İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə45/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   41   42   43   44   45   46   47   48   ...   58

 
 
təsdiq  edirlər  ki,  Şervaşidze  soyadı  Şirvanşah  titu-
lundan törəmişdir. Məlumdur ki, tarixən Şirvanşahlar-
la  gürcülər  yaxın  siyasi  əlaqələrdə  və  hərbi  ittifaqda 
olmuşlar.  Şirvanşahların  Abxaziyaya  köçən  nəsilləri 
sonralar Şervaşidze adı ilə tanınmışlar. 
XIX  əsrdə  yaşamış  gürcü  ziyalılarından  biri 
Xelaşvili  soyadı  daşıyırdı.  (Дондуа  1967.  200).  Bun-
dan əlavə, Gürcüstanda Xeladze nəsli olmuşdur. 
Ola bilsin ki, Xelaşvili və Xeladze soyadları xala 
–  ananın  və  ya  atanın  bacısı  sözündən  törəmişdir. 
Ancaq bundan başqa, türk dillərinin tarixi leksikasında 
totem mənşəli Xela etnonimi də vardır. 
Nəzərə  alsaq  ki,  gürcü  mənbələrində  bu  nəslin 
adı Xaladze, Xalaşvili kimi yox, Xeladze və Xelaşvili 
kimi  yazıya  alınmışdır,  onda  bu  antroponimin  Xela 
totem adından törəməsi daha inandırıcı görünür. 
Xela  nəslinin  başqa  bir  qanadı  XII  əsrdə  Konya 
sultanlığı  ərazisində  yurd  salmışdı.  Onların  mərkəzi 
qalası  Kela  adlanırdı.  Erməni  mənbələrində  həmin 
qalanın adı Kla kimi yazıya alınmışdır (Абегян 1975. 
379). 
Kela  nəslindən  “erməni”  katolikosu  Nerses 
Klaetsi çıxmışdır. N.Klaetsi 1166-cı ildə katolikos se-
çilmişdir. O, ermənilərin çoxsaylı mənəvi rəhbərlərin-
dən biridir ki, türkdür. 
Kela  VIII-X  əsrlərdə  döyüşkən  peçeneq  boyla-
rından biri idi (Budaqov, Qeybullayev 2002. 41). Belə 
hesab edirik ki, Abşerondakı Xilə kəndi Xela nəslinin 
yurd yerlərindən biridir. İndiki Əmircan kəndi keçmiş-
də  Xilə  adlanırdı.  Xilə  kəndinin  özünəməxsus  Xilə 
buta xalça çeşnisi vardı (Керимов III. 1983. 80, 89). 
Xilə  totem  mənşəli  etnonimdir.  Çin  salnaməsi 
“Tundyan”da deyilir ki, tukyular (Çin dilində “r” səsi 
yoxdur,  onlar  türklərə  tukyu  deyirlər)  ala  atlara  xela 
deyirlər  (Əbgiрахманов  1979.  67).  Eyni  zamanda  
türklərin Ala adlı tayfası Xilə də adlanırdı. 
Xilə nəslindən 
“erməni” 
katolikosu 
Nerses Klaetsi 
çıxmışdır. 
Xilə nəslindən 
“erməni” 
katolikosu 
Nerses Klaetsi 
çıxmışdır. 
Şürvaşidze nəsli 
Şamaxıdan 
Abxaziyaya 
köçən 
şirvanşahların 
qalıqlarıdır. 


 
 
Xilə haqqında ilkin bilgilər e. ö. II-I minilliklərə 
aiddir. Musa peyğəmbər öz hümməti ilə Misirdən qo-
vulanda – e. ö. XV əsrdə amonitlər tərəfindən sıxışdı-
rılan  xilələr  İordan  çayı  yaxınlığında  yaşayırdılar 
(Генрих Грець 1.112, 115, 129-130). 
Belə hesab edirik ki, Xilə qəbiləsi Anadoluya və 
Cənubi Qafqaza XI əsrdə yox, e. ö. VII əsrdə –  İude-
yanın Babil tərəfindən işğalından sonra gəlmişdir. On-
ların ölkəsi yunan mənbələrində Qileada adlandırılır. 
XII-XVIII  əsr  salnamələrində  Bebutaşvili  (Дон-
дуа 1967. 310), Dadaşneli (Бакрадзе 1878. 356), Bal-
taşvili  (Вакрадзе1878.  27),  Kapanişvili  (Цагарели 
1894.  1,5),  Ceyranişvili  (Шанидзе  1938.  54.  55)  so-
yadlarında  təsadüf  olunur.  Ceyran  nəslinin  müsəlman 
qanadı  indi  Gürcüstanın  Qara  Çöp  mahalında  yaşayır 
və özünü Ceyranlıq adlandırır. 
Ceyranaşvili soyadlı gürcü alimlərindən biri Qa-
rayazı  (Saqareco)  mağara-monastırından  X-XI  əsrlərə 
aid Er dilində yazılı kitabə tapmışdır (Шанидзе 1938. 
54,  54).  Kaplanişvili  David  XVII  əsrin  məşhur  kilsə 
şairi olmuşdur (Цагарели 1804. 121). 
II  İraklinin  Babaş  adlı  saray  məmuru  vardı 
(Дондуа 1967. 205). Abxazların 2-ci nəsli XVIII əsr-
də  Klıç  və  Kantemir  adı  daşıyırdı  (Анчабадзе  1976. 
67). 
I  Tamarın  atasınn  maliyyə  naziri  Kutlu  Arslan 
idi  (Кекелидзе  1973.  190).  Eyni  zamanda,  gürcü  na-
ğıllarında Yaman Badridze, Acal Badridze, Aban Ka-
banidze,  Yusup  Yamanidze  obrazlar  var  (Хаханов 
1895. 331-332, 340-341; Хаханов 1897. 166). 
Gürcülərin XVIII əsrdə məşhur zadəgan nəsillə-
rindən  biri  Karagöz  olmuşdur  (İоселиани  1860.  19). 
Asim  Əfəndi  (XVII  əsr)  yazır  ki,  karagöz  ovçu  quş-
dur. Onunla durna ovlayırlar (Ögel 1971. 368). Demə-
li, qaragöz qartalın böyük cinslərindən biri olmuşdur. 
Musa 
peyğəmbərin 
dönəmində Xilə 
qəbiləsi İordan 
çayı boyunda 
yaşayırdı. 
İndiki Əmircan 
kəndi əskidə 
Xilə adlanırdı. 


 
 
Qaragözlə  yanaşı  qartalın  bir  cinsi  alagöz  adla-
nırdı.  XX  əsrin  əvvəllərində  Kars  vilayətində  Alagöz 
adlı kənd vardı (Пагирев 1913. 19). Ermənilərin Ara-
qats  adlandırdıqları  Alagöz  dağının  və  nəslinin  adı 
qartala tapınma ilə bağlıdır. Alagöz nəsli Qazi Bürha-
nəddinin  zamanında  (1444-1498)  xristian  olub,  mon-
qolların tərəfini saxlayırdı. 
Sənan  Azər  yazır  ki,  Qaragözlü  İranda  yaşayan 
türk  tayfalarından  biridir  (Sanan  Azer  1942.  12). 
V.A.Savina onların bir qolunu keçən əsrin ortalarında 
Xorasan yaxınlığında görmüşdü (Савина 1961. 51). 
Baqrationlara  qədərki  Gürcüstanın  Antoni  Tu-
ladze adlı katolikosu olmuş, XI əsrdə yaşamışdır (Ха-
ханов  1898.  64).  Tula  totem  mənşəli  etnonimdir. 
1287-1290-cı  illərdə  Kızıl  Orda  dövlətini  Tula  Buqa 
adlı  xan  idarə  etmişdir  (Греков  1950.  85,  86).  İbn-
Rustanın  yazdığına  görə, Tula tayfası  xəzərlərin qon-
şuluğunda yaşayırdı (Баскаков 1985. 16). 
Tula etnotoponimləri türk xalqlarının yaşadıqları 
ölkələrdə  geniş  yayılmışdır.  Monqolların  “Gizli  ta-
rix”ində  Selenqa  çayının  bir  qolu  Tola  adlandırılır 
(Oğuznamə  1992.  36.63).  İndi  Dağlıq  Altayda  Tula 
adlı  çay  var  (Молчанова  1979.  222).  Bundan  əlavə, 
Tomsk  və  Kutais  quberniyalarında  Tula  adlı  kəndlər 
olmuşdur  (Географ  IV.  2874.  167,  246.  Tula  qədim 
türk etnoslarından biridir. Murad Adcı yazır ki, ruslar 
Tula  vilayətində  yaşayan  qıpçaqları  Tula  tatarları 
adlandırırdılar (Мурад Аджи 1998. 243). Totemi Tula  
iti olan etnos Azərbaycanda da yurd salmışdır. Onların 
bir kəndi Tulalar adlanırdı (Ərazi 1979, 198). 
Şərqi  Anadoluda  hardasa  Tula  adası  olmuşdur. 
Buzanlı  Favstos  (IV  əsr)  yazır:  –  Mamuk  nəslindən 
sparapet  Manvel  çar  Varazdatı  məğlub  edib,  Tula 
adasına  göndərildi  (Шопен  1852.  123).  Babəkin  za-
manında  Alağöz  dağının  ətəyində  Tula  yaşayış  məs-
kəni vardı. Səid Nəfisi yazır: –  Afşin ilə Sumbat ara-
Tula nəslindən 
baqrationlara 
qədərki 
Gürcüstanın 
katalikosu 
Antoni Tuladze 
çıxmışdır. 
Tulalar, 
Tülkülü, Dəvəçi 
adlarını 
dəyişmək bir 
qalanın 
bünövrəsini 
dağıtaq 
deməkdir. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə