İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə50/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   46   47   48   49   50   51   52   53   ...   58

 
 
Sari Danişvili variantlarında  yazıya alınmışdır (Марр 
1910. XV). 
Çariça Tamarın saray şairlərindən birinin  soyadı 
Caxruxadze  idi.  Əslən  Albaniyanın  Toz  mahalından 
olan  şair  Tamarın  müsəlmanlar  üzərində  qələbələrini 
tərənnüm  edirdi.  Çaxruxadze  Şota  Uruztavelinin  çağ-
daşı  idi  (Джанашвили  1900.  1683;  İoселиани  1860. 
61-62;  Шота  Руставели  1885.  22).  P.İoseliani  şair 
Çaxruxadzeni  gürcülərin  Vergilisi  adlandırılar  (İoсе-
лиани 1860. 65). 
Çaxrux  şairin  nəslinin  adıdır.  Çaxrux  nəsli 
deportasiyaya  qədər  Gürcüstanda  Axısqa  türkləri 
arasında  yaşayır  və  həmin  nəslin  nümayəndələri 
özlərini  Çaxruxgillər  adlandırırdı  (Asif  Hacılı  1998. 
119). 
İberiyanın  Saurmak  adlı  2  çarı  olmuşdur 
(Гамкрелидзе 1961. 19). Onlardan birincisi e. ö. 139-
124-cü 
illər  arasında  ölkəni  idarə  etmişdir. 
L.M.Meliksetbekov  güman  edir  ki,  ilahə  Ananın 
bütünü  İberiyaya  həmin  Saurmak  gətirmişdir 
(Меликсетбеков 1938. 25. 27). 
Başqa bir Saurmak V əsrdə yaşamışdır. O zaman 
spasalar  –  qoşun  başçısı  olan  Saurmak  gələcək  çar 
Vaxtanq  Qorq  Aslanın  atabəyi  idi  (Джуаншериани 
1986.  58;  Меликсетбеков  1968.  25).  N.Y.Marrın 
fikrincə,  sərkərdə  Saurmak  Qorq  Aslanın  əmisi  və  ya 
dayısı  olub,  əvvəllər  farslara  xidmət  edirmiş  (Марр 
1901. 13). 
Gürcüstanda  Saurmak  adlı  qədim  bir  məzarlıq 
vardı  (Дидебулидзе  1983.  15).  Çox  ehtimal  ki,  o, 
Saurmak nəslinin qəbiristanı olmuşdur. 
V-VII  əsr  erməni  tarixçilərinin  əsərlərində 
Saurmak adına Sormak və Surmak variantlarında rast 
gəlirik.  IV  əsrdə  yaşamış  Arzan  knyazının  adı  (yəqin 
ki,  soyadı)  Sormak  idi  (Хоренский  1809.  160,  163). 
Başqa  bir  Surmak  V  yüzildə  yaşamışdır.  O,  Bozlu 
Axısqa türkləri 
arasında 
Çaxruxgillər 
nəsli vardı. 
İlahə Ananın 
bütünü 
İberiyaya çar 
Saurmak 
gətirmişdir. 
Türk əsilli 
Surmak 2 dəfə 
ermənilərin 
patriarxı 
seçilmişdir. 


 
 
(Bznuni) mahalının yepiskopu idi (Шопен 1852. 296). 
Yeqişenin (V əsr) yazdığına görə, yepiskop Surmakın  
qəbiləsi  Mamuk  nəslindən  Vardanın  tərəfində  İranla 
vuruşurdu (Егише 1971. 42). 
Surmak  2  dəfə  –  428-ci  və  437-ci  ildə  erməni-
lərin patriarxı seçilmiş, 444-cü ildə ölmüşdür (Орман-
ян  1913.  29-30).  Bizim  üçün  maraqlıdır  ki,  Sibirdə 
Uluq  Xem  çayının  bir  qolu  Surmak  adlanır  (Радлов 
1989. 599). 
İberiya  çarı  Qorq  Aslanın  nəsli  çar  Parnakdan 
başlayır.  Gürcü  və  erməni  salnamələrində  Parnakın 
nəsli  Parnauz  Parnavazean  adlandırılır.  Parnauz  əmr 
edir ki, ölkədə hamı iber dilində danışsın (Вермишев 
1904.  102).  499-cu  ildə  Qorq  Aslanın  ölümü  ilə 
İberiyada 
Parnauz 
nəslinin 
süqutu 
başladı 
(Джуаншериани 1986. 46) və 570-ci ildə sona yetdi. 
Parnak  adına  epitafiya  mətnlərində  daha  çox 
Parlak  formasında  təsadüf  edirik.  Krımdan  eranın  II 
əsrinə  aid  yəhudi  başdaşı  tapılmışdır.  Həmin  qəbir 
daşı Parlak adlı adamındır. Parlakın özü yəhudi, atası 
bütpərəst idi (Хвальсон 1866. 183). 
A.İ.Xvalsona  görə,  iber  adı  Parnak  zəndcə, 
yevrey  adı  Parlak  türkcə  parıldamaq  feilindən 
törəmişdir (Хвальсон  1866. 181). 
İltisaqi dilli h’ayların (indiki flektiv dilli erməni-
lərin yox) Parnak adlı 2 hökmdarı olmuşdur. I Parnak 
e. ö. 1531-ci ildə hakimiyyətə gəlmiş, II Parnak Troya 
mühasirəsi  zamanı  (e.  ö.  1260-1254)  yaşamışdır.  II 
Parnak  Assuriyanın  vassalı  kimi  ölkəni  idarə  edirdi 
(Шопен 1852. 99-100). Asoxikə görə, II Parnak e. ö. 
805-ci ildə hakimiyyətə gəlmişdir (Асохик 1864. 244-
245). 
Əslində  Parnak  və  ya  Barnak  Ön  Asiyanın 
qədim  bir  etnosunun  adıdır.  E.  ö.  II  minilliyə  aid 
Assur  mənbələrində  göstərilir  ki,  onların  ölkəsi 
Ermənilər 
üzərində 
hökmran olan 
Parnakın adı 
türkcə 
parıldamaq 
felindəndir. 
Yevrey adı 
Parlak türkcə 
parıldamaq 
feilindən 
törəyib. 


 
 
Həmədan  yaxınlığında  yerləşir  (Мещанинов  1926. 
218; Solmaz Qaşqay 206. 125). 
Sonradan Parnak nəsli tarixi vətənlərindən şima-
la  sıxışdırılmış,  Şərqi  Anadoluda  və  Qərbi  Qafqazda 
yurd  salmışlar.  XIX  əsrdə  Borçalı  mahalında  Barnak 
adlı yaşayış yeri vardı. Oradan xett dövrünə aid kera-
mika  tapılmışdır  (Мещанинов  1927.  5).  Bundan  əla-
və, XVII  əsrdə Minqreliyada Pernak  adlı qala olmuş-
dur (Эвлия Челеби 1983. 222). 
Düşünürük  ki,  Sibirdəki  Barnaul  və  Gürcüstan-
dakı  Marneuli  Barna  –  Barnak  etnik  adının  qismən 
dəyişilmiş formalarıdır. 
Gürcü  dilində  bu  gün  də  işlənən  qədim  soyad-
larından biri Ançabadzedir. Ancabadze nəslinin maha-
lı  indiki  Ermənistan,  Gürcüstan  və  Türkiyə  arasında 
idi (Джанашвили 1900. 156;  Марр 1911. 110.  112). 
İndi  həmin  ərazidə  Anca  adlı  kilsə  (Бакрадзе  1878. 
353) və kəndlər var (Шопен 1852. 495). 
Anca mahalı və kilsəsi orta yüzil gürcü salnamə-
lərində Anci adlanır. Anci kilsəsi P.İoselianinin yazdı-
ğına  görə,  I  Tamarın  vaxtında  tikilmişdir  (İoселиани 
1866.  25).  Anca  kilsəsinin  özünəməxsus  ikonaçılıq 
məktəbi  var  idi.  Həmin  məktəbin  yetirmələri  öz 
nəsillərinin  adı  ilə  Anceli  soyadı  daşıyırdılar 
(Амиранашвили 1956. 9). Artıq IX əsrdə Anci kilsəsi 
yepiskopluq  mərkəzinə  çevrilmişdi  (İoселиани  1866. 
25). 
Anca  mahalı  çar  Parnauza  qədər  İberiyaya  tabe 
deyildi.  Əfqan  mənşəli  erməni  Kerop  Patkanov  “Qə-
dim İber salnaməsi”nə istinadən yazır ki, çar Parnavaz 
yunanların vilayətinə gəlib, Anci mahalını ələ keçirdi 
(Патканов 1883. 235). 
Söz  yox  ki,  Anca  yunan  nəsli  deyildi.  Onların 
ölkəsi  İran  ilə  Bizans  arasında  yerləşdiyinə  görə,  gah 
Bizansın,  gah  da  əhəmənilərin  və  sasanilərin  təsiri 
altına düşürdü. 
Anca nəslinin 
görkəmli sənət 
adamları Anceli 
soyadı 
daşıyırdılar. 
Xett 
kitabələrində 
Anca ölkəsi 
Ancaka adlanır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə