İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə46/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   42   43   44   45   46   47   48   49   ...   58

 
 
sındakı düşmənçilik açıq bir şəkil aldı. Alağöz dağının 
ətəyindəki Tula dərəsində döyüş oldu. Afşinin qoşunu 
məğlubiyyətə uğradı (Səid Nəfisi 1940. 137). 
Tula  kultu  haqqında  ən  qədim  bilgilər  e.  ö.  II 
minilliyə aid Misir mənbələrindədir. “Ölülər kitab”ın-
da  Tola  mifik  qəhrəmandır.  O,  çay  ilə  yuxarı  üzərək 
Dadu  adlı  yerə  çatır.  İ.İ.Meşşaninov  güman  edir  ki, 
həmin  çay  Kür  çayı,  Dadu  Qafqaz  dağlarıdır  (Меща-
нинов 1927. 37). 
Yəhudi  tarixçilərinə  görə,  Tula  Kənan  nəslinin 
knyazlarından biri olub, e. ö. 1349-cu ildə hakimiyyə-
tə gəlmişdir (Шопен 1866. 48). Henrix Qrets isə belə 
hesab edir ki, Tula Avimelixin əmisi və ya dayısı oğ-
ludur (Генрих Грець 1. 127). Musa Xorenlinin fikrin-
cə, yəhudi mənbələrindəki Avimelex, elə Suriya salna-
mələrindəki Ambakdır. 
İosif Flaviyə (I əsr) görə, Avimelex, yəni Ambak 
Kedarın  kənizdən  olan  oğludur  (Иосиф  Флавий 
52390.  276). Məlumdur  ki,  Kedar və  ya Heydər  baba 
övladları Azərbaycanın ən qədim nəsillərindən biri ol-
muşdur.  Deməli,  kedarların  bir  qolu  olan  Tula  bir 
zaman Kənan tayfa ittifaqının tərkibində Azərbaycan-
dan Misirə köçmüş və yenidən vətənə dönmüşdür. 
Musa  Xorenli  yazır  ki,  Tola  Kənan  (Kentuni) 
mənşəli  H’Ay  knyazıdır  (Шопен  1866.  48).  Onun 
nəsli  Misirə  köçüb  getmişdir.  Tulanın  H’Ay  knyaz-
larından  biri  olması  hələ  onun  erməni  olması  deyil. 
İltisaqi  dilli  Ay  və  ya  H’Ay  nəsli  ermənilərin  yox, 
bizim əcdadlarımızdır. 
Kür  çayının  sağ  sahilindən  tapılan  IV-V  əsrlərə 
aid bir yəhudi baş daşında yazılıb: – Bu qəbir İosif bar 
Qazanındır (Апакидзе 1968. 200-201). Bundan əlavə, 
Loridə kilsə divarına yazılan duada başqa bir Qazanın 
adı çəkilir (Марр 1911. 145). Adları çəkilən hər 2 mü-
qəddəs türkdür. Ancaq onların biri yəhudi, biri xristian 
dinli olmuşdur. 
Tula Kənan 
nəslindən olub, 
çar və 
peyğəmbər 
Davidin 
dönəminə yaxın 
yaşamışdır. 
Tula Kənan 
torpağından 
Misirə köçən, 
sonra oradan 
Albaniya və 
İberiyaya dönən 
türk 
etnoslarından 
biridir. 


 
 
Gürcüstanın ruslar tərəfindən işğalına qədər Qa-
zan  mahalı  ayrıca  bir  eristavlıq  idi  (Вахушти    1976. 
42, 116), yəni etnik-inzibati vahid idi. Bu da onu gös-
tərir ki, son əsrlərə qədər Qazan nəsli qonşu ölkədə öz 
etnik  cizgilərini  qoruya  bilmişdir.  Erməni  salnamə-
lərində onların adı Ksan formasında yazıya alınmışdır. 
Kazan  Azov  dənizi  sahillərində  yaşayan  bulqar 
tayfalarından biridir. Onların bir hissəsi Volqa və Ka-
ma çayları arasına köçüb, Kazan şəhərini salmış (Сат-
таров  1985.  37;  Юсупов  1971.  229-230),  bir  hissəsi 
xəzər  və  suvarların  tərkibifndə  Güney  Qafqaza  gəl-
mişdir. Bundan əlavə, IV əsrdə Sünikə gələn hun tayfa 
başçılarından birinin adı və ya soyadı Kazan olmuşdur 
(История Агван 1861. 84). 
Q.F.Sattarov  Kazan  şəhərinin  adını  qaz  zoonimi 
ilə  bağlayır  (Саттаров  1971.  161).  N.A.Baskakov  isə 
belə  hesab  edir  ki,  türk  dillərindən  rus  dilinə  keçən 
Kazanoviç soyadı  qazan sözündən törəmişdir (Баска-
ков 1979. 246). 
Belə hesab edirəm ki, ikinci fikir daha doğrudur. 
Çünki qazan urza, bərəkət rəmzi idi. Qərbi Altaydakı 
Tuyaxtar kurqanlarından tapılan qəbirdə ölünün əlində 
ağac  qınlı  bıçaq,  ayağının  yanında  qazan  var  (Ögel 
1988. 144). 
IX əsrdə Kaxetidə Sapareli Arsen adlı salnaməçi 
yaşamışdır (Чуртавели  1978. 49).  O, sonralar  gürcü-
lərin katolikosu seçilmiş, 882-ci ölmüşdür (Меликсет-
беков 1939. 4). Sapareli Arsen – Safar nəslindən olan 
Arsen deməkdir. 
Ç.R.Qabaşvili  yazır:  –  Safar  şəhəri  Gürcüstanın 
qədim  tarixində  mühüm  rol  oynamışdır  (Габашвили 
1949. 6). O,  VI  əsrdə  İberiyanın  iri  şəhərlərindən biri 
idi  (Бакрадзе  1878.  362).  X-XI  əsrlərdə  orada  kitab-
xana  işi  inkişaf  etmişdi.  Həmin  dövrdə  Safar  müsəl-
man  şəhəri  idi.  Şərq  ədəbiyyatının  seçmə  nümunələri 
orada yerli dilə tərcümə edilirdi. 
Sapareli 
Katalikos Arsen 
türklərin Safar 
nəslindən 
çıxmışdır. 
Sapar nəsli 
İberiyada Safar 
şəhərini 
salmışdır. 


 
 
Bundan  əlavə,  Axalsix  şəhərinin    7  km-də  orta 
əsrlərdə  Safar  adlı  monastır  olmuşdur  (Габашвили 
1949. 16-17). Həmin monastırı Kaxetidən qərbə köçən 
Safar nəsli salmışdır. 
Safar qəbiləsi e. ö. II-I minilliklərdə indiki İraqın 
şimal-şərqində  yaşayırdı.  Onların  ölkəsi  qədim  kita-
bələrdə Sapar və Sippar adlandırılır (Арутюнян 1985. 
144; Рагозина 1903. 364, 366; Оппенхейм 1990. 21). 
Kir  Babili  tutanda  Safar  artıq  Babilin  bir  vilayətinə 
çevrilmişdi  (Рагозина  1903.  364,  366).  Belə  hesab 
edirik  ki,  Safar  nəsli  Qafqaza  Əhəmənilərin  təzyiqi 
nəticəsində köçmüşdür. 
Safar  teonim  mənşəli  etnonimdir.  E.  ö.  III 
minilliyin  sonlarında  iltisaqi  dilli  xattilərin  inancına 
görə  Saparua  tufan  tanrısı  idi  (Камменхубер  1980. 
29). Assur çarı III Salmanasar öz kitabəsinə belə cüm-
lə yazdırıb: – Musasirin 46 yaşayış məskəni ilə birlik-
də  Sapar  qalasını  tutdum  (Пиотровский  1959.  58). 
Deməli,  e. ö.  I minilliyin  əvvəllərində  Sapar 47  yaşa-
yış məskənindən ibarət ölkə olmuşdur. 
Gürcüstanda  məşhur  knyaz  nəsillərindən  biri 
Aslan  adlanırdı  (Хаханов  2020.  III).  Bundan  əlavə, 
XIII  əsrdə  Kaxeti və  Eretinin  Aq Arslan Bakurçi adlı 
hakimi  olmuşdur.  O,  baqrationların  tərəfdarı  deyildi. 
Monqolların  vassalı  kimi  hər  iki  vilayəti  idarə  edirdi 
(История Грузии 1946. 256). 
Çar  Georginin  Kutlu  Arslan  adı  qoşun  başçısı 
vardı.  O,  eyni  zamanda,  Lori  dərəsinin  hakimi  idi 
(Джанашвили  1900.  53).  Kutlu  xeyirli,  bərəklətli 
deməkdir. 
İberiyanın  xırda  knyaz  nəsillərindən  biri  Qoqol 
idi. Onların adı IX-X əsr salnamələrində Qoqol və Qo-
qel  variantlarında  yazıya  alınmışdır  (Бакрадзе  1887. 
27). 
Qoqol  nəslinin  az  bir  hissəsi  Don  və  Dnepr 
çayları  arasından  İberiyaya  gəlmiş,  çoxu  Ukraynada 
Əhəməni şahı 
Kir Babilin bir 
vilayətinə 
çevrilən Sapar 
ölkəsini tutdu. 
Bundan sonra 
Sapar nəslinin 
şimala doğru 
miqrasiyası 
başladı. 
Qoqol nəslinin 
bir qolu IX 
əsrdə Dnepr 
çayı boyundan 
İberiyaya 
köçmüş, Qoqel 
kəndinin və  
Qoqel 
monastırının 
əsasını 
qoymuşdur.  


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə