Musa Xorenli yazır ki, yəhudi mənbələrindəki
Solomonun – Süleyman peyğəmbərin əsil adı Arbun
olmuşdur. Əslində isə, yəhudilər Kənan və Pun mən-
şəli peyğəmbərin adını Solomon formasında öz dillə-
rinə tərcümə etmişlər (Хоренский 1808. 35. 84).
Çar və peyğəmbər Süleyman anrtopoloji cəhət-
dən samilərə bənzəmirdi. O, ulu babası gözəl Yusif
kimi yaraşıqlı, ağ üzlü, mavi gözlü, sarışın saçlı adam
idi.
Asoxik yazır ki, Arbun H’Ayın sonrakı törəmə-
lərindən olub, eradan əvvəl 1102-ci ildə hakimiyyətə
gəlmiş, Assuriyaya vergi vermişdir (Асохик 1864.
245; Шопен 1852. 1075). Arbun gah İudeya, gah
h’aylar üzərində hökmran olan çarın özünün yox, nəs-
linin adıdır. Arbun nəslindən çıxan çarlar ayrı dönəm-
lərdə İudeya və İsraildə, Van bölgəsində, Albaniyada
hökmranlıq etmişlər.
Musa Xorenli Arbunu çar hesab etmir. Yazır ki,
o, patriarx və ya qəbilə başçısı olmuşdur (Хоренский
1893. 33. 189). Albaniya tarixində göstərilir ki, çar
Arbun Yafəs nəslindən çıxmışdır (История Агван
1861. 31; Albaniya tarixi 1992. 19). Yafəs nəsilləri
iberlər, h’aylar, qismən albanlar və başqalarıdır.
Arbun etnonimi Urartu mixiyazılı kitabələrində
Erbun kimi yazıya alınmışdır. Bəzi assuroloqlar onu
Erbun, bəziləri İrpun kimi oxuyurlar. Belə hesab edi-
rik ki, Urartu çarı Argiştinin (Меликишвили 1960.
17, 250) e. ö. 782-ci ildə saldığı şəhərin adı Erpuni
yox, Erpun olmuşdur. -i mənsubluq bildirən şəkilçidir.
Sonralar Erbun şəhərinin adi İrəvan, Yerevan forma-
larına salınmışdır.
Erpun – sonrakı İrəvan punlaşmış erlərin, yəhu-
dilər üzərində hökmran olan türklərin yurdudur. Onun
İran və yunan mənşəli indiki ermənilərə aidiyyatı
yoxdur.
Erbun elə
İrəvandır.
İrəvan
punlaşmış
erlərin
şəhəridir.
Urartu qoşunları Göyçə bölgəsinə gələnə – e. ö.
782-ci ilə qədər Erpun etnosu Araz çayının şimalında
yaşayırdı. Ancaq onlar özlərinə qala tikməmişdilər.
Sonralar tikilən qala onların adı ilə Erpun, İrpun
adlandırılırdı.
Ermənilər tarixi mənbələrin astarını üzünə
çevirərək özlərinə qurama tarix yaratdılar. Həmin
tarixi uydurmalarından təmizləmək, olduğu kimi bərpa
etmək bizim vəzifəmizdir.
Dənizdən dənizə çapan İber atları
Ermənilərin xülyasına görə iki dəniz arası on-
ların tarixi vətəni olmuşdur. Əvvəlcə onlar iki dəniz
deyəndə Aralıq və Qara dənizi nəzərdə tuturdular.
Çünki Avropa dövlətləri onları Osmanlı dövləti əra-
zisində dövlət yaratmağa şirnikləndirirdi.
Ancaq vəziyyət onların istədikləri kimi olmadı.
Türkiyə azadlıq savaşından qalibiyyətlə çıxdı. Nəticə-
də erməni dövləti Qafqazda yaradıldı.
Ermənilər gələcək fitnəkarlıqlar üçün yeni plan
cızdılar. Guya onların tarixi vətəni Qara dənizlə Xəzər
dənizi arasında yerləşmişdir. Əslində indiki ermənilə-
rin əcdadları dənizdən dənizə adlanan düşüncənin da-
şıyıcıları olmamışlar. Belə bir düşüncənin sahibləri
çoxsaylı, qüdrətli orduya malik olmalı idi. Belə bir
qüdrətli ordunun sahibləri hunlar, oğuzlar, eftalitlər və
nəhayət, Çingiz xanın övladları idilər.
Ermənilər dənizdən dənizə adlanana işğalçılıq
fəlsəfəsini onların dilindən eşitmişlər. Qədim Çin sal-
namələrində göstərilir ki, tukyular – türklər, iberlər –
berlər, kunlar – hunlar qan tərləyən qaşqa-şəkil atların
üstündə dəfələrlə gündoğan və günbatan dənizlər ara-
sındakı ucsuz-bucaqsız torpaqları tutmuşlar. N.Y.Marr
yazır ki, Çin salnamələrindəki dənizdən dənizə çapan
Ber atları iberlərin atlarıdır (Марр 1899. 81).
Batı xan Adriatik dənizi sahilinə çıxanda əmr
etdi ki, dənizdən bir ovuc qum götürsünlər və atası
Cuci xanın qəbrinə səpsinlər. Bu adət səlcuqlarda daha
əski çağlardan var idi. Məlik şah qoşunları ilə Aralıq
dənizinə çatdı. Onun əmrilə dənizdən bir ovuc qum
götürüb, atası Alp Arslanın Mərv şəhəri yaxınlığındakı
qəbrinə səpdilər (Rəfiq Özdək. Türkün qızıl kitabı. II.
Bakı, “Yazıçı”, 1993. s. 82).
Türklərin əcdadlarının Asiya və Qafqazdan Nil
vadisinə, oradan Avropaya axınları üç yüz, dörd yüz il
Məlik şah
Aralıq
dənizinə çatıb
əmr etdi ki,
dənizdən bir
ovuc qum
götürsünlər
və atası Alp
Arslanın
qəbrinə
səpsinlər.
fasilələrlə tarix boyu davam etmişdir. İlk axın e. ö. IV
minilliyin sonlarında baş verdi. Kam nəslindən Kuş
övladları Nil çayının Aralıq dənizinə töküldüyü yerə
çatıb, ilan və kərtənkələ ilə qidalanan aborigenləri səh-
raya qovdular və qədim Misir mədəniyyətini yarat-
dılar. Kuş nəslinin kahini Mene ilk firon oldu və Mene
– yunan dilli mənbələrdə Memfis şəhərini saldı.
Kuş tayfa ittifaqının tərkibində İber və Ay (bəzi
erməni mənbələrində H’Ay) nəsilləri də var idi. Ancaq
yanlış olaraq son 70 ilin ümumiləşmiş tarix kitabla-
rında iberlər gürcülərin, h’aylar ermənilərin əcdadları
kimi təqdim edilir. Halbuki, iberlər indiki gürcülərin,
h’aylar indiki ermənilərin əcdadları deyildilər. Onlar
Turan mənşəli etnoslar olub, dilləri türk və fin dil-
lərinə bənzəyirdi (Хаханов 1895. 1; Марр 1906. 2;
Марр 1920. 36. 40; İoселиани 1966
а
7).
H’Aylar və iberlərin bir hissəsi Misirdən fələs-
tinə, oradan Van bölgəsinə və Qafqaza köçdülər. İber-
lərin çoxu isə Şimali Afrikadan ötərək Piriney yarıma-
dasına gəldilər (Марр 1920. 36; Меликсетбеков
1936. 190).
X əsdə yaşamış yevrey mənşəli tarixçi İosif ben
Kurion yazır: – Afrika coğrafi adı İverik etnik adının
tərcüməsidir (Левин 1866. 27). “Albaniya tarixi”ndə
deyilir: – Dillər qarşısında Yafəs nəslindən 15 xalq tö-
rədi. Onlardan birinin olkəsi İberiya, biri Böyük İspa-
niyadır (История Агван 1861. 3; Albaniya tarixi
1993. 15).
Bəzi tədqiqatçıların fikrincə, iberlər İspaniyaya
dəniz yolu ilə gəlmişlər. Bəziləri isə belə hesab edirlər
ki, onlar quru yolu ilə Şərqi İspaniya və Cənubi Fran-
saya gəlib çıxmışlar (Шор 1931. 225; Меликсетбеков
1942. 31).
Mənim fikrimcə, iber və siberlərin quru yolu ilə
Avropaya miqrasiyası daha inandırıcıdır. Belə olmasa,
Afrika qitəsi Kür nəslindən Yusifin dediyi kimi, İverik
Qədim erməni
mənbələrinin
çoxunda
h’aylar Ay
adlandırılır.
Afrika
qitəsinin adı
İberik
etnonimindən
törəmişdir.
adlanmazdı. Onu da nəzərə almaq lazımdır ki, türk-
mən tayfa başçısı Ay Aba ərəb ordusunun başında Şi-
mali Afrikadan ötərək İspaniyanı tutmuşdu.
R.İ.Şor 1931-ci ildə SSRİ Elmlər Akademiya-
sının “Məruzələr”ində çap etdirdiyi məqaləsində ya-
zırdı: – Piriney yarımadasının İberiya dövrü maddi-
mədəniyyət abidələri ilə Aralıq dənizinin şərq sahillə-
rində yaşamış etnosların bəzi arxeoloji tapıntıları uy-
ğun gəlir (Шор 1931. 233-234).
Musa Kaqankaytuklu yazır: – İberiya və Böyük
İspaniyanın Roma işğalına qədərki etnosları Yafəs öv-
ladları idi (История Агбан 1861. 3; Марр 1920. 36).
N.Y.Marr 1928-ci ildə Cənubi Fransada və Şi-
mali İspaniyada olmuşdu. O yazır: – Dünyada möcü-
zələrə inanmaq olarmış. Qafqaz və Piriney qurlarının
meyvə adları bir-birinə uyğun gəlir. Hətta onların ba-
laca çoban itləri də bir-birinə bənzəyir (Марр 505. 4).
B.A.Turayev yazır ki, Misir papirus yazıların-
dakı Ever ilə Avropa iberlərini qohum saymaq olmaz
(Тураев 1903. 123). Əslində Avropa və Ön Asiya
iberləri nəinki qohumdur, tamamilə eyni mənşəli et-
noslardır. Robert Bleyxşteynerin yazdığı kimi, onlar
bir-birlərindən çox tez ayrıldıqlarına görə (Блейхш-
тейнер 1936. 190) dillərində və adət-ənənələrində
müəyyən fərqlər yaranmışdır.
Piriney iberlərinin övladları olan basklar XX əs-
rin əvvəllərinə qədər erkək cinsinə ar, ataya ayta, ata-
babalara ayton, anaya ama, ana xəttilə əcdadlara
amon, balaca canlılara ba, Nuhun gəmisinə arqa
deyirdilər (Марр 505. 24).
Teonim mənşəli aton və amon sözləri göstərir
ki, iberlər Misirdən Avropaya çox tez – e. ö. 23-cü
əsrdə köçmüşlər. Çünki həmin dövrdə h’iksosların
Asiyadan Nil vadisinə axını başlamışdı. Asiyanın yeni
köçərilərinə məğlub olan iberlər 2 yerə bölünərək bir
qismi Avropaya, bir qismi Fələstinə köçmüşdür.
Ərəblər
türkmən alpı
Ay Abanın
başçılığı
altında
İspaniiyanı
tutmuşlar.
Piriney
baskları ataya
ayta, anaya
ama, Nuhun
gəmisinə arqa
deyirdilər.
Cəm forması Aton və Amon olan qədim Misirin
Ata və Ama kultlarını Nil vadisinə Kam nəslindən
Kuş, Ay və İber övladları gətirmişlər. Bu kultların iz-
ləri Çuvaş folklorunda indiyədək qalmaqdadır. Çu-
vaşlar xristianlığa qədər ata xəttilə əcdadlara Ataşe,
ana xəttilə əcdadlara Amaşe deyirdilər (Родионов
1983. 19-28).
İ.İ.Meşşaninov yazər: – Buğa kultu Qafqaz və
Piriney iberlərinin bir-birinə bağlayır (Мещанинов
1927. 21).
N.Y.Marr 1920-ci ildə Leypsiqdə nəşr etdirdiyi
Yafəs dillərindəki 3-cü etnik elementə həsr olunan
kitabında yazır: – Buğa və Keçi kultlarını Qafqazdan
İspaniyaya iberlər aparmışlar. Xristianlığa qədərki
iberlərin inancına görə, əcdadların ölməz ruhları buğa-
ların və keçilərin bədəninə köçərək yaşayır (Марр
1920. 40).
Romalıların Piriney yarımadasına basqını ilə
iberlərin, sibirlərin, barsillərin avropalılar tərəfindən
assimilyasiyası başladı. Ancaq “Barselona” ilə “Real”
Madrid futbol komandalarının azarkeşlərinin qarşıdur-
ması timsalında arilərlə türklərin tarixi mübarizəsinin
davamını indi də görməkdəyik.
İberlərin bir hissəsi tiberlərlə birlikdə Misirdən
Fələstinə sıxışdırıldı. Tədqiqatçıların bəziləri iberlərlə
tiberləri eyniləşdirir, bəziləri isə onları qohum etnoslar
sayırlar. Mari Brosseyə görə, iberlərin bir neçə nəsli
tiberlərin arasından çıxmışdır (Патканов 1883. 241).
N.Y.Marra görə, İber dili Tiber mənşəlidir (Марр
1910. X, XIII, XIX, 8). İosif Flavi (I əsr) yazır ki,
iberlər tiberlərdən törəyiblər (Патканов 1883. 240).
İberlər və tiberlər qohum etnoslar olub, gah bir-
birlərindən ayrılmış, gah da bir tayfa ittifaqında
birləşmişlər. Qərbi Sibirdə onların xanlıqları bir-birinə
qonşu idi (Валиханов 1984. 230; Бартольд 1963.
459).
Buğa və keçi
kultlarını
İspaniyaya
iberlər
aparmışlar.
Barsillər
İspaniyaya
Qafqazdan
getmişlər.
Avropada da İber və Siber etnoslarının ölkəsi
bir-birinə yaxın idi. İberlər Şərqi İspaniyada, siberlər
Cənubi Fransada yaşayırdılar (Шор 1931. 225). Nəha-
yət, iberlərin son qalıqları Qafqazda, siberlər Şərqi
Anadoluda yurd salmışdır. İberlər Misirdən qovulan-
dan sonra xeyli vaxt Fələstində yaşadılar (Шопен
1866. 304). Burada onlar yəhudilərin dinini qəbul etdi-
lər, ancaq uzun zaman yəhudiləşmədilər. İosif Flavi
yazır: – Uudalar Everi yevrey adlandırırdılar (Иосиф
Флавий 52390. 31).
“Albaniya tarixi”ndə Virk yəni iber yevrey
adının sinonimi kimi işlədilir (История Агван 1861.
2). Erməni tarixçilərinin əsərlərində isə Vraçik, Vrats
etnonimi: 1. iver nəslindən olan; 2. yevrey deməkdir
(Шопен 1866. 202. 336). Ancaq bu, o demək deyil ki,
iverlər, yəni yevreylər yəhudidir, yəhudilər Uuda nəs-
lindən olanlardır.
B.Qroznı yazır: – İbrit yevreyləri sami mənşəli
etnos saymaq düz deyil. Onlar uzunburun Anadolu
etnosudur (Грозный 1938. 27). İbrit yevreylər İsayi
yevreylərdir. İsa peyğəmbərin əcdadlarıdır. Kənan tay-
fa ittifaqının əsas nəsillərindən biri olan İsayi yev-
reylər elə iberlərdir. Əlimizdə olan etnolinqvistik fakt-
lar göstərir ki, onların dili sami dillərin təsirinə uğra-
mış türk dili olmuşdur.
İsayi yevreylər anaya aba, ataya deda, səhərə
şahar, əbədiyə olum (ölümün antonimi) deyirdilər
(Вигуру 1897. 304). Heç bir tarixi mənbədə göstəril-
mir ki, iberlər, yəni yevreylər sami mənşəli xalq ol-
muşdular.
M.Müllerə görə, iberlər Turan xalqıdır. Onların
dili Turan qrupu dillərinə aiddir (Хаханов 1895. 1).
P.İoseliani hələ 1866-cı ildə yazırdı: İberlər Cənubi
Qafqaza Asiyanın dərinliklərindən gəliblər (İoселиа-
ни 1866
a
. 7).
İudalar Everi
yevrey
adlandırırdılar.
İuda yəhudi,
İber yevreydir.
İberlər Turan
mənşəli etnos
olub, Qafqaza
Asiiyanın
dərinliklərindən
gəlmişdir.
N.Y.Marr iberlərin türk mənşəyinə toxunmasa
da yazır: – İberlərin dilində və anrtopoloji quruluşunda
3 etnik element var. Üçüncü etnik element ari və sami
deyil (Марр 1920. 40). R.İ.Şor ondan fərqli olaraq
birmənalı formada bildirir ki, 3-cü etnik element türk
elementi olmuşdur (Шор 1931, 225, 227).
“Bibliya”nın bəzi təfsirçilərinə görə, Ever
yevreylərin əcdadlarından biri olub, Xam nəslindəndir
(Вигуру 1897. 92). Xam, yəni Kam nəsilləri Asiyanın
dərinliklərindən Ön Asiyaya arilərdən və samilərdən
qabaq gəlmişdir.
İberlər hələ Fələstində ikən Ever adlanırdılar
(Шопен 1866. 204-205). Assuriya hökmdarı Salmana-
sar (e. ö. VIII əsr) onları Fələstindən Qafqaza köçürt-
dü (Шопен 1866. 204). Fələstindəki H’Evron şəhəri
Musa peyğəmbərin gəlişinə qədər Arba, Arabax ad-
lanırdı (Вигуру 1897. 308. 510). Nəzərə alsaq ki,
H’Evron İbev yurdu deməkdir, deməli, iberlər əvvəlcə
Misirdən Fələstinə, sonra oradan Qafqaza köçürül-
müşdür.
Gürcülər indi iberləri öz əcdadları, İberiyanı öz
ölkələri hesab edirlər. Əslində İberiya həm onların,
həm bizim tarixi vətənimiz, iberlər yalnız bizim
əcdadlarımızdır. Çünki iberlər iltisaqi dilli Turan xalqı
olub, gürcü deyildilər. Sonradan baqrationlar gəlib,
onları gürcüləşdirdilər (Блейхштейнер 1936. 188-
190; Шопен 1866. 200; Сенковский 1859. 174).
İberlərin və kartvellərin özləri kimi dilləri də
bir-birinə bənzəmirdi. İber dili indiki minqrel, svan və
çanların dilinə qohum olmuşdur (Глонти 1936. 40;
Марр 1938. 439). İberlərin dilində bəzi dilçilər hələ
keçən əsrin 20-30-cu illərində şumer və subar izləri
tapmışdılar (Марр 505.10; Блейхштейнер 1936.
190).
Mari Brosse yazır ki, baqrationlar iberlərin
çoxtayfalı dövlətini mənimsədilər. İber dövləti tədri-
Fələstindəki
H’Evron şəhəri
əvvəlcə Araba
adlanırdı.
İber dilində
şumer və subar
dillərinin izləri
var.
cən dönüb gürcü dövləti, iber dili minqrel, çan dili
oldu (Патканов 1883. 209). Yəni iberlər yüz illərlə
əzilərək, assimilyasiya olunaraq kartvellərə çevrildilər.
N.Y.Marr yazır ki, iberlərin kartvellərə çevrilməsi
kimerlərin xaldeylərə çevrilməsinin eynidir (Читая
1985. 377).
Tədqiqatçıların demək olar ki, hamısının fik-
rincə, iber və tiber etnik adları dəmir, mis sözündən
törəmişdir. Şumerlər döyülərək – təpilərək silah hazır-
lanan mis filizinə tebira deyirdilər (Алиев 1960. 105).
Qədim Ön Asiya miflərində Tiber asiyalıdır. O,
ilk dəmirçi və bütün dəmirçilərin atasıdır (Грець I.
350; Вигуру 1897. 387, 388; Пиотровский 1946. 22).
Xristianlığa qədərki iberlərin günəş və mis tanrısı Ber
adlanırdı (Марр 1922
а
. 50). Nəzərə alsaq ki, qədim
erməni və gürcü mənbələrində bəzən etnik və teofor
adlanan ilk saiti yazılmır, deməli həmin tanrının adı
elə İber olmuşdur.
Şumer və iber dillərində olduğu kimi, türk dil-
lərində də dəmirə tebir deyilir. Altay dilinin ləhcə-
lərində həm dəmirə, həm dağa tebir deyilir (Молча-
нова 1979. 305).
Bizim əcdadlarımız – iberlər, tiberlər, türklər
Avrasiyada ilk olaraq dəmir filizini əritdilər, ox-yayı
kəşf etdilər, atı əhliləşdirdilər. Nəticədə dünyanın üs-
tün xalqına çevrildilər.
Dənizlərlə dənizlərin, iqlimlərlə iqlimlərin ara-
sında at oynatdılar. Dünyanın iki qütbünü – Misirlə
Çini bir-birinə qovuşdurdular. Sivilizasiyalar bir-birini
əvəz etdi. İnsanlığın tarixi inkişafı təmin olundu.
Türk etnoslarının öndərliyi ilə mədəniyyətlər
bir-birinə qovuşmasaydı, Avrasiya xalqları Avstraliya
ovçularının səviyyəsində qalardılar.
İberlərin
kartvellərə
çevrilməsi
kimerlərin
xaldeylərə
çevrilməsinin
eynidir (Марр).
Türk etnosları
Çin və Misir
mədəniyyətini
bir-birinə
qovuşdurdular.
Nəticədə
bəşəriyyətin
tarixi inkişafı
təmin olundu.
Dostları ilə paylaş: |