İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə47/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   43   44   45   46   47   48   49   50   ...   58

 
 
yurd  salmışdır.  N.A.Baskakov  yazır  ki,  Qoqol  türk 
nəslidir.  Onlar  Ukraynadan  Polşaya  köçüb,  sonradan 
Rusiyaya qayıtmışlar (Н.А.Баскаков 1979. 76). 
Polşa kralı Dnepr çayının sol sahilini özünə tabe 
etmək  üçün  1672-ci  ildə  Qoqol  nəslindən  Yevstafini 
Ukraynaya  getman  təyin  etdi  (Запорожская  старина 
1938.  45).  Ukrayna  Rusiyaya  birləşdiriləndən  sonra 
Qoqol  nəslinin  seçmə  adamları  Moskvaya  və  Peter-
burqa  köçdülər.  Onlardan  biri  Henrix  Qoqel  1775-ci 
ildə Rusiya imperiya zadəganları şurasına daxil edildi. 
(Баскаков 1979. 76). 
Qoqel  soyadı  totem  mənşəli  olub,  göyərçinə  ta-
pınma ilə bağlıdır. Rusiya zadəganlarının gerblər kita-
bında  Qoqol  nəslinin  gerbi  verilmişdir.  Gerb  qalxan 
şəklindən  ibarətdir.  Onun  üstünə  dimdiyində  meyvəli 
zeytun  budağı  tutan  göyərçin  şəkli  həkk  olunmuşdur 
(Баскаков 1979. 77). 
Abxazların  bir  neçə  nəsli  keçi  totem  adı 
daşıyırdı.  Həmin  nəsillərin  adı  kilsə  salnamələrində 
Keçi,  Kaçi,  Kaçibadze,  Kaçia  formalarında  yazıya 
alınmışdır (Джанашвили 1900. 156; Мамулиа 1979. 
175;  Марр 1897. 301;  İoселиани 1843. 126;  Конда-
ков 1904. 277). 
Keçi  və  ya  kaçilər  əvvəlcə  İberiyada  yaşamış, 
sonradan şimal-qərbə – Abxaziyaya köçmüşlər. Nəzə-
rə alsaq ki, qızıl keçi bütünü İberiyaya Aran nəslindən 
Azo gətirmişdir (Мамулиа 1979. 175), deməli keçiyə 
sitayiş  edən  soydaşlarımız  Makedoniyalı  İsgəndərin 
zamanında İberiyada yaşayırmış. L.M.Meliksetbekova 
görə,  Kaçi  Armazi  tanrısıdır  (Меликсетбеков  1938. 
39-40).  İberiya  çarı  Armazın  heykəlinin  sağ  tərəfində 
qızıldan keçi bütü qoyulmuşdu (Марр 1897. 301). 
Bundan əlavə,  İberiyada  Kaçian  adlı qədim mə-
bəd  olmuşdur  (Географ  1.  1868.  131).  Həmin  məbəd 
yunanların Kaçios adlandırdıqları (Шопен 1866. 223) 
kaçilərin ibadət yeri idi. 
Qoqol nəsli bir 
müddət 
Ukraynanı idarə 
etmişdir. 
İberiyaya qızıl 
keçi bütünü 
Aran nəsli 
gətirmişdir. 


 
 
Keçi  bir  knyazlıq  kimi  XVIII  əsrə  qədər  Abxa-
ziyada mövcud olmuşdur (İoселиани 1843. 126). Öv-
liya Çələbi (XVII əsr) yazır ki, Keçi Abaza tayfasıdır. 
Onlar Qaqra şəhəri yaxınlığında Elbrus dağından axıb, 
Qara  dənizə  tökülən  Lopo  çayı  boyunda  yaşayırlar. 
Onların  70  kəndi  var.  Çox  cəsur  tayfa  olan  keçililər 
döyüşə 10 minlik seçmə qoşun çıxardırlar (Эвлия Че-
леби 1983. 33. 49). 
Keçi, kaçi totem mənşəli etnonimdir. Volqa bul-
qarları  keçiyə  kaçi  deyirdilər.  Volqa  çayı  sahilindəki 
Kaçi  saray  şəhərini  XII  əsrdə  onlar  salmışlar  (Буша-
ков 1992. 32). 
Keçiyə  tapınma  Altay  türklərində  XX  əsrin  əv-
vəllərinə qədər qalırdı. Altay şamanları öz əcdadların-
dan  birini  Kaçi  Kam  adlandırırdılar  (Анохин  1924. 
111). 
Keçiyə  etiqad  ilk  Misir  fironlarının  əcdadları 
Kam  və  Kuş  nəsillərinin  inancında  e.  ö.  IV-III  minil-
liklərdə var idi. Henrix Qretsə görə, İsrail oğulları ke-
çiyə  etiqadı  Misirdə  ikən  onlardan  mənimsəmişlər 
(Генрих Грець 1. 52. 55). 
Belə  hesab  edirik  ki,  keçiyə  tapınan  etnoslar 
Xəzər  ətrafından Misirə  köçmüş, sonra Kənan qəbilə-
ləri ilə birlikdə İudeyaya, oradan Qafqaza qayıtmışlar. 
Abxaz  folklorunda  Dabran  mifoloji  obrazı  var. 
O, keçilərin hamisidir (Марр 1927. 132). Davran, türk 
dillərindəki dıbır – erkək keçi, təkə zoonimindən törə-
mişdir.  Gürcülərin  müasir  dilçi  alimlərindən  biri  Ta-
kaşvili  soyadı  daşıyır.  Təkə  nəslindən  olan  xristian 
professor  yazır  ki,  çar  Qorq  Aslanın  adının  ikinci 
tərəfi türk sözüdür (Грузинское 1987. 19, 29-30). 
Gürcüstanda  çar  Zenonun  qohumlarından  biri 
Kaftar  soyadı  daşıyırdı  (Джанашвили  1908.  108). 
Sultan  Saba  Orbelianinin  əcdadlarından  biri  Kaplan 
Orbeliani olmuşdur (Хаханов 2020, III). XVIII  əsrdə 
yaşamış  gürcü  zadəgan  nəsillərindən  biri  Baburaşvili 
Bəzi mənbələrə 
görə, qızıl keçi 
bütünü Kür çayı 
boyuna 
buntürklər, 
bəzilərinə görə, 
Aran nəsli 
gətirmişdir. 
Torqay, yəni 
Torağay  
Kaxetinin 2-ci 
adıdır. 


 
 
adlanırdı  (Чубинашвили  1948.  111).  Bunlar  hamısı 
türk totem adları olub, ayrı-ayrı yırtıcı heyvanlara sita-
yişlə bağlıdır. 
Albaniyadan  Kaxetiyə  köçən  etnoslardan  biri 
Torqa adlanırdı (İoселиани 1866. 6, 7). Torqa və Tor-
qay türk dillərində torağaya deyilir. 
Kaxetinin şöhrətli knyaz nəsillərindən biri Çolak 
olmuşdur. “Albaniya tarixi”ndə onların adı Çolax, er-
məni  tarixçilərinin  əsərlərində  Çolak,  gürcü  salnamə-
lərində  Çolaka  və  Çolakaşvili  formalarında  yazıya 
alınmışdır  (Никольский  1896.  20;  Хоренский  1893. 
21; Хаханов 1895. 102; Хаханов 1901. 31; Albaniya 
tarixi 1993. 142). 
P.İoselianiyə görə, Çolaq nəsli Kaxetiyə Albani-
yadan gəlmişdir (İoселиани  1866. 3,5; 1993. 5). Orta 
əsr müsəlman tarixçiləri Çolax nəslini Axsax da adlan-
dırırlar. İber və Alban mənbələrində bəzən Çolaq nəsli 
Cxaq adlandırılır (İoселиани  1866. 5; Albaniya tarixi 
1993. 5). Bu da elə çolaq, çıxaq deməkdir. 
Gürcüstanda  Çolaq  nəslindən  görkəmli  şair  və 
dövlət xadimləri çıxmışdır. Həmin şairlərdən biri Şota 
Rustavelinin davamçısı idi (Хантадзе 1970. 102). Ço-
lak  nəslindən  Nodar  Çolakaşvili  Nadir  şahın  Dehli 
səfərində iştirak etmişdi (İoселиани  1866. 12). Çolaq 
nəslinin  knyazları  Əmir  Teymurun zamanında Araqvi 
eristavları olmuşlar (İoселиани  1866. 59). 
P.İoseliani yazır: – Çolak nəslinin adı tatar və ya 
erməni dilindəki axsaq sözündəndir (İoселиани 1866. 
5). Musa Xorenliyə görə, Çolax h’ayların tayfa başçı-
larından  biridir  (Хоренский  1893.  21;  Никольский 
1896.  82).  Çolaklar  H’Ay  tayfa  ittifaqına  daxil  olub-
larsa, bu o demək deyil ki, onlar ermənidir (Джафар-
сой 2008. 80-86). 
Musa  Xorenli  yazır:  –  Armenak  çayı  (Araz  ça-
yını  keçib,  düşərgə  saldı.  Bir  yaşayış  məskənini  oğlu 
Çolaxın adı ilə Çolakert adlandırdı (Хоренский 1893. 
Bunlar necə 
gürcü nəslidir 
ki, Kaftaraşvili, 
Baburadze, 
Kaplanişvili 
soyadı daşıyır? 
Çolax iberlərlə 
yanaşı h’ayların 
hakim nəsli 
olmuşdur. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə