İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə57/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   50   51   52   53   54   55   56   57   58

 
 
yaşadığını  görmüşdü  (Бартольд  I,  1963.  539).  Tu-
rukların  başqa  bir  qolu  Kızıl  Turuk  adlanırdı.  Tuva 
vilayətindəki  Kızıl  Turuk  dağı  (Вайнштейн,  Денисо-
va 1977. 79-87) onların yaylağı olmuşdur. 
Turuxmen  etnik  adının  kökündə  turuq  sözü 
durur.  Kalmıklar  XVII  əsrdə  Balxan  dağlarına  basqın 
etmiş,  Qara  boğaz  gölünün  sahilindəki  türkmənlərin 
bir hissəsini əsir edib, şimal-şərqi Qafqaza köçürmüş-
lər.  Həmin  türkmənlər  özlərini  Turuxmen  adlandırır, 
Maxtimqulunu öz milli şairləri kimi sevirlər. Buradan 
aydın  görünür  ki,  son  əsrlərə  qədər  türkmən  dilində 
türk və turuk etnonimləri paralel şəkildə işlənmişdir. 
L.N.Qumilyov  yazır  ki,  Çin  mənbələrindəki 
tukyuların əsl adı Turuk olmuşdur (Гумилев 1960. 24, 
32). Çin dilində -r səsi olmadığına görə, onlar türk və 
turuk etnik adlarını tukyu kimi yazıya almışlar. 
Sinoloq  İakinf  Biçurin  yazır  ki,  həmin  Tukyu, 
yəni Turuk ailəsindən karluklar çıxmışdır (Бичурин I. 
1950. 347). 
Məlumdur  ki,  Karluk  qədim  türk  etnoslarından 
biridir.  Ağüzlü,  sarışın  saçlı,  yaraşıqlı  adamlar  olan 
karlukların  əsas  hissəsi  Özbək  xalqının  mənşəyinə 
daxil olmuşdur (Шаниязов 1964. 3. 195). 
Zahirəddin Məhəmməd Baburun yazdığına görə, 
Əmir  Teymurun  zamanında  turuklar  Orta  Asiyanın 
güclü tayfalarından biri olmuşdur (Бабур 1958. 77). 
Türk və turuk sözlərinə tarixi antroponimlərimiz 
arasında  titul  və  ləqəb  kimi  də  rast  gəlirik.  VI  əsrdə 
yaşamış  qərbi  türk  xaqanlarından  birinin  adı  Kara 
Çurin Türk Bake olmuşdur (Гумилев 1967. 118). 
Öncə qeyd etdiyimiz kimi, erməni və gürcü təd-
qiqatçıları buntürklərin türk olduqlarını təsdiq edirlər. 
Ancaq onu da nəzərə çatdırırlar ki, buntürklərlə sonra-
kı  türklər  arasında  etnogenetik  baxımdan  müəyyən 
fərqlər  olmuşdur  (Шопен  1866.  330).  Bu  fikir  tam 
olmasa  da,  qismən  doğrudur.  Çünki  Fələstində  yaşa-
Sarı uyğurların 
şaman 
əcdadlarından 
biri Turuk 
olmuşdur. 
Qədim Çin 
salnamələrin-
dəki tukyular 
elə turuklardır. 
Buntürklərin 
Kür çayı 
boyunda əsas 
iqamətgahı 
Sarıkine şəhəri 
idi. 


 
 
yan  türklər  Şumer  şəhər  dövlətlərinin  süqutundan 
sonra  Ərəbistan  səhralarından  gələn  samilərlə  qarış-
mış,  Finikiyadan  Karfagenə,  Mesopotamiyadan  İberi-
yaya qədər yayılmışlar. 
Türklər e. ö. IV-III minilliklərdə Kam nəslindən 
Kuş  tayfa  ittifaqının  tərkibində  idilər.  Musa  Xorenli 
yazır ki, Turkion-Türkün övladları Pasxam nəslindən-
dir  (Хоренский  1808.  147).  Pasxam  –  Kam  nəslinin 
başçısı deməkdir. 
Semitoloq  –  Traçevski  yazır  ki,  Kam  mənşəli 
Kuş  nəsilləri  Dəclə  və  Fərat  çayları  arasından  Fələs-
tinə  köçəndən  və  samilərlə  qatışandan  sonra  Pun  adı 
aldılar  (Трачевский  1889.  45).  Deməli,  Pun  bütün 
türklərə  yox,  e.  ö.  23-cü  əsrdə  Şumerin  Ur  şəhərinin 
süqutundan sonra Fələstinə köçən turanlı (Трачевский 
1889. 47. 52) türklərə deyilmişdir. 
Sonra  punların  bir  qolu  Nil  vadisinə,  bir  qolu 
Tunis  yaxınlığına  köçdü.  Tunisə  köçən  punlar  Aralıq 
dənizi  sahilində  Kartagen  (Karfagen  şəhərin  yunan 
adıdır) şəhərini saldılar. Buntürkərlə italiklər arasında 
e. ö. 261-146-cı illər arasında baş verən müharibə Pun 
müharibəsi adlanır (Трачевский 1889. 286). 
Nil vadisinə köçən Kuş övladlarının kahini Mena 
Misirdə  ilk  firon  oldu  və  Mena  (yunanca  Memfis) 
şəhərini saldı (Трачевский 1889. 24). Kahin Menanın 
Misirdə  qurduğu  dövlət  punlaşmamış,  yəni  samiləş-
məmiş türklərin dövləti idi. Onlar e. ö. 23-cü əsrdən – 
hiksosların Nil vadisinə basqınından sonra sami mən-
şəli etnosların assimilyasiyasına uğradılar. 
Traçevski yazır ki, Kuş və ya Turan etnoslarının 
dili  fin  dilinə  bənzəyirdi.  Onların  maddi-mədəniyyət 
nümunələri bürünc dövrünə aiddir (Трачевский 1889. 
44). 
Pun sözü türk dillərində bir çox mənalara malik 
olmuşdur.  M.Qaraqoyunlunun  “Fərhəngi-türki”  lüğə-
tində bun sözü “kədər”, “qüssə” mənalarında verilmiş-
Musa Xorenliyə 
görə, Türk Baş 
Kam nəslindən-
dir. 
Bun sözü türk 
dillərində: 1. əsl 
türk, 2. yerli 
türk, 3. nizənin 
ucluğu, 4) kəllə, 
baş və s. 
mənalar 
bildirir. 


 
 
dir  (Baxşəliyeva  2009.  79).  Dədəmiz  Qorqudun  kita-
bında da bun sözü həmin anlamdadır. 
İberlər  nizənin  dəmir  ucluğuna  bun  deyirdilər. 
H’Aylar  isə  bun  bir  şeyin  kökünə,  əsasına  deyirdilər 
(Марр 1914. 48, 49, 50). 
N.Y.Marra  və  İosif  Kipşidzeyə  görə  buntürk 
“əsil türk”, “yerli türk” deməkdir. L.M.Meliksetbekov 
onlarla razılaşmır. Güman edir ki, buntürk huntürk de-
məkdir  (Меликсетбеков  1939.  5.).  L.M.Meliksetbe-
kovun  fikri  ilə  razılaşmaq  olmaz.  Çünki  hunların 
tarixdə  görünməsindən  çox  qabaq  buntürklər  Suzda, 
Şumer və Misirdə dövlətlər qurmuşdular. 
N.Y.Marr  yazır  ki,  pun  sözü  iberlərin  dilinə 
Suzdan  gəlmədir  (Марр  1914.  49-50).  Suz  kitabələ-
rinin  dili  türk  və  fin  dillərinə  qohum  olmuşdur.  Bu 
barədə  alman  alimi  F.H.Baysbax  1890-cı  və  1911-ci 
illərdə Leypsiqdə nəşr etdirdiyi kitablarında geniş mə-
lumat  vermişdir  (Weissbach  1890.  3-241:  Weissbach 
1911. 3-41). 
Eradan  əvvəl  V  əsrdə  əhəmənilərlə  vuruşa-
vuruşa Kür çayı boyunda yurd salan (Патканов 1883. 
250),  e. ö.  IV  əsrin sonlarında  Sarkine şəhərində Ma-
kedoniya  qoşunları  ilə  vuruşan  buntürklər  (Картлис 
Цховреба 1905. 203) həm bizim əcdadlarımızdır, həm 
kartvellərin. Çünki gürcü xalqı yəhudi mənşəli baqra-
tionlarla Kənan və Turan mənşəli iberlərin, türenlərin, 
xəzərlərin,  buntürklərin  qatışması  nəticəsində  yaran-
mışdır. 
Z.A.  Raqozina  “Assuriya  tarixi”  kitabında  yazır 
ki,  Pun  Kənan  tayfasıdır  (Рагозина  1902.  492).  Mə-
lumdur ki, Yaqub peyğəmbərin və Yusifin tayfası olan 
Kənan  Turan  köçəriləri  ilə  əkinçi  yəhudilərin  qatışı-
ğından  ibarət  idi.  Yəhudilər  əkinçiliklə  məşğul  olur. 
Çobanlar  onları  düşmənlərdən  qoruyurdu  (Траче-
вский 1889. 52). 
Pun sözü İber 
dilinə Suzdan 
gəlmişdir. 
Ər Bunun-
Süleyman 
peyğəmbərin 
sarayının giriş 
zalı Boğaz, sol 
kiçik zalı İaxin 
(yaxın), sağdakı 
böyük zalı Ulam 
adlanırdı. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə