I fəsil. Elmi-kütləvi və bədii mətnlərin rolu və əhəmiyyəti



Yüklə 50,88 Kb.
səhifə3/14
tarix22.12.2022
ölçüsü50,88 Kb.
#97722
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   14
ADTM

1.1.Elmi-kütləvi mətnlər

Dərsliklərin tərtibi zamanı bəzi dövrlərdə elmi-kütləvi, bəzi vaxtlarda isə bədii mətnlərə üstünlük verilmişdir. Elmi-kütləvi mətnlə - elm, onun yaradıcıları haqqında əsərlər. Elmi kütləvi ədəbiyyata fundamental və tətbiqi elmlərin əsaslarından, aktual problemlərindən, elm xadimlərinin həyatından, səyahətlərdən bəhs edən müxtəlif janrlı əsərlər daxildir.


Böyük pedaqoq K.D.Uşinskinin "Vətən dili" kitabı ancaq elmi-kütləvi mətnlərdən ibarət olmuşdur. Hazırda I-IV siniflərin dərsliklərində hekayə-oçerk üslubunda yazılmış elmi-kütləvi materiallar verilmişdir ki, buraya təbiət və coğrafiyaya, tarixə aid mətnlər daxildir. Belə materialların verilməsində başlıca məqsəd şagirdləri ətraf aləmlə tanış etmək, əşyalar, hadisələr barədə bilik verməkdir. Elmi-kütləvi mətnlərin bir neçə növləri var bunlar aşağıdakılardır:
Təbiətşünaslığa aid materiallar, əsasən fəsli prinsip üzrə verilir. Bu prinsipə əsasən şagirdlər payız, qış, yaz və yayda təbiətdə, insanların həyatında baş verən dəyişikliklər, təbiət hadisələrinin dəyişməsinin insanların, bitkilərin, heyvanların, quşların həyatına təsiri, qarşılıqlı əlaqəsinin qanunauyğunluqları haqqında məlumat alırlar.
İctimai-tarixi materiallar tarixi günlərdə (18 oktyabr, 17 noyabr,31 dekabr,20 yanvar,8,20-21 mart,28 may, 8 noyabr və s.) öyrənilir. Bu materialların oxusu mətni həyatla əlqələndirməyə imkan verir.
Elmi-kütləvi materialların öyrədilməsi bir tərəfdən şagirdlərin oxu vərdişinin inkişafına kömək edir, digər tərəfdən təbiətə və tarixə aid praktik biliklər verir. Şagirdlərə təbiətin insan həyatındakı rolunun dərk edilməsi, qidalanmaq, nəfəs almaq, təbiət və insan, bunların qarşılıqlı əlaqəsi, insanların təbiəti qorunmasının zəruri olmasını tərbiyə edir.
Təbiətə aid mətnlərin oxusu heyvanlar, bitkilər aləmi, mövsümü hadisələr, iqlim dəyişməsi ilə şagirdləri tərbiyə edir. Coğrafi materialların oxusu şagirdləri ölkəmizin sərvətləri:nefti, qazı, filizi, şəhərləri, sərhədi, çayları, dağları və s. ilə tanış edir.

Yüklə 50,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə