İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə52/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   48   49   50   51   52   53   54   55   ...   58

 
 
Gürcüstanda  Tibet  çayının  bir  qolu  onların  adı  ilə 
Çoqa  adlanırdı  (Пагирев  1913.  159).  Tədqiqatçıların 
ümumi  fikrinə  görə,  Çuğa  tayfası  Azərbaycanda  ilk 
orta  əsrlərdən  yaşamışdır  (Шопен  1866.  216;  Kemal 
Алиев 1987. 27). 
Çuğa  türk  etnonimidir.  Tonyukuk  abidəsində 
Kuz  Çuqay  yaşayış  yerinin  adı  çəkilir  (Малов  1951. 
65).  Bundan  əlavə,  Şah  Təhmasibin  Cuğa  Sultan 
Təkəlu adlı əmiri olmuşdur (Fərzəliyev 1983. 51). 
L.M.Meliksetbekova  görə,  İberiyanın  qonşulu-
ğunda Dirili adlı ölkə olmuşdur. Gürcü salnamələrində 
həmin ölkə Trialia, Trialeti adlandırılır (Меликсетбе-
ков 1941. 125; Патканов 1883. 238). 
Diri Alban tayfalarından biridir. Onlar VII əsrin 
əvvəllərinə qədər Uti tayfa ittifaqına daxil idilər (Ме-
ликсетбеков  1942.  35,  48;  Ломтатидзе  1958.  205). 
Sonra  onlar  İberiyaya  köçüb  Dirili  yaşayış  məskənini 
saldılar.  Q.A.Lomtatidze  yazır  ki,  Dri  tarixi  vilayəti 
İberiyada  IV-VI  əsrlərdə  mövcud  olmuşdur  (Ломта-
тидзе  1958.  265,  293).  K.P.Patkanov  yazır  ki,  ermə-
nilər  Gürcüstanın  Trialeti  vilayətini  Trel  adlandırırlar 
(Патканов 1883. 238). Nəzərə alsaq ki, erməni dilində 
sözün  bəzən  əvvəlində,  bəzən  sonunda  gələn  saitlər 
yazılmır, onda Trel adı Dirili kimi oxunmalıdır. 
Vaxtilə  İranın  Kirmanşah  mahalında  Dirili 
(Sanan  Azer  1942.  14),  Zəngilanda  Diri  (Ərazi  1979. 
49)  kəndləri  vardı.  Azərbaycanda  və  Anadoluda  Diri 
Baba türbələri xalqın səcdəgah yerləri idi. Həmin tür-
bələrdə  Diri  nəslindən  çıxan  təriqət  dərvişləri  dəfn 
olunurdu.  Bütün  bunlara  istinadən  düşünmək  olar  ki, 
Dirili Qurbani Albaniyanın qədim Diri nəslindən çıx-
mışdır. 
Gürcü tarixçiləri yazırlar ki, Orbeliani nəslindən 
Sulxan arvadı öləndən sonra David Qaraca monastırı-
na gəlmiş, orada monax olandan sonra Saba adı almış-
dır (Орбелиани 1959. 3-6). 
Aşıq Qurbani 
Albaniyanın 
Diri nəslindən 
çıxmışdır. 


 
 
Sulxan  Saba  Orbeliani  əslən  Çin  Türküstanının 
olan  Urbat  nəslindəndir.  V.V.Radlov  yazır:  –  Türklər 
içinə süd töküb  saxladıqları  dəri tuluğa  Saba deyirlər 
(Радлов 1989. 263). 
Orta  əsrlərdə  Cənubi  Azərbaycanda  Savə  (Сей-
феддини  1978.  233),  Dunay  çayı  boyunda  Sava  adlı 
şəhər  vardı  (Онисание  1953.  26,  27,  61).  Azərbay-
candakı Savə şəhəri 8500
o
 0511ʹ uzunluq, 3600
o
 0511ʹ  
en dairəsində yerləşirdi. 
Qədim  Ön  Asiya  panteonunda  Sabaçi  kultu 
olmuşdur. Sabaçi Ay kultu olub, Mena kultuna yaxın 
idi  (Армения  и  Рим  1848.  315).  Fikrimizcə,  Urbat 
nəslindən Sulxanın Saba ləqəbi Ay kultu ilə bağlıdır. 
Yəhudi  tarixçisi  İosif  Flaviyə  görə,  Saba  Kam 
nəslindən Kuşun oğludur (Иосиф Флавий 52390. 26-
27). Məlumdur ki, Kam və Kuş nəsilləri Ön Asiyadan 
Nil  vadisinə  köçmüş,  sonra  Anadoluya  və  Qafqaza  
qayıtmışdır. 
Gürcüstanın istedadlı söz ustadlarından biri Ley-
la Eradze olmuşdur. O, klassik Azərbaycan ədəbiyya-
tından gürcü dilinə tərcümələr edirdi. 
Eradze  soyadı  teonim  mənşəli  Er  etnonimindən 
törəmişdir. Er Albaniyanın qədim nəsillərindəndir biri 
idi. Onların ölkəsi gürcü salnamələrində Ereti adlandı-
rılır (Джанашвили 1900. 44, 55; Дондуа 1967. 36). 
Leonti  Mroveliyə  (XI  əsr)  görə,  Ereti  tarixi  ma-
halı  İori  və  Alazan  çayları  arasında  yerləşirdi.  Onun 
şimal sınırları Qafqaz dağları, cənub sərhədi Kür çayı 
idi (Мамедова 1987. 26). Erlərin ölkəsi əvvəlcə indiki 
İrəvan  çuxurunu  əhatə  edirdi.  İrəvan  erlərin  qədim 
vətənidir. 
Musa  Xorenli  qədim  Ön  Asiya  panteonunda 
əbədi  kişi  gözəlliyinin  timsalı  sayılan  Eri  (Дьяконов 
1990.  100;  Вагнер  1901.  34;  Пиотровский  1944. 
277) Gegecik Er adlandırılır. Bu da Göyçək Er demək-
Adanadan 
balkanlara 
köçən atenlər  
Atena şəhərini 
saldılar. Afina 
şəhərin  yunan 
adıdır. 
Sabaçi qədim 
Misirdə Ay 
kultu olub, 
Mena kultuna 
yaxın idi. 
Saba Kuş 
ittifaqına daxil 
olan boylardan 
biri idi. 


 
 
dir.  H’Ay  dilindəki  geg  türk  adı  dillərindəki  gökçək 
sözünün köküdür. 
İberiyanın  qədim  nəsillərindən  biri  Aten 
olmuşdur.  Aten  gürcü  dilindəki  Ateni  (Шопен  1866. 
279)  soyadının  qədim  variantıdır.  N.Y.Marr  yazır  ki, 
Gürcüstanda  bir  neçə  kəndin  salındığı  dərə  Atena  
adlanır  (  Марр  1910.  XII,  XIV).  Aten  dərəsində 
xristianlar XI əsrdə Sion monastırı tikdilər (İoселиани 
1866. 97). 
E. ö. II minilliyə aid Xett yazılarında Türkiyənin 
indiki  Adana  şəhəri  Atania  adlanır  (Капанцян  1947. 
40).  Atania  atenlərin  ölkəsi  deməkdir.  Başqa  bir  Xett 
kitabəsində  göstərilir ki, Atan xalqı indiki Türkiyə ilə 
Suriya arasında yaşayır (Меруджи 1980. 263). 
E.  ö.  I  minilliyin  əvvəllərinə  aid  bir  Assur 
kitabəsində deyilir: – Sare şəhərini tutub, oradan Dur-
Atanate  şəhərinə  keçdim  (Solmaz  Qaşqay  2006.  52). 
Sare  Şimali  İraqdakı  Sarı,  Dur-Atanate  Türkiyədəki 
Adana şəhəridir. 
Troyanın  işğalından  sonra  Atena  əhalisinin  bir 
hissəsi  Balkan  yarımadasına  köçüb,  Afina  şəhərini 
salmışdır.  Qədim  yunan  yazılarında  bir  qayda  olaraq 
sözün ilk hecasındakı “t” səsi “f” səsinə çevrilir. 
Q.Noymana  görə,  Likiya  yazılarındakı  Atanazi 
afinalı deməkdir (Нойман 1980. 337). Deməli, Afana-
si xristian adının ilkin forması Atanazi olmuşdur. 
Avraam  Norov  yazır  ki,  qədim  mənbələrdəki 
Atena  elə  Afinadır  (Авраам  Норов  1828.  146).    El-
lada  folklorunda  ilahə  Afina:  –  1.  Troya  şəhərinin,  2. 
cəsurların hamisidir (Вагнер 1901. 58). Deməli, Afina 
Troyanı  işğal  edən  yunanların  yox,  şəhəri  müdafiə 
edən  asiyalıların  ilahəsi  olmuşdur.  Troyanın  işğalın-
dan  sonra  Eneyin  ətrafına  toplaşan  qızlar  Atel  gölü 
sahilində  Afina  bayramı  keçirirdilər  (Мюлештейн 
1938. 51). 
Xett kitabələ-
rindəki Atania 
elə Afinadır 
(Avraam 
Norov). 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə