayağından biridir. «Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (onların) Hamısı Allaha, onun mələklərinə, kitablarına və bütün peyğəmbərlərinə iman gətirmişlər…». (əl-Bəqərə 285). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm - insanların əhatəsində olduğu vaxt bir nəfər ona yaxınlaşıb: «Ya Rəsulallah! İman nədir?» deyə soruşdu. (Peyğəmbər): «(İman) Allaha, Mələklərinə, Kitablarına, Onunla (Allahla) görüşməyə, Peyğəmbərlərinə və Axirət günü dirilməyə iman etməkdir» deyə buyurdu. (Adam): «Ya Rəsulallah! İslam nədir?» deyə soruşdu. (Peyğəmbər): «(İslam) Allaha ibadət etmək və Ona heç bir şeyi şərik qoşmamaq, namaz qılmaq, fərz olan zəkatı vermək və Ramazan ayında oruc tutmaqdır» deyə buyurdu. (Adam): «Ya Rəsulallah! Ehsan nədir?» deyə soruşdu. (Peyğəmbər): «(Ehsan) Allaha Onu görür kimi ibadət etməkdir. Lakin sən Onu görməsən də, (şübhəsiz) ki, O səni görür!» deyə buyurdu. (Adam): «Ya Rəsulallah! «Mənə Qiyamət günü haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «Bu məsələdə soruşulan soruşandan cox bilmir (elimli deyildir). Lakin mən sənə onun əlamətləri haqqında xəbər verə bilərəm. Qul qadın (cariyənin) öz ağasını doğması, ayaq-yalın, cılpaq, (bir vaxtlar mal-qara otarması ilə məşğul olan) cobanların hündür binalar tikməkdə bir-biriləri ilə yarışmaları. (Qiyamət günü) qeybdən olan beş şeyin içərisindədir ki, onları Allahdan başqa heç kəs bilməz». Sonra Peyğəmbər: «Həqiqətən qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir, heç kəs səhər nə edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir və (hər şeydən) xəbərdardır!». (Loğman 34) ayəsini oxudu. (Əbu Hureyrə) dedi ki: «Sonra o, şəxs çıxıb getdi». Onun ardından Peyğəmbər – sallallahu aleyhi və səlləm - (səhabələrinə): «Onu geri qaytarın!» deyə buyurdu. (Səhabələr) Onu geri qaytarmaq üçün axtarmağa başladılar. Lakin heç kəsi tapa bilmədilər. Bundan sonra Peyğəmbər: «Bu Cəbrail – əleyhissəllam – idi. İnsanlara dinlərini öyrətmək üçün gəlmişdi!» deyə buyurdu4.

Bu baxımdan da mən bu kitabı topladım. Bu kitabı toplamaq üçün Quran və Sünnəyə uyaraq və İslamın elm adamlarının əsərlərindən geniş istifadə edərək Allahın izni ilə əlimizdəki bu kitabın yazılmasına nail oldum. İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə yazıb başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüt-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.

Güvəndiyim Allahdır, işlərimi ona həvalə edirəm və ona arxalanıram. Həmd və nemət yalnız onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).

Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd – sallallahu aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.

Bitirdim Miladi: 10 May 2011-ci il

Hicri: 7 Cumədəl Əxir 1432-ci il

Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha! (Yunus 10)


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə