İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə48/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   44   45   46   47   48   49   50   51   ...   58

 
 
21;  Никольский  1896.  82).  Nəzərə  alsaq  ki,  Arme-
nakın totem adı Alagözdür, deməli Çolak Alagöz nəs-
lindən  çıxmışdır.  Alagöz  dağının  ətəyindəki  Çolakert 
yaşayış məskəni  XIX əsrə qədər qalır, yerli əhali hə-
min kəndi Çolax adlandırdı (Никольский 1896. 73). 
Çolak  nəslinin  son  nümayəndələri  özlərini  Ço-
laxlı  və  Axsaxlı  adlandırır,  ayrımlar  arasında  yaşa-
yırdı. Yesayi Həsən Cəlallının yazdığına görə, onların 
yaylağı hardasa Gəncə yaxınlığında olmuşdur (Хасан 
Джалалян  1989.  46).  Çolaxlı  nəslinin  başqa  bir  qolu 
XVI  əsrdə  Anadoluda  köçəri  yürüklər  arasında  qeydə 
alınmışdı (Еремеев 1969. 11). 
Çolax nəslinin xristian qolu XI əsrdə səlcuqların 
təzyiqilə  Krıma  köçmüşdür.  Belə  hesab  edirik  ki, 
Sudak  şəhərinin  monaxının  1249-cu  ildə  yazdığı  sal-
namədə  adı  çəkilən  türk  əsilli  xristian  din  xadimi 
Çolak  (Посольство…  Имеретию  1926.  220)  onların 
son nümayəndələrindən biridir. 
Gürcülərin  knyaz  nəsillərindən  biri  Tumanişvili 
(Чубинашвили  1948.  117),  sonralar  isə  Tumanov 
(Хаханов  2020.  11)  adlanırdı.  Tumanişvili  gürcü  fa-
miliyası türk dillərindəki Duman sözündən törəmişdir. 
XIX əsrdə özbəklərin bir tayfası Tuman adlanır-
dı (Budaqov, Qeybullayev 2002. 179). Fəzlullah Rəşi-
dəddinə  və  Əbülqazi  Bahadur  xana  görə,  türkmən 
tayfa  başçılarından  biri  Tuman  xan  olmuşdur  (Раши-
даддин 1987. 111. 71). Eyni zamanda, Misirin çərkəz 
əsilli  sultanı  Tuman  bay  adı  daşıyırdı.  O,  Sultan 
Səlimin çağdaşı idi (Faruk Sümər 1992. 348). 
Dədəmiz  Qorqudun  kitabında  Duman  tayfasının 
Gürcüstandakı iqamətgahı Tumanın qalası adlandırılır 
(KDQ  1988.  118).  Sonralar  gürcülər  həmin  şəhərin 
adını  Dmanisi şəklinə salıblar. 
Tuman  tayfasının  əsas  hissəsi  Ərəb  xilafəti 
dövründə şimal-şərqi Qafqazda yaşayırdı. Əhməd ibn-
Asam əl-Kufi (X əsr) yazır: – Mərvan İbn-Məhəmməd 
Gürcülər 
Duman 
qalasının adını 
Dmanisi şəklinə 
salıblar.  


 
 
Sərirdən  sonra  Tuman  qalasını  tutdu.  Qalanın  hakimi 
hər  il  Dərbəndə  gəlib,  xərac  verməli  idi  (Ахмад  ибн 
Асам ал-Кифи 1982. 55). 
N.A.Baskakova görə, Tumansкий rus familiyası 
türk mənşəli olub, tümen, yəni çoxluq sözü ilə bağlıdır 
(Баскаков  1979.  199-200).  Düzdür,  tuman,  yəni  du-
man sözündə çoxluq anlamı var. Duman çoxlu damcı-
lardan  ibarətdir.  Ancaq  duman  etnonimi  birbaşa  çox-
luqla yox, dumana sitayişlə bağlıdır. 
Kayı  İnal  xan  öləndən  sonra  oğlu  olur.  Bayat 
boyundan Korkut məsləhət bilir ki, uşağa Tuman, yəni 
duman adı qoysunlar. Divan adamları razılaşmırlar ki, 
bu  ad xan  oğluna  yaraşmaz.  Korkut  deyir:  –  Düzdür, 
duman yolları görünməz edir, yolçuları azdırır. Ancaq 
onun  xeyri  zərərindən  daha  çoxdur,  çünki  çöllərə 
nəmlik  gətirir,  otları  göyərdir,  sürülər  otlayıb  kökəlir 
(Рашидаддин 1987. 71). 
Əski  türk  inancında  dumana  ikili  münasibətin 
izlərini  başqa  şəxs  adlarında  da  görürük.  Çobani  şah-
larından birinin adı Kor Duman olmuşdur. Övliya Çə-
ləbi  yazır  ki,  onun  qəbri  Ərzincan  şəhəri  yaxınlı-
ğındadır (Эвлия Челеби 1983. 246). 
Q.Ə.Qeybullayev yazır ki, Duman tayfasının adı 
ərəb mənbələrində ilk dəfə VII əsr hadisələri ilə bağlı 
çəkilir (Budaqov, Qeybullayev 2002. 178). Əksinə, e. 
ö.  II-I  minilliklərə  aid  mixiyazılı  kitabələrdə  onların 
Anadoluda və Elamda daha öncədən yaşadıqları göstə-
rilir.  E.  ö.  II  minilliyə  aid  Xett  sənədlərində  Duman 
ölkəsindən,  şəhərindən  və  etnosundan  bəhs  edilir. 
Bundan əlavə, Orta Anadoludan tapılan Kül təpə mixi 
yazılarında  Tuman  qonşu  ölkənin  patriarxıdır  (Ян-
ковский 1968. 102; Капанцян 1947. 128; Арутюнян 
1985. 104. 180). 
Elam  hökmdarlarından  birinin  Tuman  adı  (e.  ö. 
663-653)  idi.  Assuriya  hökmdarı  Aşşurbanipal  ilə 
döyüşdə  öldürülən  Tumanın  adı  assur  kitabələrində 
Çolax 
iberlərdən 
qabaq, 
h’ayların hakim 
nəsillərindən 
biri idi. 
Duman indiki 
Türkiyə 
ərazisində: 1. 
etnos, 2. şəhər, 
3. ölkə 
olmuşdur. 


 
 
Teumman kimi yazıya alınmışdır (Никольский 1896. 
68; Юсифов 1968. 86). 
Belə  hesab  edirəm  ki,  Ön  Asiyanın  qədim 
etnoslarından  biri  olan  Duman  e.  ö.  VII  əsrdən  - 
əhəmənilərin  zühurundan  sonra  Qafqaz  dağlarının 
ətəklərinə çəkilmişdir. 
A.S.Xaxanov  yazır  ki,  gürcülərin  Kosidze  və 
Kozişvili  nəsilləri  Pompeylə  vuruşan  Albaniya  çarı 
Kuzunun  törəmələridir  (Хаханов  1897.  159).  Bizim 
üçün  maraqlıdır  ki,  yəhudi  mənşəli  gürcü  arxeoloqu 
A.S.Xaxanov Plutarxın Kozis kimi göstərdiyi bu tarixi 
şəxsiyyətin adının Quzu olduğunu təsdiq edir. 
Kuzu  Anadolunun  qədim  etnoslarından  biri 
olmuşdur. Fikrimizcə, İtaliyada Etrusk tayfa ittifaqına 
qoşulan  Kozi  (Энеида  680.  105)  nəsli  onların  bir 
qoludur.  Troyanın  işğalından  –  e.  ö.  1260-cı  ildən 
sonra onlar Eneyin arxasınca İtaliyaya köçmüşlər. 
Kuzu etnonimi qoyuna sitayişlə bağlıdır. Qoyuna 
sitayişlə  bağlı  alban  və  iber  dillərində  kozman  etnik 
adı  mövcud  olmuşdur.  İberiyanın  ilk  xristian  müqəd-
dəslərindən  biri  Kozman  İqrexelidze  idi  (Джанаш-
вили 1908. 330). Eyni zamanda, Albaniyanın xristian 
şəhidlərindən  birinin  totem  adı  Kozman  olmuşdur 
(Albaniya  tarixi  1993.  76).  İqrex  və  Kozman  türk 
sözləridir.  İqrek  arxaik  hərbi  termin  olub,  kəmənd 
deməkdir. Kozman isə 12 yaşar qoça deyilir. 
Kozman  şəxs  adı  son  zamanlara  qədər  gürcü 
dilində mövcud olmuşdur. XVII əsrdə yaşamış İmereti 
yepiskopu  Kozman  soyadı  daşıyırdı  (Вахушти  1976. 
242).  XX  əsrin  əvvəllərində  Borçalı,  Qori  və  Qazax 
qəzalarında  Kozman  adlı  kəndlər  vardı  (Пагиров 
1913. 138). 
Gürcülərin  bir  nəsli  Arquniani  soyadı  daşıyırdı. 
Bundan  əlavə,  Albaniyanın  Baq  vilayətində  Arquna-
kert  kəndi  vardı  (Albaniya  tarixi  1993.  198).  İndiki 
Qarasu  çayı  Arsak  nəslindən  I  Tiranın  zamanında 
İberiyanın 
Kosidze və 
Kozişvili 
nəsilləri 
Albaniya çarı 
Quzunun 
törəmələridir. 
Quzu nəslinin 
bir qolu 
Troyanın 
işğalından 
sonra İtaliyaya 
köçmüşdür. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə