İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə49/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   45   46   47   48   49   50   51   52   ...   58

 
 
Arqun adlanırdı. Həmin Arqun çayı indiki Ermənistan 
ərazisindəki  Ayğır  göldən  başlayırdı  (Шопен  1852. 
247, 291). 
Arqun  türk  etnonimidir.  V.V.Radlov  XIX  əsrin 
sonlarında  Sibirdə  olarkən  Qırğız  və  Kızıl  tayfaları 
arasında  Arqun  nəsillərinin  yaşadığını  görmüşdü 
(Радлов 1989. 635, 720). K.Ş.Şaniyazov yazır ki, Ar-
qun qıpçaq tayfasıdır (Шаниязов 1974. 130). 
Arqun  totem  mənşəli  etnonimdir.  Mahmud 
Kaşğari  yazır  ki,  arqun  vəhşi  ayğırla  ev  madyanının 
balasına deyilir (MK 1. 2006. 164). 
XVI  əsrdə  qədər  Kür  çayının  sol  sahilində 
Çuqureti  adlı  şəhər  olmuşdur  (Бакрадзе,  Берзенов 
1870.  86).  Buna  uyğun  olaraq  Dədəmiz  Qorqudun 
kitabında Qara Çuxur eponimi var. Dastanda deyilir: – 
Oğuz  elində  4  igid  üzüniqablı  gəzərdi.  Onların  biri 
Qara Çuxur idi. 
Dastanda igidlər belə öyülür: – Atdığı sapan daşı 
yerə  düşməzdi,  yerə  düşsə  toz  kimi  sovrulardı.  Daşın 
oyduğu süxurda 7 il ot bitməzdi. Çuqureti və Qara Çu-
xur  motivi  arxaik  türk  inancından  gəlir.  Abşerondakı 
Qaraçuxur qəsəbəsinin adı həmin motivə bağlıdır. 
 İberiya çarı I Barsmanın nəslindən Azuk adlı çar 
çıxmışdır. L.M.Meliksetbekova görə, həmin Azuk elə 
Arzuk  və  ya  Arsokdur  (Меликсетбеков  1938.  29). 
Azuk çarın totem adı olub, ayıya tapınma ilə bağlıdır. 
Qıpçaq  qrupu  dillərində  ayıya  azıx,  azuk  deyilir. 
İberiyadakı  Azux  kəndinin  və  Qarabağdakı  Azıx  ma-
ğarasının  adları  eyni  mənşəlidir.  XIX  əsr  rus  sənəd-
lərində  Azıx  kəndinin  adı  Azuk  kimi  göstərilmişdir 
(Сборник сведений о Кавказе. т. 3, Тифлис, 1875). 
Eyni  zamanda  Azuk  nəslindən  XI  əsr  “erməni” 
tarixçisi  Asoxik  çıxmışdır.  Asoxikin  xristian  adı  Ta-
ronlu Stepandır (Абегян 1975. 139-140, 290). Erməni 
dilçiləri  iddia  edirlər  ki,  Asoxik  tarixçinin  ləqəbidir. 
Tutaq  ki,  belədir.  Erməni  alimi  nəyə  görə  özünə  türk 
Albaniyadakı 
Arqunakert 
yaşayış 
məskənini 
türklərin Arqun 
nəsli salmışdır.  
Çuqureti və 
Qara Çuxur 
eyni mənşəli yer 
adlarıdır.  


 
 
ləqəbi  götürürdü?  V.V.Radlov,  V.V.Bartold,  K.Ş.Şa-
niyazov yazırlar ki, Azıx/Azuk qıpçaq tayfasıdır (Рад-
лов 1893. 129; Шаниязов 1974. 135; Бартольд 1965. 
533). 
Biz  o  firkin  tərəfdarı  deyilik  ki,  Azuk  nəslinin 
hamısı Albaniya və İberiyaya orta əsrlərdə qıpçaqların 
tərkibində gəlmişdir. İlk öncə ona görə ki, qıpçaqların, 
xəzərlərin,  bulqarların  Qafqaza  axınları  daha  əski 
çağlarda başlamışdır. Təsadüfi deyil ki, iber və gürcü 
salnamələrində  onlar  öncəki  qıpçaqlar  –  yeni  qıpçaq-
lar, qədim xəzərlər – yeni xəzərlər kimi xatırlanırlar. 
Misirli Ptolomeyin  (e. ö.  III  əsr)  zamanında Nil 
çayının  aşağı  axarında  Asoxis  adlı  şəhər  olmuşdur 
(Иосиф  Флавий  1991.  44).  Asoxis  Azıx  etnosunun 
yurdu deməkdir, -is yunan şəkilçisidir. 
Azıx nəsli güclənib, bir müddət Misirin bir neçə 
vilayəti üzərində hökmran olmuşdur. İosif Flavi kahin 
Manetona istinadən yazır ki, Asoxem Yeqipet çarı idi. 
O,  Antioxdan  qabaq  qoşun  yeridib,  Yerusəlimi  tutdu 
(Вигуру 1897. 413). 
Asoxem  “totemi  azıx  olan”  deməkdir.  Qədim 
yəhudi  mənbələrində  -em  şəkilçisi  teofor  mənşəli  ad-
lara  artırılır.  Əgər  eranın  I  əsrində  İberiyada  Azuk 
totem  adlı  tarixi  şəxsiyyət  vardısa,  deməli  Azıx  nəsli 
Albaniya və İberiyada daha əski çağlardan yaşamışdır. 
Gürcülərin  qədim  soyadlarından  biri  Kakabid-
zedir (Какабидзе 1967. 3-196). Kaka qədim  bir nəs-
lin  adıdır.  Həmin  nəsil  yalnız  Gürcüstanda  yox  (Ва-
хушти  1976.  246),  indiki  Türkiyə  ərazisində  də  ya-
şayırdı. Onlardan Xaxalı adlı qoşun başçısı çıxmışdır. 
Sərkərdə  Xaxali  Qonio  qalasının  rus  kazaklarından 
geri  alınmasında  böyük  igidlik  göstərmişdi  (Эвлия 
Челеби 1983. 218). 
Kaka  etnoniminə  e.  ö.  II  minilliyə  aid  Xett  abi-
dələrində  təsadüf  edirik.  Boğaz  köydən  tapılan  mixi-
Nil vadisindəki 
Asoxis şəhəri 
Azux qıpçaq 
boyunun əski 
yurd 
yerlərindən 
biridir. –is 
yunan 
şəkilçisidir. 
Azıx nəsli e. ö. I 
minilliyin 
sonlarında 
Misirdə şahlıq 
etmişdir. 


 
 
yazılı  kitabədə  göstərilir  ki,  Xaxali  xettlərə  düşmən 
olan etnoslardan biridir (Гиоргадзе 1985. 221). 
Kaka nəslinin bir qolu Troyanın işğalından sonra 
İtaliyaya  köçmüş  və  Etrusk  tayfa  ittifaqına  qoşul-
muşdur.  Fikimizi  e.  ö.  I  minillikdə  Tibr  çayının  sağ 
sahilində  Kaka  yaşayış  məskəninin  olması  (Энеида 
680. 47) təsdiq edir. 
Kakabidze  və  Kekelidze  oxşar  soyadlarıdır.  Ke-
kelidze  nəslindən  tanınmış  gürcü  alimi  K.S.Kekelidze 
çıxmışdır (Кекелидзе 1973. 3. 210). 
Vaxtilə  Şamaxıda  Qeqeli  (Список  1922.  78), 
Zəngilanda Gəgəli (Ərazi 1979. 48) kəndlərinin olma-
sı  göstərir  ki,  Kaka,  Keke  nəsilləri  Azərbaycanda  da 
yaşanmışdır. 
Mahmud Kaşğarinin “Divan”ında kəklik kekəlik 
adı ilə verilmişdir. Ehtimal ki, Kakabidze və Kekelid-
ze soyadları kəkliyə tapınma ilə bağlıdır. 
Gürcü  dilinin  tarixi  onomaloji  leksikasının  təd-
qiqi  bir  daha  göstərir  ki,  Azərbaycan  xalqının  əc-
dadları  Kür  boyunda  baqrationlardan  qabaq  yaşamış-
dır. 
İudeyada  e.  ö.  I  minillikdə  Soqana  adlı  şəhər 
olmuşdur  (Иосиф  Флавий  1991.  203,  482).  Belə 
hesab  edirik  ki,  Borçalı  mahalında  qeydə  alınmış 
Soğanlı eli (Budaqov, Qeybullayev 2002. 144) onların 
son qalıqlarıdır. 
Q.Ə.Qeybullayevə  görə,  Soğanlı  eli  Qafqaza 
XIII  əsrdə  monqolların  tərkibində  gəlmişdir  (Buda-
qov,  Qeybullayev  2002.  281).  Ancaq  mənbələrin  təd-
qiqi  göstərir  ki,  onlar  Ön  Asiyada  eradan  əvvəl 
yaşayırdılar. 
Dədəmiz Qorqudun kitabında Soqan Sarı eponi-
mi  var  (Бартольд  1999.  235).  İberiya  folklorunda  və 
yazılı  mənbələrində  sarı  rənglə  bağlı  antroponimlər 
çoxdur. Onlardan biri Sarı Danadır. Sarı Dana soyadı 
bədii tərcümələrdə Sari Dan, Sari Dana, salnamələrdə 
Soğanlı eli 
Gürcüstanda 
gürcülərdən 
qabaq yurd 
salmışdır. 
İudeyadakı 
Soqana 
şəhərinin əhalisi 
onların qədim 
əcdadlarıdır. 
Kaka nəslinin 
bir qolu 
Troyanın 
işğalından 
sonra İtaliyaya 
köçmüşdür. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə