İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə51/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   47   48   49   50   51   52   53   54   ...   58

 
 
Musa Xorenli Anca nəslini Ancevaçik adlandırır. 
Yazır  ki,  Ancevaçik  Bosfor  mahalının  bir  vilayətidir 
(Хоренский  1893.  293).  Nəzərə  alsaq  ki,  qədim 
Bosfor mahalı indiki Naxçıvan Muxtar Respublikasını 
əhatə  edirdi,  deməli  Anca  –  sonrakı  İncə  nəsli  Araz 
çayı  boyunda  əskidən  yaşamış,  sonralar  şimala  köç-
müşdür.  İ.İ.Şopen  yazır  ki,  Ancevaçik  qəbiləsi  əvvəl-
lər  Bosfor  mahalının  cənubunda  yaşayırdı  (Шопен 
1866. 166). 
E. ö. II minilliyə aid Xett kitabələrində Anca öl-
kəsi Ancaka kimi göstərilmişdir (Капанцян 1947. 50). 
Ancak  Anca  etnoniminin  arxaik  formasıdır.  -a,  -ia 
ölkə,  etnik  mənsubiyyət  bildirən  şəkilçidir  (Хинц 
1987. 17; Марр 1927. 86; Мещанинов 3166. 45). 
E. ö. II-I minilliyə aid assur mixiyazılı kitabələ-
rində  Anca  nəslinin  adı  Ancak  formasındadır.  İranın 
Nayafehabad  kəndindən  tapılan  kitabədə  Assuriya 
hökmdarı  II  Sarqonun  dilindən  deyilir:  –  Ancak  xal-
qının  ölkəsinə  yaxınlaşdım,  şəhərlərini  tutdum  (Sol-
maz Qaşqay 2006. 44). 
Əgər e. ö. I minilliyin əvvəllərində ansakların öl-
kəsi və şəhərləri varmışsa, deməli o zaman onlar Araz 
çayının  cənubunda  yaşayan  güclü  etnoslardan  biri 
olmuşlar. 
“Bibliya”da  Ancakın  adı  Y’Encak  kimi  xatırla-
nır. Göstərilir ki, onların bir knyazı çar və peyğəmbər 
Daviddən sonra yaşamışdır (Шопен 1866. 48). 
Musa Xorenli Anca nəslinin patriarxlarını Y’En-
sak, Anca övladlarını Ancevaçik, Anca dərəsini Anca-
xadzor,  Anca  nəslindən  çıxan  döyüşçüləri  Y’Encaetsi 
adlandırır (Хоренский 1893. 289, 293, 297). Göstərir 
ki, Ancak H’Ay və Malxaz nəslindən çar olub, assur-
lara  vergi  verirdi  (Хоренский  1893.  297;  Шопен 
1852. 48, 58, 1242). 
Musa Xorenlidə 
Anca nəsli 
bəzən Y’Encak 
adlandırılır. 
Yəhudilər 
Ancakı Avdan 
adlandırırdılar. 


 
 
Asoxikin  (XI  əsr)  yazdığına  görə,  Y’Encak 
H’Ayın sonrakı törəmələrindən olub, e. ö. 1242-ci ildə 
hakimiyyətə gəlmişdir (Асохик 1964. 245). 
Ancakın  H’Ay  nəslindən  çıxması  heç  də  onun 
erməni olması demək deyil. Bizim üçün maraqlıdır ki, 
Albaniyanın  Yafəs  və  Aran  nəslindən  ilk  hökmdar-
larından  biri  Ancak  olmuşdur  (Albaniya  tarixi  1993. 
19). 
Suriya  salnamələrində  bəzən  Ancak  etnonimi 
Y’Encak  formasında  göstərilmişdir.  Yəhudilər  isə 
Ancakı  Avdon  adlandırırdılar  (Хоренский  1808.  35, 
84). 
Ancak  nə  h’ay,  nə  alban,  nə  də  yəhudi  nəslidir. 
Onlar Ön Asiyanın qədim etnoslarından biri olub, e. ö. 
XIV-XIII  əsrlərdə  güclənərək  kənanlar,  h’aylar  və 
albanlar üzərində hökmranlıq etmişlər. 
Misir  tarixçisi  an-Nuveyni  (XIV  əsr)  yazır  ki, 
Nil  vadisində  yaşayan  11  qıpçaq  tayfasından  biri 
özünü  Ancaoğlu  adlandırır  (Шаниязов  1974.  76). 
Deməli,  Anca  başqa  qıpçaq  nəsilləri  ilə  birgə  Ana-
doludan  Krıma  köçmüş,  oradan  dəniz  yolu  ilə  Misirə 
gəlmişdir. 
Şəkidə  İncək,  Qazaxda  İncə,  keçmiş  İrəvan 
quberniyasında İncəli (Шопен 1852. 495) kəndlərinin 
olması  göstərir  ki,  qədim  Ancak  nəslinin  bir  hissəsi 
Azərbaycanda məskunlaşmışdır. 
XVIII  əsrdə  yaşamış  gürcü  katolikoslarından 
birinin  adı  Besarion  olmuşdur  (Вахушти  1976.  120). 
Bu adın kökündə totem mənşəli Basar  etnonimi durur. 
Basar  və  Keçər etnosları birləşərək  Basarkeçər maha-
lını yaratmışlar. 
Qədim  türk  abidələrindən  III  Uybat  kitabəsində 
belə  bir  cümlə  var:  –  Bəg  ərigcə  sabıkbasar  eçimiz  – 
Bəy ərənlik, igidlik qaydasına görə, sabıkbasar böyük 
qardaşımızdır (Rəcəbov, Məmmədov 1993. 276). 
Albaniyanın 
Yafəs və Aran 
nəslindən ilk 
hökmdarların-
dan biri Ancak 
olmuşdur. 
 
Misirin 14 
qıpçaq 
boyundan biri 
Ancaoğlu 
adlanırdı. 
İncək və İncəli 
kəndlərinin 
əhalisi bir 
zaman 
Albaniyada 
hökmranlıq 
etmiş Ancak 
nəslinin son 
qalıqlarıdır. 


 
 
Sabıkbasar  monoteizmdən  qabaq  totem  olmuş 
itin  bir  cinsinin  adıdır.  İndi  də  Azərbaycan  tərəkə-
mələri çoban itlərinə Qurdbasar, Ayıbasan adları verir-
lər  (Azərbaycan etnoqrafiyası. I, 1979, 231). 
K.Ş.Şaniyazov  yazır  ki,  Basar  qıpçaq  tayfala-
rından biridir (Шаниязов 1974. 131). 
XI  əsrdə  yaşamış  çar  Beşkenin  gəlininin  adı 
Köşək olmuşdur. Gürcü salnamələrində həmin qadının 
adı  Xoşak  və  Xoaşak  formalarında  yazıya  alınmışdır 
(Джанашвили 1908. 241). Bundan əlavə, çar Georgi-
nin qıpçaq əsilli Xоşak Çokali adlı sərkərdəsi vardı. O, 
çar öləndə Kubasarın və Kutlu Arslanın tərəfində çari-
ça  Tamara  qarşı  çıxmışdı  (История  Грузии  1946. 
214). 
Xoşak  qadın  adı  dəvə  balasına  tapınma  ilə 
bağlıdır.  Türk  dillərində  dəvənin  balasına  xoşək,  kö-
şək deyilir. Bundan əlavə, Azərbaycan dilinin ləhcələ-
rində  ağacın  meyvələri  yetişməmiş  dibinə  töküləndə 
deyirlər  ki,  ağac  xoşəklədi.  XIX  əsrin  ortalarında 
İrəvan quberniyasında Köşəkli kəndi qeydə alınmışdır 
(Шопен 1852. 495). 
E. ö. VII əsrdə Midiyada Köşək adlı kənd vardı. 
Erməni  tarixçiləri  həmin  kəndin  və  adını  Xoşakunik 
kimi  yazıya  almışlar  (Алиев  1960.  255).  Bu  da 
“Köşək nəslindən olanlar” deməkdir. 
Çokali  soyadına  gəldikdə  o,  etononim  mənşəli-
dir. Çoka, yəni Cuğa nəslinin yuxarı Araz çayı boyun-
da  məbədi  vardı.  Orada  xristianlıqdan  qabaq  buğa 
bütü qoyulmuşdu (Шопен 1866. 276). 
Musa  Xorenliyə  istinadən  tərtib  edilən  VII  əsr 
“Erməni  coğrafiyası”nda  göstərilir  ki,  Çuğa  və  ya 
Cuqa  Qoxten  mahalında,  Araz  çayının  sahilində, 
Naxçıvanın  30  verstliyində  qədim  şəhərdir  (Хоренс-
кий  1893.  293;  Шопен  1852.  64).  Cuğa  nəslinin  bir 
qolu  şimala  köçmüş,  Kutais  quberniyasında  Çoqa 
qəsəbəsini  (Географ  IV.  2874.  719,  738)  salmışdır. 
Çar Beşkenin 
qızının adı 
Köşək 
olmuşdur. 
Naxçıvandakı 
Cuğa şəhəri 
Çoqa nəslinin 
qədim 
yurdudur. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə