H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

29 

 

patologiya zamanı inkişaf etməmiş uşaqların doğulması tezliyi 15%-ə çatır, perinatal 



ölüm  yüksəkdir,  ona  görə  də,  hidronefroz  ilə  xəstədə  hamiləliyin  başa 

çatdırılmasından  əvvəl  böyrəyin  funksiyasını  və  onda  latent  infeksiyanın  olmasını 

aydınlaşdırmaq lazımdır.  Hamiləlik vaxtı aşkar edilən hidronefroz adətən hamiləlik 

üçün əksgöstəriş deyildir.  

Hamiləliyin  dayandırılması  hamiləlikdən  əvvəl  aşkar  edilən  ikitərəfli 

hidronefroz,  yeganə  böyrəyin  hidronefrozu  (hətta  onun  funksiyası  saxlanmışsa), 

azotemiya və ya pielonefrit ilə müşayiət olunan,  müalicəyə çətin tabe olan birtərəfli 

hidronefroz zamanı göstərişdir.  

 Böyrək ləyəni-sidik axarlarının birləşdiyi nahiyədə aparılan  plastik əməliyyat 

böyrəklərin parenximasının fəaliyyəti saxlanmaqla hidronefrozun cərrahi yolla aradan 

qaldırılmasına  imkan  verir.  Birtərəfli  hidronefroz  ilə  xəstələrdə  böyrəklərin 

parenximasının kəskin atrofiyası zamanı nefrektomiya əməliyyatı  həyata keçirilir. 

 

BÖYRƏKLƏRIN ANOMALIYASI 



 

  Hamiləlik vaxtı uroloji əməliyyat təkcə xəstəliyin ağır hallarında sidik-ifrazat 

yollarının infeksiyasının yayılmasına və hətta generalizisiyasına təkan vermir, həm də  

vəziyyətdən  yeganə səmərəli  çıxış  yolu olub sepsisin  inkişaf  etməsinin  qarşısını  alır 

və hamiləliyin davam etdirilməsini təmin edir.  Doğuşdansonrakı dövrdə  hamiləliyin 

saxlanmasına  yönəldilmiş  müalicənin  aparılmasına  ehtiyac  vardır.  Hidronefrozdan 

əziyyət  çəkən    qadınların  reabilitasiyası  onun  ağırlaşmalarının  –  nefrolitiaz  və 

pielonefritin  vaxtında  müalicə  edilməsindən  ibarətdir.    Yeganə  böyrəyin  olması 

anadangəlmə  anomaliya  və  ya  digər  böyrəyin  kənar  edilməsinin  nəticəsi  ola  bilər.  

Bir  böyrəyin  anadangəlmə  olmaması    -  kifayət  qədər  nadir  patologiyadır. 

Anadangəlmə  yeganə  böyrəkdə  patoloji  proseslər  olmadıqda    həmin  patologiya  çox 

vaxt,  o  cümlədən  hamiləlik  vaxtı  aşkar  edilməmiş  qalır,  yalnız  yeganə  böyrəkdə 

patoloji dəyişikliklər meydana çıxdıqda aşkar edilir . 

  Klinik  təcrübədə  yeganə  böyrəklə  qalan  xəstələrə  tez-tez  rast  gəlmək  olur.  

Nefrektomiyanın  başlıca  səbəbləri  arasında  –  böyrəyin  xoşxassəli  şişləri,  pionefroz, 



30 

 

böyrəyin  vərəmi,  həmçinin  müalicəyə  rezistent,  davamlı  arterial  hipertenziya  ilə 



müşayiət olunan pielonefriti göstərmək lazımdır. Az hallarda böyrəklər   hidronefroz, 

nefrolitiaz,  travmalarla  əlaqədar  çıxarıla  bilər.  Bədxassəli  şişlərlə  əlaqədar  aparılan 

nefrektomiya həyata keçirilən  əməliyyatların ümumi sayının 10-12%-ni təşkil edir. 

 Nefrektomiyadan sonra adaptasiya dövrü 2 mərhələdə keçir. Əvvəlcə  orqanın 

nisbi funksional çatışmazlığı müşahidə edilir, çünki qalan böyrəyin fəaliyyəti  hələ o 

qədər də artmamışdır.  İkinci mərhələdə  tam funksional kompensasiya nəzərə çarpır 

ki,  o  da  böyrəklərin  funksiyasının  artması,  funksional  imkanların  bərpa  olunması,  

sabit hiperemiya, börəklərin hipertrofiyası ilə səciyyələnir. 

  Çıxarılmış  böyrəyin  funksiyasının  kompensasiyası    nefrektomiyadan  1-1,5  il 

sonra  başa  çatır.    Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki,  qalan  böyrəyin  funksional 

fəallığı  imkanları  məhduddur,    hipertrofiya  və  hiperplaziya  nəticəsində  bəzi 

xəstəliklərə,  xüsusilə  də  xronik  pielonefrit  və  nefrolitiaza  daha  çox  məruz  qalır. 

Klinik  sağlam  yeganə  böyrək  zamanı  hamiləlik  və  doğuşlar  əlverişli  başa  çatır. 

Hamiləliyin  saxlanması  məsələsi  həll  edildikdə  xəstələrin  yaşı,  xəstəliyin 

(nefrektomiyanın  aparılmasına  səbəb  olan)  xarakteri,  əməliyyatın  aparıldığı  vaxt 

nəzərə alınır. Əgər nefrektomiyanın səbəbi vərəm, xronik pielonefrit və ya sidik daşı 

xəstəliyidirsə,  onda  qadının  vəziyyəti    infeksiya  mənbəyi  kənar  edildikdən  sonra 

təcricən yaxşılaşır.  Böyrəklərin fəaliyyəti təkcə 1 böyrəyi olan qadınlarda hərtərəfli 

müayinə olunmalıdır, bundan sonra onun hamilə qalması məsələsi həll edilir.  Yeganə 

böyrəyin  xəstəlikləri  zamanı  hamiləlik  əks-göstərişdir,  çünki  letal  nəticəyə  gətirib 

çıxaran kəskin  ağırlaşmaların  baş verməsi riski çox yüksəkdir. 

 Böyrəklərin anomaliyasının klinik formalarına aiddir: böyrəklərin distopiyası, 

ikiləşmiş  böyrək,  bir  böyrəyin  aplaziyası,  nalşəkilli  böyrək.  Uşaqlığın  inkişaf 

qüsurundan  əziyyət  çəkən  hamilə  qadınların  hamısında  böyrəklərin  mümkün  olan 

inkişaf  anomaliyalarını  aşkar  etmək  üçün  sidik-ifrazat  sisteminin  müayinə  edilməsi 

vacibdir. Diaqnozun qoyulması venadaxili uroqrafiyanın aparılması sayəsində böyük 

çətinlik  törətmir.  Hamiləliyin  aparılması  məsələsi  böyrəklərin  anomaliyasının 

növündən  və  onların  funksiyasının  saxlanması  dərəcəsindən  asılı  olaraq  həll  edilir. 

Polikistoz böyrəklər anomaliyanın ən əlverişsiz forması sayılır. O, çox nadir hallarda 



31 

 

rast gəlir, lakin bu zaman, bir qayda olaraq, böyrəyin fəaliyyəti pozulur, ona görə də, 



hamiləliyin  saxlanması  məsələsi    böyrəyin  fəaliyyətinin  pozulması  dərəcəsi  nəzərə 

alınmaqla fərdi şəkildə həll edilməlidir. 

 Bir  böyrəyin  aplaziyası  zamanı  ikinci  böyrəyin  fəaliyyəti  hərtərəfli  müayinə 

olunmalıdır.  Əgər  o,  tamamilə  saxlanmışsa,  hamiləlik  davam  etdirilə  bilər.  Belə 

taktika  hamilə  qadında  nalşəkilli  və  ya  ikiləşmiş  böyrək  aşkar  edildikdə  həyata 

keçirilməlidir. Distopiyalı böyrək olduqda hamiləliyin və doğuşların aparılması onun 

lokalizasiyasından  asılıdır.    Əgər  o,  adsız  xəttdən  yuxarıda,  yəni  böyük  çanaq 

nahiyəsində yerləşmişsə, doğuşların müstəqil şəkildə təbii yolla aparılması tamamilə 

mümkündür.  Əgər  böyrək  kiçik  çanaqda  yerləşmişsə,  onda  o,  doğuş  aktının  normal 

gedişi üçün maneə yarada bilər və ya doğuş prosesində ciddi zədəyə məruz qala bilər.  

Ona görə də, hamiləliyin və doğuşların aparılması məsələsi əvvəlcədən həll edilir . 

 

SIMPTOMSUZ BAKTERIURIYA 



 

  Simptomsuz  bakteriuriya  müxtəlif  müəlliflərin  məlumatlarına  əsasən  10%- 

dən    45%-  ə  qədər  hamilə  qadınlarda  müşahidə  olunur.    Bu,  elə  bir  vəziyyətdir  ki,  

sidik  yollarının  infeksiyalarının  heç  bir  klinik  simptomları  olmadığı  halda  qadının 

sidiyində  böyük  miqdarda  virulent  mikroorqanizmlər  tapılır.  Simptomsuz 

bakteriuriyaya o hallar aiddir ki, bu zaman kateter vasitəsilə götürülmüş  1 ml sidikdə 

100 000 və ya daha çox bakteriyalar aşkar edilir. Çox vaxt bu bakteriyalar – bağırsaq 

çöpləri,  klebsiella,  enterobakteriyalar,  proteylərdir.    Simptomsuz  bakteriuriya  qeyd 

edilən    hamilə  qadınlar    sidik  sisteminin  latent  keçən  xəstəliklərinin  aşkar  edilməsi 

məqsədilə  ciddi  müayinə  olunmalıdırlar.  Simptomsuz  bakteriuriya  fonunda  təqribən 

25%  hallarda  kəskin  pielonefrit    inkişaf  edir,  ona  görə  də,  belə  hamilə  qadınlara 

nitrofuranlar,  sulfanilamidlər,  antibiotiklər    (aşkar  edilmiş  bakterial  floranın  onlara 

qarşı  həssaslığı  nəzərə  alınmaqla)  vasitəsilə  vaxtında  profilaktik  müalicənin 

aparılması vacibdir.  Hamiləliyin    ilk  3 ayı  ərzində tetrasiklin  sırası  antibiotiklərinin 

və  digər  dərman  vasitəsilərinin  təyin  edilməsindən  çəkinmək  lazımdır.  Simptomsuz 

bakteriuriyanın aradan qaldırılmasına yönəldilmiş antibakterial müalicə pielonefritin 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə