“kəniz” anlamında işlənmişdir. Şota Rustavelinin poe-
masının tarixi əhəmiyyəti ondadır ki, orada qadına
sitayişin əski, çox əski izləri qalmaqdadır.
O ki qaldı koma sözünün gürcü mənbələrində
k.ma kimi yazılmasına, burada təəccüblü bir şey
yoxdur. Çünki gürcü dilində çox zaman sözlərin birin-
ci və ikinci hecalarının saitləri yazılmır. Nəticədə Me-
tex şəhərinin adı Mtsxeti, Tubal etnonimi Tbilisi
formasına salınır.
Koma sözü gürcü dilinə türk dillərindən keçmiş,
gürcü dövlət sənədlərində XIX əsrədək “vassal” mə-
nasında işlənmişdir. Çar VI Vaxtanqın “Qanunlar”ın-
da mərkəzi hakimiyyətdən asılı olan vilayət hakimləri
k.ma adlandırılır (Законы Вахтанга VI 1980. 50).
Şota Rustavelinin əsərində koma titulunun daha
2 formasına təsadüf edirik: si+k.ma “gənc aşiq-cənga-
vər”, mo+kma “böyük aşiq-cəngavər” (Марр 1895.
228-229; Марр 1910. X-XIII).
Poemanın baş qəhrəmanlarının ikisi də komadır,
yəni aşiq-vassaldır. Tariyelin atası Sarı Dan əslən Xa-
tayetidən – Çin Türküstanından olub, Hindistanın bir
vilayətini ələ keçirmiş, sonra Hind şahının vassalına
çevrilmişdir (Шота Руставели 1982.46, 47).
İkinci qəhrəman Avtandil Xoşbəxt Ərəbistanın
şahının vassalıdır. Eyni zamanda şah qızının qulu-ko-
masıdır (Марр 1910. XIV, XV).
D.Z.Bakradze, M.Q.Canaşvili və b. yazırlar ki,
poemanın əsas ideyası sevgi və vətənpərvərlikdir. Əs-
lində isə əsərdə vətəndən, Gürcüstandan kəlmə belə
yoxdur. Poema başdan-başa ülvi sevgi və aşna-vassal
süjeti üzərində qurulmuşdur.
Gürcü tarixçiləri ilə eyni fikirdə olan Dilarə
Əliyeva poemanın Azərbaycan dilinə tərcüməsinə ön
sözündə yazır: – Əsərin əsas ideyası vətənpərvərlikdir.
O, bütünlükdə XII əsr Gürcüstan həyatının, ənənə-
Tariyelin atası
Sarı Dan əslən
Xatayetidən – Çin
Türküstanındandır
.
Əsərdə
Gürcüstanla bağlı
kəlmə belə yoxdur.
lərinin, arzu və istəklərinin ifadəsidir (Şota Rustaveli
1988. 4-5).
Əksinə, əsərin tarixi kökləri Ran, yəni Aran
ərənlik fəlsəfəsindən gəlir. Əsərin əsas ideyası vətən-
pərvərlik yox, cəngavərlikdir. Özü də o, indiki gürcü-
lərin deyil, İberiyanın qədim sakinlərinin – Эreti əhali-
sinin arzu və istəklərinin ifadəsidir.
Bəzi Azərbaycan və gürcü alimlərindən fərqli
olaraq hələ 1895-ci ildə N.Y.Marr yazırdı ki, Şota
Rustavelinin poeması hər cür milli hisslərdən və və-
tənpərvərlikdən uzaqdır. Əsərin əsas ideyası aşna-
vassal münasibətləridir (Марр 1895, 228-229). Həmin
fikri bir qədər yumşaq şəkildə fransız şərqşünas-alimi
Mari Brosse irəli sürmüşdür. Akademik M.Brosse
1828-ci ildə Asiya Сəmiyyətində etdiyi məruzəsində
bildirirdi ki, “Bars dərisi” poemasının ideyası tanrıya,
krala və qadına sədaqətdir (Буачидзе 1983, 96).
Avropanın digər tədqiqatçıları da poemanı milli
hisslərdən uzaq bir əsər hesab edirlər. Roland Aristo
yazır: – “Bars dərisi” qeyri-milli əsərdir. Onun ruhu
müəyyən dərəcədə italyan ruhuna bənzəyir. M.Q.Ca-
naşvili həmin fikirlə razılaşmasa da (Джанашвили
1900. 85), əsərdə gürcülərə və xristianlığa aid bircə
işarəyə təsadüf etmirik. Əsərin əsas surətləri müsəl-
man, hadisələrin baş verdiyi yer Ərəbistan, Hindistan
və Xatayeti – Çin Türküstanıdır.
M.Y.Marr yazır ki, əsərin əsas ideyası qadına
sitayiş, qadın qarşısında itaətdir. Avropa cəngavərlik
romanlarında olduğu kimi, burada da hər fəsildə
qadına ehtiram, qadına hörmət aydın görünür (Марр
1910. I).
“Bars dərisi” müəyyən mənada Avropa cənga-
vərlik romanlarına bənzəsə də, özünün şərq ruhu və
düşüncəsi ilə onlardan fərqlənir. Əsər İslam dininə
hörmət və azad sevgi ruhunda yazıldığına görə, kilsə
şairi lənətləyir, təqib edirdi. Saray tərəfindən himayə
Əsərin tarixi
kökləri Ran, yəni
Aran poetik
düşüncəsindən
gəlir.
“Bars dərisi”
poemasının
ideyası tanrıya,
krala və qadına
sədaqətdir (Mari
Brosse).
Əsər İslam dininə
hörmət ruhunda
yazıldığına görə,
kilsə şairi
lənətləyir, təqib
edirdi.
olunmasına baxmayaraq kilsə şairdən əl çəkmirdi.
Onların gözü qarşısında katolikos I Antoni əmr etmiş-
di ki, poemanın əlyazmalarını Kür çayına atsınlar
(Шота Руставели 1885.1-2). Bu baxımdan Şota
Rustaveli ərəblərin Uzra məhəbbət şairlərinə və Fini-
kiyanın Astara kahinlərinə ruhən daha yaxındır.
M.Q.Canavşili yazır ki, bəziləri Şota Rustavelini İran
və yunan təsiri altında olan şair sayırlar, belə deyil.
Əsəri düzgün başa düşmədiklərinə görə, din xadimləri
şairi təqib edirdilər (Джанашвили 1900. 83, 92).
Əslində çariça Tamarın və aşnalarının həyat
tərzinə nifrət edən keşişlər əsərin ideyasını düzgün
başa düşürdülər. Ona görə də Rustavelini, Çaxruxad-
zeni, Tmoqvelini ölkədən qovur, oda atıb yandırırdı-
lar.
Мы в стихах Мосе Хонели Амирана узнаем.
Прочитав Абдул Мессию дан Шавтели
воздаем
Деларгета пел Тмогвели, сожигаемый огнем,
Тариела Руставели, горько плачущий о нем.
(Шота Руставели 1982, 330).
Söz yox ki, şairin yaradıcılığına Suriya, Xaldey
şairlərinin və Afina filosoflarının təsiri olmuşdur. XI
əsrdən başlayaraq Gürcüstan sarayı qərb yönümlü
siyasət yürüdürdü. Qurucu Davidin sərəncamı ilə hər
il Yunanıstana təhsil almağa 12 gənc oğlan göndərilir-
di. Güman edilir ki, həmin gənclərdən biri Şota Rusta-
veli olmuşdur (Буачидзе 1983. 281).
M.Q.Canaşvili yazır ki, Şota Rustaveli Xaldey
və Suriya peyğəmbərlərinin şeirlərinin tərcümələri ilə
tanış idi. Çox ehtimal ki, poemanı yazarkən həmin
şeirlərin təsiri altında olmuşdur (Джанашвили 1900.
90). Belə hesab edirik ki, Şota Rustavelinin və digər
azad düşüncəli şairlərin təqib olunmasının səbəbini
burada axtarmaq lazımdır. Həmin şairlərin cəngavər-
feodal əxlaqı kilsə-monax əxlaqına uyğun gəlmədiyinə
Gürcülərin
katolikosu I
Antoninin fitvası
ilə Şota
Uruztavelinin
əlyazmalarını Kür
çayına atdılar.
Dostları ilə paylaş: |