Azərbaycan Hava Yolları” qsc milli Aviasiya Akademiyası İqtisadiyyat və Hüquq fakültəsi



Yüklə 24,97 Kb.
tarix10.01.2022
ölçüsü24,97 Kb.
#82775
ət.müh.iq.1


Azərbaycan Hava Yolları” QSC

Milli Aviasiya Akademiyası

İqtisadiyyat və Hüquq fakültəsi

Fənn: Ətraf mühitin iqtisadiyyatı

Sərbəst iş № 1

Mövzu: Cəmiyyətlə təbii mühitin qarşılıqlı əlaqəsi

Qrup: 1329aA

Tələbə: Əlizadə Vahid

Müəllim: Tağıyev Tahir

Bakı-2020
Cəmiyyətlə təbii mühitin qarşılıqlı əlaqəsi
Hər hansı bir ictimai istehsalın mahiyyəti təbii varlıqların insanların istehlak rifahı üçün tələb olunan məhsullara çevrilməsidir. Bunun üçün insan təbii sərvət­lərdən istifadə etməli və öz fəaliyyəti ilə təbiətə təsir göstərməlidir.

Cəmiyyətin inkişafında təbii mühit müsbət və mənfi rola malikdir. Təbii şə­rait əlverişli olan ərazilərdə cəmiyyətin məskunlaşması üçün əlverişli şərait yarat­maqla yanaşı, təbii ehtiyatların istehsal dövriyyəsinə cəlb olunması daha da inten­sivləşir. Əksinə təbiəti sərt iqlim şəraitinə malik olan ərazilərdə daimi donuşluğun olması yeraltı və yerüstü təbii sərvətlərin istehsala cəlb olunmasını gecikdirir və istehsal sahələrinin səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərir. Tarixən Avropa ölkələrində təbii mühitin əlverişli olması bütün dövrlərdə mütəmadi ehti­yatların səmərəli istifadəsinə şərait yaratmaqla, istehsal sahələrinin sürətli inkişafı­na təsir göstərmişdir. Əksinə Şərqi Sibir, Qərbi Sibir və Uzaq Şərqdə və digər əra­zilərdə təbii mühitin sərt və daimi donuşluğun olması bu ərazilərdə olan təbii resursların istehsal dövriyyəsinə cəlb olunmasını gecikdirmiş, əhali məskunlaşma­sını və yeni sənaye şəhərlərinin başqa ərazilərlə müqayisədə inkişafını ləngitmiş­dir. Təbiətlə cəmiyyətin qarşılıqlı münasibətlərinin təhlil və tədqiq olunması müasir elmin qarşısında duran vacib problemlərdəndir.

Təbiətlə cəmiyyət arasındakı qarşılıqlı münasibəti məhsuldar qüvvələrin inkişaf səviyyəsini nəzərə almadan, bu qüvvələrin kimə aid olmasını bilmədən, insanların bir-biri ilə maddi nemətlər istehsalında hansı ictimai münasibətlərə daxil olduğunu dərk etmədən başa düşmək olmaz. İstehsal prosesində insanlar yalnız təbiətə təsir göstərmirlər, eyni zamanda onlar bir-birinə təsir göstərirlər. Yalnız istehsal prosesində insanlar müəyyən əlaqə və münasibətlər şəraitində təbiətə təsir etməklə özləri üçün lazım olan maddi nemətlər istehsalına şərait yaratmaq imkanlarına malik olurlar

Təbii mühitin cəmiyyətə və onun məhsuldar qüvvələrinə təsir göstərdiyi kimi, təsərrüfat sahələrinin müxtəlifliyinə də səbəb olur. Lakin bu müxtəliflik bütün dövrlər üçün sabit olmayıb, məhsuldar qüvvələr inkişaf etdikcə və ictimai quruluş dəyişdikcə o da təkmilləşir və formalaşır.

Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi cəmiyyətin dinamik inkişafında mü­hüm rol oynamışdır. Cəmiyyətlə təbiətin inkişafının ilkin mərhələləsində yalnız təbiətin hazır məhsullarından istifadə etmək imkanlarına (balıq və meşədə olan heyvanları ovlamaq, yabanı meyvələrdən və s. istifadə edirdilərsə) malik idilərsə, sonrakı inkişaf dövründə həmin əlaqələr yeni forma və məzmun alır. Bu səbəbdən də «Təbiət və cəmiyyət» problemləri ilə məşğul olan mütəxəssislərdən biri olan Y.P.Tursovun fikrincə, təbiətlə cəmiyyətin qarşılıqlı dinamik inkişaf dövrü aşa­ğıdakı bir neçə mühüm mərhələ ilə səciyyələnir:

1. Qədim dövr – bu dövr əsasən insanın təbiətdən bir növ asılı olan dövrü kimi şərh olunur. Bu dövrlərdə insanın ümumi dünya görüşü səthi olduğundan və elm bir o qədər inkişaf etmədiyindən təbii mühitin qanunauyğunluqlarını dərk etməkdə çətinlik çəkirdi. İstehsal olunan məhsullar sadə alətlər vasitəsilə həyata keçirilirdi. Təbii mühitin ekoloji tarazlığı təbii şəkildə saxlanılırdı;

2. İkinci mərhələ iqtisadi cəhətdən (sənayeyə qədərki olan dövr) qədim və orta əsrlər dövrünü əhatə etməklə əkinçiliyin inkişafı dövrü kimi xarakterizə olu­nur. Bu mərhələdə artıq cəmiyyət torpaq sahələrinin genişləndirilməsi və ondan, təsərrüfat sahələrindən öz məqsədlərinə uyğun istifadə etməsi, sənətkarlığın mey­dana gəlməsi, nəqliyyatın primitiv vasitələrinin (qoşqu və yaxud heyvanların gü­cünə əsaslanan) dövriyyəyə cəlb olunması, yeni yaşayış məskənlərinin yaradılması mərhələsi kimi xarakterizə olunur. Digər bütün nailiyyət bu mərhələdə ondan ibarətdir ki, insan cəmiyyəti artıq hevanların əzələ enerjisindən, küləyin və suyun gücündən istifadə etməklə enerji almaq imkanlarına malik olurlar. Enerji istehsa­lının meydana gəlməsi insanın təbiətə təsirini əvvəlki dövrlərə nisbətən artırır;

3. Cəmiyyətin inkişafının üçüncü mərhələsi sənaye mərhələsi kimi səciyyə­lənir. Bu mərhələ insan cəmiyyətinin yüksək səviyyədə istehsal vasitələrinin inki­şafı sayəsində təbii mühitə və təbii ehtiyatlara intensiv təsir göstərən mərhələsi kimi qiymətləndirilir. Bu mərhələdə insan cəmiyyəti təbiətə təsiri gücləndirməklə yüksək səviyyədə maddi nemətlər istehsalına şərait yaradır. Yer kürəsinin region­larda təbii ehtiyatlardan istifadəsi artdıqca insanın maddi rifatının yaxşılaşdırılması və insan cəmiyyəti tam şüurlu surətdə təbiətin qanunauyğunluqlarını dərk edir. Ehtiyatlar potensialından istifadə etməkdə təbii mühitin mühafizəsi məsələlərini ön plana çəkir (8).

Məlumdur ki, təbiətlə cəmiyyət arasında qarşılıqlı əlaqə mövcuddur. Bu əlaqə cəmiyyətdə təbiətin, əskikliklərin vəhdəti və mübarizəsi qanununa müvafiq inkişaf edir. İnsan cəmiyyəti özünün spesifik sosial qanunları əsasında təbiətə təsir göstərir. Buna görə də insanla təbiət arasında qarşılıqlı əlaqə mürəkkəb olur.

Elmi-texniki inqilab, insanların getdikcə artan tələbatının ödənilməsi məqsə­dilə, onların təbiətə təsir dairəsini daha da genişləndirmişdir. İnsanın təsir dairəsi təkcə biosfer, hidrosfer, litosfer və atmosferlə məhdudlaşmayaraq, kosmik fəzaya da nüfuz etdi.

Ümumi bəşəri tərəqqi-təsərrüfat sahələrinin nisbətində, məhsuldar qüvvələ­rin tərkibində, texnika və texnologiyada, məhsulların növ tərkibində, istehsal isteh­lakı və şəxsi istehlakında, keyfiyyət dəyişikliyində müşahidə olunur.

Nəticədə nəinki insanın təbii proseslərə müdaxiləsinin xarakteri, həm də bu müdaxilənin nəticəsinin xarakteri dəyişir. Sərvətlərdən istifadə edərkən insan ekoloji mühiti qorumalı, gələcək nəsilə mənfi təsir izləri buraxmamalıdır.

Müasir şərait ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə edilməsini tələb edir. Məsələnin nisbətən cavan, əhatə dairəsinin mürəkkəb və çoxsahəli olması ətraf mühit və təbiətdən səmərəli istifadə edilməsi məsələlərinin təkmilləşdirilməsini tələb edir. İnsanın geniş istehsal fəaliyyəti üçün xammal ehti­yatlarına və ərzaq ehtiyatlarına olan tələbatı, enerji ehtiyatlarına olan tələbatı və s. ödənilir. Ətraf mühitin çirklənməsi və bunun nəticəsində təbiətdə baş verən dəyi­şikliklər atmosferi, hidrosferi, litosferi əhatə edir. Çirklənməni törədən şəraitdən asılı olaraq bu proses qlobal xarakter daşıyır və biosferi və bütün planeti əhatə edir. Yer qabığı müxtəlif geoloji dövrlərdə yaranmışdır. Burada maqmatik, çöküntü və metamorfik süxurlardan təşkil olunan və bəşəriyyətə lazım olan qiymətli sərvətlər toplanmışdır. Bu sərvətlər geoloji axtarışlar nəticəsində yer səthinin bu və ya digər rayonlarında aşkarlanır və cəmiyyətin tələbatına uyğun olaraq istifadə olunur. Mineral sərvətlər əmək vasitələrinin mənbəyi olmaqla çox adda məhsullar alınma­sında istifadə olunur. Eyni zamanda belə sərvətlər əmək cismi rolunu oynayırlar. Mineral xammal sərvətlərinin istifadəsi ilə bağlı olan mühüm məsələlərdən biri də onların iqtisadi cəhətdən qiymətləndirilməsidir. Azərbaycan Respublikasının ərazi­si müxtəlif növ faydalı mineral xammal ehtiyatları ilə zəngindir. Aparılan geoloji kəşfiyyat nəticəsində həmin faydalı ehtiyatların çoxu artıq aşkarlanmış və isti­fadəyə verilmişdir. Dənizin təbii ehtiyatları dünyada maddi istehsalın ən mühüm mənbələrindən biri hesab edilir. O, sənaye üçün xammal, enerji ehtiyatlarına malik olmaqla, əlverişli nəqliyyat şəraiti və rekreasiya ehtiyatlarının təbii konfortu üçün əvəzedilməz əhəmiyyət kəsb edir. Əhalinin sahil zonasında məskunlaşması və əra­zinin tədricən mənimsənilməsi əsasən iki amilin təsirindən daha çox asılıdır. Təbii şəraitdən və ölkənin sosial iqtisadi inkişaf səviyyəsindən asılı olaraq elmi-texniki tərəqqinin yeni yüksək mərhələsində çoxsahəli sənayenin və kənd təsərrüfatının sürətlə inkişafı, müxtəlif nəqliyyat növlərinin çoxalması təbiətdən və təbii sərvət­lərdən daha geniş istifadə olunması ilə nəticələnir. Ətraf mühitin mühafizəni tari­xən təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi, cəmiyyətin inkişafında coğrafi mühitin rolu, əhali artımı və ərzaq problemi, torpaqların münbitliyi və iqtisadi qiymətlən­dirilməsi qarşılıqlı əlaqədə həll edilməlidir. Ətraf mühitin mühafizəsi problemi bəşəriyyət qarşısına nisbətən yaxın vaxtlarda çıxmışdır. Hazırkı vaxtda atmosfer və okeanlara külli miqdarda ziyanlı maddələr atılır (axıdılır), meşələr məhv edilir. Bütün bunlar güclü surətdə dünyanın özü özünü məhvinə aparır. Ozon dəlikləri, iqlimin istiləşməsi, bir çox heyvan növlərinin məhv olaraq yoxa çıxması bizim həyat sürdüyümüz mühitin müəyyən qədər tükəndiyini göstərir. Odur ki, planetin və onun sakinlərinin həyatı insanların bundan sonrakı aktivliyindən asılı olacaqdır.

Hazırda bu ekoloji problemlə bütün dünya ölkələri qarşı-qarşıya gəlmişlər. Hesab olunur ki, ətraf mühitin çirklənməsi probleminə daha çox Amerika və Avropanın sənayeləşmiş ölkələri məruz qalmışlar. Ancaq o qədər də çox vaxt keçmədən bu problem bütün inkişaf etməkdə olan ölkləri öz ağuşuna alacaqdır. Odur ki, artıq indidən ciddi tədbirlərin həyata keçirilməsi vacibliyi ortaya çıxmışdır. Məlumdur ki, hər hansı xoşagəlməz hadisənin qarşısını almaq daha asandır, nəinki sonradan onun nəticələrini aradan qaldırmalı olasan.



Ətraf mühitdən istifadənin müasir vəziyyəti ilə əlaqədar qarşıda duran məsələlərindən ən başlıcası ətraf mühitin mühafizəsi problemidir.Yaranmış bütün iqtisali, hüquqi, sosial-siyasi və təşkilati-təsərrüfatçılıq mexanizmlərini həll etmək lazımdır. Məhz bunlar ətraf mühiti «möhkəmlik hüduduna» gətirib çıxarırlar. Odur ki, ətraf mühitin çirklənməsinin ən son yüksək səviyyəyə çatmasını gözləmək olmaz. Dünya birliyi anlamışdır ki, bunun indidən qarşısı alınmalı, dünyanın məhv olma təhlükəsi aradan götürülməlidir.
Yüklə 24,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə